NƏQŞ
NƏLEYN
OBASTAN VİKİ
Nəlbəki
Nəlbəki — stəkan və ya fincan qoyulan, kənarları azacıq yuxarı doğru əyilmiş kiçik boşqab. Nəlbəki içərisinə maye tökülərkən kənara dağılmaması üçün istifadə edilir. Son dövrlərdə o maye dolu qab altında estetik gözəllik üçün istifadə edilir.
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Nəlbəki rəqsi

Nəlbəki-gül xalçaları
Nəlbəki-gül xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça. Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir. O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s.
Nəlbəki-gül xalçası

Значение слова в других словарях