nəslən 2021
nəsnə
OBASTAN VİKİ
98 Nəsli
98 Nəsli (isp. La Generación del 98) — ispan ədəbiyyatında Filippin, Puerto Riko, Kuba və Quamın İspaniya Krallığının əlindən çıxması ilə nəticələnən 1898-ci ildə baş vermiş ABŞ ilə müharibədən sonra ölkədəki siyasi, sosial, bir çox dəyərlərin çöküşü fonunda ortaya çıxmış, bir çox yazıçı, şair və publisistin mənsub olduğu müəlliflər qrupu. 98 Nəsli ədiblərin, demək olar ki, hamısı 1864–1874-cü illərdə doğulmuşdur.
Nəsli kəsilmişlər
Fossilworks (FW) — heyvan, bitki və mikroorqanizmlərin qalıqlarının tapıldığı yer və təsnifatı haqqında. Məlumatların eynisi analoji resurs olan Paleobiology Database bazasında yerləşdirilib.
Qazılı nəsli
Qazılılar — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur. Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur.
Y Nəsli
Y nəsli və ya millenniallar — X nəslindən sonrakı, Z nəslindən isə əvvəlki demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1980-ci illərin əvvəllərini başlanğıc doğum illəri kimi, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinədək olan dövrü isə son doğum illəri kimi ifadə edir. Odur ki, bu nəsil adətən 1981-1996-cı illərdə doğulmuş insanlar kimi müəyyən edilir. Millennialların əksəriyyəti beybi-bumerlərin və daha yaşlı X nəslinin uşaqlarıdır. Öz növbəsində millenniallar çox vaxt alfa nəslinin valideynləri olurlar. İnternetlə böyüyən ilk nəsil olaraq millenniallar həm də ilk qlobal nəsil kimi təsvir edilmişdir. Nəsil ümumiyyətlə internetdən, mobil cihazlardan və sosial mediadan geniş istifadə və onlarla tanışlıq ilə xarakterizə olunur. İndi ardıcıl nəsillərə də tətbiq edilən "rəqəmsal yerlilər" termini əvvəlcə bu nəsli təsvir etmək üçün istifadə edilmişdir. Millenniallar həm də "Ən uğursuz nəsil" adlandırılıb, çünki orta millennial işçi qüvvəsinə daxil olduqdan sonra ABŞ tarixindəki hər hansı digər nəsillə müqayisədə daha yavaş iqtisadi artım yaşamışdır. Nəsil həmçinin tələbə borcu və uşaq baxımı xərclərinin də yükünü daşıyır.
Şərifli nəsli
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş. Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.
Alfa nəsli
Alfa nəsli (ing. Generation Alpha və ya ing. Gen Alpha) — Z nəslindən sonra gələn demoqrafik koqorta. Alimlər və populyar media 2010-cu illərin əvvəllərini nəslin nümayəndələrinin doğum illəri, 2020-ci illərin əvvəlindən ortalarına qədərki dövrü isə son dövrü kimi təyin etmişdir. Yunan əlifbasının ilk hərfi olan alfanın şərəfinə adlandırılmışdır. Alfa nəsli tamamilə XXI əsrdə anadan olan ilk nəsildir. Alfa nəslinin nümayəndələrinin çoxu millennialların və Z nəslinin daha yaşlı nümayəndələrinin övladlarıdır. Alfa nəslinin nümayəndələri dünyanın çox yerində doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda anadan olmuşdu və gənc uşaqlar olaraq COVID-19 pandemiyasının təsirlərini yaşayırlar. O uşaqlar üçün ki, əlçatandır, olanlar üçün uşaq əyləncələrində elektron texnologiya, sosial şəbəkələr və striminq xidmətləri üstünlük təşkil edir. Eyni zamanda, ənənəvi televiziyaya maraq azalır.
Z nəsli
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
X nəsli
X nəsli — X nəsli 1965–1980-ci illər arasında doğulmuş insanları əhatə edən əsas demoqrafik təsnifatdır. Bu təsnifata görə, bu illər arasında doğulan fərdlərin ümumi və güclü cəhətləri var. X nəsli sinfində olan fərdlərin ümumi xüsusiyyətləri nəslin xüsusiyyətləri hesab olunur. X nəslinin xüsusiyyətləri müxtəlif məlumatların, tədqiqatların və təhlillərin nəticələrinə əsasən müəyyən edilmişdir. Amerika Birləşmiş Ştatlarının siyahıyaalma bürosunun məlumatlarına görə, 2019-cu il etibarilə ABŞ-də X nəslindən 65,2 milyon insan yaşayır.
Qara Keşiş nəsli
Qara keşiş nəsli — 19-cu əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq Qıpçaq olan Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu, Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şah Hüseyn adlı Şəki hakiminin adını çəkir. İsgəndər bəy Münşi isə Həsən sultanın Şirvanşahlar xanədanından olduğunu vurğulayır.
Komsomol nəsli (film, 1938)
Nəsli kəsilməkdə olan bitkilər
Nəsli kəsilməkdə olan bitkilər-Böyük Qafqazın şimal-şərq hissəsinin- Azərbaycan Respublikasının Qırmızı kitabına adları düşmüş bitkilər. Adi nar (lat. Punica granatum L.) - nadir, təbii sahələrdə miqdarı azalan relikt növdür. Quraq yamaclarda, çay vadilərində bitir. Siyəzən rayonunun Məsrif kəndi və Beşbarmaq dağı ərazilərində rast gəlinir. Alp vudsiyası (lat. Woodsia alpiba Gray) Çox nadir növ olub arkto-alp reliktidir. Yuxarı dağlıq və alp qurşaqlarında, qaya çatlarında və kölgələrində, daşlı və qayalı yerlərdə bitir. Quba rayonunun Xınaqlıq kəndi ətrafında yayılmışdır. Ağıriyli ardıc (lat.
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Çakinin nəsli (film, 2004)
Çakinin nəsli (ing. Seed of Chucky) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmidir. «Çakinin nəsli» — Internet Movie Database saytında.
1930-cu illər nəsli
1930-cu illər nəsli (yun. Γενιά του 1930) — 1930-cu illərdə debüt etmiş, Yunanıstan incəsənəti və ədəbiyyatında modernizmi təqdim edən yunan yazıçıları, şairləri, rəssamları, ziyalıları, tənqidçiləri və alimlərindən ibarət qrup. 1930-cu illər nəsli də ictimai hərəkat kimi qeyd olunur. Dini, İsanı və Maarifçilik təfəkkürünün əminliyini tərənnüm edən əvvəlki Orta əsrlər və Bizansdan sonrakı dövrləri modernizm tərəfindən rədd edilmişdir. Sürrealizm və utopiklik elementləri müasir ədəbiyyatı yeniləmək səylərində tətbiq edilmişdir. 1930-cu illər nəslinin nümayəndələri arasında ən diqqət çəkəni şair Yorqos Seferisdir. O, poeziyasında sürrealizmlə müasirliyə dönüş nöqtəsini təhrik edir. Balkan müharibələrindən və Türkiyə–Yunanıstan müharibəsindən sonra ədəbiyyat daha əvvəlki nəslin milliyətçi arzuları ilə öyünə bilməzdi.
Biz arzu edənlər nəslindənik (film, 1965)
Biz arzu edənlər nəslindənik qısametrajlı sənədli televiziya filmi rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Uşaqlar üçün nəzərdə tutulmuş bu film yeniyetmə bakılıların yaradıcılığından danışır. == Məzmun == Uşaqlar üçün nəzərdə tutulmuş bu film yeniyetmə bakılıların yaradıcılığından danışır.
Fatma Nəslişah Sultan
Fatma Nəslişah Sultan (4 fevral 1921, Konstantinopol – 2 aprel 2012, İstanbul) — son Osmanlı padşahı VI Mehmed Vahidəddin və son xəlifə II Əbdülməcidin nəvəsi. Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Misir kral naibi Məhəmməd Əbdül Moneimin xanımıdır. Onunla eyni illərdə yaşayan və Əbdülqadir Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Böyük Nəslişah Sultan olaraq anılır. == Həyatı == 4 fevral 1921-ci ildə anası Sabiha Sultanın Nişandaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Dünyaya gəlişi 121 top atəşi və sultanın onun adına kəsdirdiyi sikkələrlə qeyd edildi. Daha sonra Xanzadə və Nəcla adlı iki bacısı dünyaya gəldi. Osmanlı ailəsinin sürgünə gedişinə qədər Dolmabağça sarayında yaşadılar. 3 yaşında ikən 3 mart 1924 tarixli qanunla sürgünə göndərilənlər arasında yer aldı.
Nəslişah Sultan
Nəslişah Sultan (25 dekabr 1925, Budapeşt – 30 may 2014) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Onunla eyni illərdə yaşayan və Ömər Fərrux Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Kiçik Nəslişah Sultan olaraq anılır. Nəslişah Sultan 25 dekabr 1925-ci ildə - Osmanlı səltənətinin ləğvindən 3 il sonra Budapeştdə dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin oğlu Əbdülqadir Əfəndi, anası isə onun dördüncü xanımı Fatma Məziyət xanımdır. Gənclik illəri ailəsiylə birlikdə sürgündə keçən Nəslişah Sultan və ailəsi İkinci Dünya müharibəsinin başlamasının ardından 1940-cı ildə Sofiyaya köçdü. Daha sonra Nitsada və Parisdə yaşayan Nəslişah Sultan burada bibisi Ayşə Sultanla yaşadı. Ardından Qahirəyə köçən Nəslişah Sultan burada 1953-cü ildə Avni Reda ilə evləndi. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Nəslişah Sultan burada 1969-cu ildə boşandı və uzaq qohumu olan Şükriyə Sultanın ölümüylə dul qalan əri Mehmed Şəfiq Ziya bəylə (d. 1894 - ö. 1980) evləndi.

Значение слова в других словарях