Psilostomum ondatrae
Psilostomum ondatrae (lat. Psilostomum ondatrae) — heyvanlar aləminin yastı qurdlar tipinin trematodlar sinfinin plagiorxidlər dəstəsinin psilostomatidlər fəsiləsinin psilostomum cinsinə aid heyvan növü.
== Xarici quruluşu ==
bədənin uzunluğu 1,29-1,57 mm, eni isə (yumurtalıqların nahiyyəsində) 0,504-0,5824 mm-dir. Tam dairə şəklində olmayan ağız əmziyi 0,163-0,168x0,157 mm ölçülüdür. Farinks 0,062-0,056 mm-ə bərabərdir. Birinci toxumluğun ölçüsü 0,203-0,236x0,426-0,381 mm, ikincininki 0,235-0,258x0,392-0,381 mm-dir. Cinsi bursa oval şəkildədir və onun oturacağı oval şəkillidir və onun oturacağı qarın əmziyinin mərkəzində durur. Qısa balalıq qrın əmziyi ilə birinci toxumluğun arasında yerləşir. Yumurtalar oval şəkilli olub, 0,084-0,090x0,056 mm ölçüyə malikdir.
== Həyat tərzi ==
Azsaylı endem növdür.