ONLUQ

sif.
1. Onmanatlıq, on manat dəyərində olan.
Aşıq Ələsgər belə deyəndə Məşədi Yolçu əlini salıb, cibindən bir onluq qızıl çıxartdı… Aşıq Ələsgər”.

// is. Onmanatlıq, on manat qiymətində olan pul.
Kələntər əlini şalvar cibinə salıb əzilmiş bir onluq çıxartdı. M.İbrahimov.
Onluqdan tutmuş yüzlüyə qədər pullar sazın üstünə xəzəl kimi töküldü. B.Bayramov.

2. Lampada işıq, taxtada qalınlıq dərəcəsini bildirir. Onluq taxta.
– Buxarının üstündəki mıxa onluq lampa keçirilmişdi. M.Hüseyn.
[Hümmət] stolun üstünə qoyulmuş şüşəsi hisli onluq lampanı yandırdı. B.Bayramov.

// On xalı olan. Onluq kart.
// İs. mənasında.
[Nəbi:] Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. S.S.Axundov.

3. ədəb. Hər misrasında on heca olan. Onluq şeir.
◊ Onluq kəsr riyaz. – məxrəci on, yüz, min və s. rəqəmlərdən ibarət olan kəsr. Onluq kəsrləri toplamaq.
Onluq say sistemi – əsasını onluq(lar) təşkil edən, onluqlardan ibarət say sistemi.
Hazırda insanlar onluq say sistemindən istifadə edirlər. Z.Xəlilov.

Синонимы

  • ONLUQ ONLUQ (on manat miqdarında olan) Xidmətçi tərəddüdlə əllərini ovmaqda davam edərkən əşrəf onun ovcuna bir onluq basdı
ONLARLA
ONMANATLIQ
OBASTAN VİKİ
Onluq kəsr
Onluq kəsr — həqiqi ədədləri ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0}{,}d_{-1}d_{-2}\ldots } şəklində göstərə bilən, kəsrlərin bir növü olmaqla, bir üsul sayılır. ± {\displaystyle \pm } — kəsr işarəsi: + {\displaystyle +} və ya − {\displaystyle -} , {\displaystyle ,} — onluq vergül, tam və kəsr hissələrinin ayrılmasını təmin edir, d k {\displaystyle d_{k}} — onluq ədədlər. Qeyd edək ki, ədədlərin vergülə qədər olan sırası (yəni vergüldən solda) sonlu sayda, ən azı bir rəqəm, vergüldən sonra isə (yəni vergüldən sağda) isə həm sonlu (xüsusi halda heç olmaya da bilər), həm də ki sonsuz ola bilər. Misallar: 123 , 45 {\displaystyle 123{,}45} (sonlu onluq kəsr) π ədədinin sonsuz onluq kəsrlə ifadəsi : 3,141 5926535897... {\displaystyle 3{,}1415926535897...} Onluq kəsrin qiyməti ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},d_{-1}d_{-2}\ldots } onluq ədəd olur, ± ( d m ⋅ 10 m + … + d 1 ⋅ 10 1 + d 0 ⋅ 10 0 + d − 1 ⋅ 10 − 1 + d − 2 ⋅ 10 − 2 + … ) , {\displaystyle \pm \left(d_{m}\cdot 10^{m}+\ldots +d_{1}\cdot 10^{1}+d_{0}\cdot 10^{0}+d_{-1}\cdot 10^{-1}+d_{-2}\cdot 10^{-2}+\ldots \right),} hansı ki sonlu və ya sonsuz sayda olan toplananların cəminə berabərdir. Onluq ədədlərin onluq kəsrlərlə göstərilməsi, tam ədədlərin onluq say sistemində ümumiləşmiş yazılışıdır. Onluq ədədin onluq kəsrlə ifadəsində, vergüldən sonrakı rəqəmlər olmur və beləliklə bu ifadə aşağıdakı kimi göstərilir ± d m … d 1 d 0 , {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},} hansı ki həmin ədədin onluq say sistemində yazılışı ilə üst-üstə düşür. Vergüldən sonra sonlu sayda rəqəm sayına malik olan onluq kəsr sonlu adlanır. ± a 0 , a 1 a 2 … a n {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots a_{n}} tərifə gorə bu kəsr belə bir rəqəm ifadə edir ± ∑ k = 0 n a k ⋅ 10 − k {\displaystyle \pm \sum _{k=0}^{n}a_{k}\cdot 10^{-k}} Məsələn:0,123;5,78;9,213 Sonsuz onluq kəsr ± a 0 , a 1 a 2 … {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots } tərifə görə, belə bir həqiqi ədədlə ifadə olunur. Sonsuz kəsrlərin yanında sonsuz sayda rəqəmlər olarsa bu sonsuz kəsrdir.məsələn 3,1266389904…..
Onluq loqarifm
Onluq loqarifm — əsası 10 olan loqarifm. Başqa sözlə, ədədin onluq loqarifminin b {\displaystyle b} tənliyində 10 x = b {\displaystyle ~10^{x}=b} həlli var. Onluq loqarifmin b {\displaystyle b} ədədi mövcuddur ki, (əgər b > 0. {\displaystyle ~b>0.} ) bunu lg b {\displaystyle ~\lg \,b} (ISO 31-11 spesifikasiyası) kimi işarələyirlər. Nümunələr: lg 1 = 0 ; lg 10 = 1 ; lg 100 = 2 {\displaystyle \lg \,1=0;\,\lg \,10=1;\,\lg \,100=2} lg 1000000 = 6 ; lg 0 , 1 = − 1 ; lg 0,001 = − 3 {\displaystyle \lg \,1000000=6;\,\lg \,0{,}1=-1;\,\lg \,0{,}001=-3} Xarici ədəbiyyatda, həmçinin kalkulyatorların klaviaturasında onluq loqarifmin işarələri: log , Log , Log10 {\displaystyle ~\operatorname {log} ,\operatorname {Log} ,\operatorname {Log10} } , həm də yadda saxlamaq lazımdır ki, ilk 2 variant natural loqarifmə də aiddir.
Onluq loqarifma

Onluq sistemi
Onluq sistemi — 10 ədədi əsasında qurulan ən çox yayılmış hesablama sistemidir. Bu sistemdə ərəb rəqəmləri adlanan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 rəqəmlərindən istifadə edilir. Hesab edilir ki, 10 ədədi sistemi insan əlindəki barmaqların sayı ilə bağlıdır. 1-dən 10-a qədər bütün ədədlərə bölünə bilən ən kiçik ədəd 2520-dir.
Onluq say sistemi

İkilik-onluq ədəd
İkilik-onluq ədəd(Binary-coded decimal)– yuvarlaqlaşdırma və çevirmə xətalarından qaçmaq üçün onluq ədədi ikilik şəklində göstərən kod. Onluq ədədin hər bir rəqəmi o birilərdən ayrıca olaraq ikilik ədədlə kodlaşdırılır. 0-dan 9-a hər bir onluq simvol dörd bitlə ifadə olunur; asan oxunması üçün bu 4-mərtəbəli qrupların arasında boşluq qoyulur. Məsələn, 12 ədədi BCD sistemində 0001 0010 kimi, 96 ədədi isə 1001 0110 kimi göstərilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Universal onluq təsnifat dili
Universal onluq təsnifat dili — Universal onluq təsnifat (UOT) əsasən onluq prinsipinə görə qurulmuşdur, yəni bütün biliklər sahəsi ardıcıl olaraq 10 sahəyə bölünür. Bu sistemdən istifadə etməklə, istənilən sənədi indeksləşdirmək olar. Universal ona görə deyirlər ki, o bütün insan fəaliyyətini əhatə edir, onluq isə onun indeksinin 10 hissəyə bölünmə prinsipinə görə qurulmasıdır. Burada bütün anlayışlar (təsnifat obyektləri) UOT-a görə 2 qrupa bölünür: əsas və köməkçi. Əsas anlayışlar, ərəb rəqəmlərindən ibarət olan indekslərlə əks olnur. Onlar sistemlənmiş qaydada UOT cədvəlində göstərilir. Bu cədvəldə bütün anlayışlar 10 əsas bölmələrlə təsvir olunur. Həmin bölmələr 0-dan 9-a qədər rəqəmlərlə nomralanır və onların hər biri iyerarxik prinsipinə əsasən ümumidən başlayaraq alt bölmələrə bölünür. Burada axtarışın keyfiyyətli aparılması xatirinə hər bir bölmə, alt bölmə və s. müəyyən əlamətlərə və ya onların tez-tez istifadə olunmalarına görə 10-dan böyük olmayan 10 hissəyə ardıcıl olaraq qruplara bölünür.

Значение слова в других словарях