orta məktəb

orta okul

orta hesabla
ortaq
OBASTAN VİKİ
Məktəb
Məktəb — müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur. Məktəblərdə təhsil və tərbiyə cəmiyyətin iqtisadi və mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur. Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. Məktəblərdə uşaqların təhsildə davamiyyəti və səviyyəsi 5 ballıq sistemlə qiymətləndirilir. Qeyri qənaətbəxş 1 və 2 ilə qiymətləndirilirlər. Qənaətbəxş 3 qiymətinə uyğun gəlir. Bu ən aşağı qanedici qiymətdir. 4 qiyməti yaxşı oxuyanlara verilir və orta qiymət sayılır.
Orta məktəb tamaşası (film, 2006)
Orta məktəb tamaşası (ing. High School Musical) — 2006-cı ildə çəkilmiş "Disney Channel" orijinal filmi. Baş rollarda Zak Efron və Korbin Blyu çıxış edir. Film ilk dəfə 20 yanvar 2006-cı ildə nümayiş etdirilmişdir. Orta Məktəb Tamaşası — Internet Movie Database saytında.
Orta məktəb tamaşası 2 (film, 2007)
Orta məktəb tamaşası 2 (ing. High School Musical 2) — 2007-ci ildə çəkilmiş "Disney Channel" orijinal filmi. Baş rollarda Zak Efron və Korbin Blyu çıxış edir. Film ilk dəfə 14 avqust 2007-ci ildə nümayiş etdirilmişdir. Orta Məktəb Tamaşası 2 — Internet Movie Database saytında.
Orta məktəb tamaşası 3 (film, 2008)
Orta məktəb tamaşası 3 (ing. High School Musical 3: Senior Year) — 2008-ci ildə Kenna Orteqanın rejissorluğu ilə çəkilmiş musiqili film. Baş rollarda Zak Efron və Korbin Blyu çıxış edir. Film ilk dəfə 24 oktyabr 2008-ci ildə nümayiş etdirilmişdir. Orta Məktəb Tamaşası 3 — Internet Movie Database saytında.
Bakı kimya-biologiya təmayüllü orta məktəb
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Ali məktəb
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir. Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Marksist məktəb
Marksist siyasi iqtisad və ya Marksist iqtisadiyyat — Karl Marksın artıq dəyər nəzəriyyəsini genişləndirdiyi iqtisadi dəyər nəzəriyyəsi, dəyərin əmək nəzəriyyəsinə əsaslanan (Adam Smit, Devid Rikardo) siyasi iqtisad. Bu cərəyan Marksizmin ayrılmaz bir hissəsidir, Fridrix Engels, Karl Kautski, Rosa Lüksemburq, Qeorgi Plexanov, Vladimir Lenin tərəfindən inkişaf etdirilmişdir. Marxın müəyyən müddəaları "revizionistlər" tərəfindən düzəldilmişdir – Eduard Bernşteyn, Mixail Tuqan-Baranovski, Verner Sombart. Marksist ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir. == Nəzəriyyə == === Məhsul === Məhsul — əmtəə mübadiləsində iştirak edən müəyyən bir mənadır. Əmək bölgüsünün inkişafı ilə tədricən obyektlər şəxsi istehlak üçün deyil, əsasən mübadilə üçün istehsal olunmağa başlayır. Əmtəə kapitalist istehsal üsulunun mahiyyətini xarakterizə edən inkişaf edən və kapitala çevrilən istehsal münasibətlərinin universal formasına çevrilir. Lenin, "Narodizmin İqtisadi Məzmunu və Cənab Struve'nin Kitabındakı Tənqid" adlı kitabında kapitalizmin aşağıdakı xarakteristikasını verir: “Məhsul [istehsal] ən müxtəlif ictimai istehsal orqanizmlərində əmtəə formasını alır, ancaq yalnız kapitalist istehsalda bu əməyin məhsulu yaygındır, əksinə müstəsna, təcrid olunmamış, təsadüfi deyil. Kapitalizmin ikinci əlaməti bir əmtəə formasını təkcə əməyin məhsulu ilə deyil, həm də əməyin özü, yəni insan işçi qüvvəsi tərəfindən qəbul edilməsidir." Məhsul eyni zamanda: kommunal (istehlak dəyəri, istifadə dəyəri). Faydalı bir şeyin insanın bu və ya digər ehtiyacını ödəmək üçün xassəsi deməkdir (yemək aclığı təmin edir, paltar isti olur).
Məktəb (jurnal)
"Məktəb" (jurnal) — Elmi-pedaqoji, ədəbi-bədii, demokratik istiqamətli jurnal. "Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxmışdır. Cəmi 95 nömrə işıq üzü görmüşdür. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. "Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində müəyyən rol oynamışdır. Jurnalın "İdarədən" başlığı ilə verilən məqalədəki bu sözləri jurnalın əsas məqsədini ifadə edirdi: Birinci nömrədə maraqlı hekayələr, şeirlər, publisist yazılar, atalar sözü, məsəllər, lətifələr, və s. verilmişdir. Jurnalın 1-ci nömrəsində N. Nərimanovun "Əziz balalar!" başlığı ilə uşaqlara müraciəti verilmişdir. N. Nərimanov uşaqları oxumağa, elmə yiyələnməyə, vətənin ləyaqətli, namuslu övladları olmağa çağırırdı.
Məktəb avtobusu
Məktəb avtobusu, tələbə avtobusu və ya xidməti məktəb avtobusu, şagirdləri məktəblərə daşımaq üçün bəzi xüsusi avadanlıqları olan bir avtobus növüdür. İlk tələbə nəqliyyatı 1827-ci ildə İngiltərədə George Shillibeer tərəfindən başladılmışdır. ABŞ-də məktəb avtobusları sarı rəngdə olur.
Məktəb forması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Məktəb medalları
Məktəb medalları — Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün verilən medallar. Əsasən qızıl və gümüş medaldan ibarətdir. Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə "Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri"nin qəbulu ilə başlayıb. Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib. İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
Məktəb uniforması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
İbtidai məktəb
İbtidai məktəb — məktəbyaşlı uşaqlara ibtidai təhsil verən çmumtəhsil təlim-tərbiyə müəssisəsi, ümumi icbari təhsilin birinci pilləsi. İbtidai məktəbə (yaxud umumtəhsil məktəblərinin ibtidai siniflərinə) daxil olan uşaqların yaşı və həmin məktəblərdə təhsil müddəti ayrı-ayrı ölkələrdə müxtəlifdir. Təhsilin Beynəlxalq Standart Təsnifatı ibtidai təhsili proqramların adətən oxu, yazı və riyaziyyat üzrə fundamental bacarıqları təmin etmək və öyrənmə üçün möhkəm zəmin yaratmaq üçün nəzərdə tutulduğu bir mərhələ kimi nəzərdən keçirir.
Bakı şəhəri 6 nömrəli tam orta məktəb
6 nömrəli məktəb-lisey — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Nailiyyətləri == 2008 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi. 2013— "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 2018— "Təhsildə inkişaf və innovasiyalar üzrə" II qrant müsabiqəsinin qalibi 2019 — "Təhsildə inkişaf və innovasiyalar üzrə" III qrant müsabiqəsinin qalibi == Məzunları == == Şəhid məzunları == Eldar Abdulla oğlu Tağızadə — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Lənkəran şəhər 1 nömrəli tam orta məktəb
Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb - Lənkəran şəhərində ümumi təhsil müəssisəsi == Tarix == === Rus Çarlığı dönəmi (1856-1918) === 1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da “Müsəlman məktəbi” açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü. 1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin ilk direktoru Çeripov olmuşdur. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi. Məktəbin XIX əsrin sonlarında yeri dəyişsədə 1907-ci ildə Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı Üsuli-Cədid məktəbi ilə indiki Lənkəran şəhər 1 nömrəli məktəb əvvəlki yerlərinə köçmüş, beləliklə məktəbdə azərbaycandilli və Rus dilli şöbələr fəaliyyət göstərmişdir.
Nəsimi rayon 5 saylı tam orta məktəb
Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 saylı tam orta məktəb — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisəsi. == Haqqında == Bakı şəhəri 5 nömrəli orta məktəbin əsası 1 sentyabr 1970-ci ildə qoyulmuşdur. 25 sentyabr 1994-cü il Xalq Deputatları Sovetinin Rəyasət Heyyəti tərəfindən verilmiş qərara əsasən, şəhid Samir Hacıyevin adı Bakı şəhəri 5 nömrəli tam orta məktəbə verilib. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması tələbinə uyğun olaraq, Bakı şəhəri 5 və 292 nömrəli tam orta məktəbləri birləşdirilməklə yenidən təşkil edilmiş və onlar müvafiq olaraq 5 nömrəli tam orta məktəb adlandırılmışdır. Məktəbin məzunu olmuş Birinci Qarabağ müharibəsi şəhidi Samir Hacıyevin adını daşıyan, bütün avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 2022-2023-cü tədris ilində 2102 şagird təhsil alır və onların təhsili ilə 135 müəllim məşğul olur. Məktəb “Məktəbin innovasiya fəaliyyəti təhsilin keyfiyyətinin əsas şərtidir! “ devizi altında ibtidai (1-4 siniflər), ümumi-orta (5-9 siniflər) və tam orta ( 10-11 siniflər) təhsil səviyyələrini əhatə etməklə 1 növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi şagirdlərə ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq şahmat fənni tədris olunur. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Pedoqoji kollektivin 99% ali təhsilli müəllimlərdən ibarət olub, onlar içərisində “Əməkdar müəllim”, “Elmlər namizədi”, “Fəlsəfə doktoru”,”Tərəqqi medalı”na layiq görülmüş, “Qabaqcıl təhsil işçisi”ləri, “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri yer tutur.
Məktəb № 10 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Frunze küçəsi, ev 40 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1920-ci ildə təsis edilmişdir. Məktəb № 10 Taqanroq şəhərində 1920-ci ildə təsis edilmişdir. Ancaq məktəbin təməlləri hələ 1910-cu ildə qoyulmuşdur. Taqanroq kommersiya uçilişinin nızdində Taqanroq əmək məktəbi təşkil edilmişdir. Məktəbin tərkibi rəngarəngdir. Belə ki, 1916-cı ildə bura Riqa real uçilişi, Mintav kişi gimnaziyası, Varşava müəllimlər seminariyası və d. köçürülmüşdü. Böyük Vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdı. Tədris müvəqqəti olaraq Lenin küçəsində yerləşdirilmişdi.
Məktəb № 24 (Taqanroq)
Məktəb № 24 - Taqanroq şəhərinin ərazisində, Derjinski küçəsi, ev 149 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1936-cı ildə təsis edilmişdir. Məktəb yeddi illik orta təhsil oçağı 1936-cı ildə təsis edilmişdir. Məktəb mövcudluğu dönəmində hər zaman Taqanroq Metallugiya Zavodunun himayəsində olmuşdur. № 24 məktəb ilk məzunlarını 1939-cu ildə buraxmışdır. Taqanroqun işğalı dönəmində, 1941 - 1943-ci illərdə alman əsgərləri məktəbi atların saxlandığı yer kimi istifadə edilmişdir. 1943-cü ildə şəhər işğaldan azad olduqdan sonra dərhəl fəaliyyətini bərpa etmişdir. Məktəb ilk dönəmlərdə, metallurgiya zavodunun baraklarında fəaliyyət göstərmişdir. Bu baraklar məktəbin yaxınlığında qərarlaşır. Şagirdlər nəhayətində 12 sentyabr 1954-cü ildə öz məktəb binalarına qayıda bilmişlər.
Məktəb № 3 (Taqanroq)
Məktəb № 3 - Taqanroq şəhərinin ərazisində, Kalinina küçəsi, ev 109 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1966-cı ildə təsis edilmişdir. XX əsrin əvvəllərində Mayakovski meydanında kərpiçdən iki eyni arxitekturalı bir mərtəbəli binalar inşa edilir. Hansı ki, onların birində Yelizavetinski 1-ci qızlar uçilişi və Aleksandrovski kişi uçilişi yerləşmişdi. Binalar Nekrasov xiyabanına baxırdı. Sovet hakimiyyəti qurulduqdan sonra burada 3 nömrəli əmək məktəbi təşkil edilir. 1930-cu ildə yeddi illik orta məktəbə çevrilir. Burada 600 şagird təhsil alırdı. İşğal zamanı (1941-1943) məktəq Taqanroq balıqtəmizləmə zavodunun klubunda yerləşirdi. Klub Dobrolyubovski xiyabanında yerləşirdi.
Məktəb № 5 (Novoçerkassk)
Məktəb № 5 — Novoçerkassk şəhərinin ərazisində yerləşən təhsil ocağı. Təhsil ocağı 1907-ci ildə təsis edilmişdir. Məktəb Kuznesov uçilişinin binasında yerləşir. Binası XIX əsrin ikinci yarında şəhərin mərkəzində inşa edilmişdir. Məktəb binası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Burada Sovet İttifaqı qıhrəmanı Qeorqi Aleksandroviç Sorokin təhsil almışdır. Birinci dərəcəli uçiliş 1907-ci ildə tısis edilmişdir. Uçilişin hazırlanmasında əsas pay P. P. Litovun ürinə düşürdü. Ucilişin yerləşdiyi bina Ataman dalanı, Qorbatoy küçəsində yerləşirdi. Bina F. İ. Tkaçenkoya məxsus məxsus idi.
Məktəb № 9 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Krasnı xiyabanı, ev 20/22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1960-cı ildə təsis edilmişdir. Təhsil ingilis dilində aparılır. Məktəb № 9 öz ilkin fəaliyyətini 1920-ci ildən başlamışdır. Taqanroqda yeddi illik pulsuz tədris həyata keçirilirdi. Müharibə sonrası Taqanroq Müəllimlər İnstitutunun nəzdində yeddi illik məktəb təşkil edir. 1960-cı ilin avqust ayında 9 nömrəli məktəb təşkil edilir. Burada təhsil ingilis dilində aparılırdı. 1973-cü ildən məktəbdə «Meridian» Beynəlxalq dostluq klubu fəaliyyət göstərir. 2012-ci ildən indiyənə qədər — Nataliya Bladimirovna Moxova 2004 - 2012— Svetlana Mixaylovna Koreşkova; 2002 - 2004 — Yelena Borisovna Şeluxina; 1989 - 2002 — Leonid Qriqoreviç Leontev; 1975 - 1989 — Olqa Dmitrievna Klokova 1968 - 1975 — Anastasiya Mixaylovna Kuznesova; 1957 - 1967 — Aleksandr Nikolayeviç Karpov.
Nümunəvi Məktəb (1990)
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.