1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali.
– Lakin Camal kəndə gəlmək və oturaq həyat keçirmək istəmirdi.
Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-biri ilə toqquşaraq ortalıqda anlaşılmazlıq vücuda gəlirdi.
// Eyni mənada quşlar haqqında. Oturaq quşlar bütün ili bir yerdə qalırlar.
– Sərçə, sağsağan, daha şimal ölkələrimizdə isə çillər, tetra quşları oturaq quşlardandır. “ ”.
// İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişməyən (mal-qara, balıq və s. haqqında). Oturaq maldarlıq. – İncənin hər tərəfi otlaqdır.
Buranın mal-qarası köçəri deyil, oturaqdır.
2. sif. Bir yerdə oturmaqla, yerindən tərpənməyi tələb etməyən işlə əlaqədar olan. Oturaq və hərəkətsiz həyat tərzi nəticəsində bədənin forması dəyişir, təndürüstlük pozulur.
3. is. Oturulan, mənzil salınan yer, oturacaq yer, istirahət yeri, düşərgə və s.
[Gözətçi] ay işığında daşa söykənib mürgülədiyindən, bizim oturağa yaxınlaşmamızdan xəbəri olmamışdı.
Yorulanda olur sizə oturaq; Göl kənarı, yaşıl çəmən, durnalar!
4. is. Bir şeyin alt tərəfi, yerə və ya başqa bir şeyə dirənən tərəfi. Qazanın oturağı ağzından gen olar.