1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. Ovlaqda quş vurmaq.
– Yoxsa ən yaxşı ovlaqdan da nabələd ovçu əli ətəyindən uzun qayıdar.
İsi dayı … ovlaqdan əlidolu qayıdanda bütün ağrı-acını unudardı.
// məc. Obrazlı təşbehlərdə.
Dağlar dağımdır mənim; Qəm ovlağımdır mənim. ( ).
Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da.
2. Heyvan və s.-nin daim olduğu, yaşadığı yer.
Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar.
Aslanların, pələnglərin ovlağıdır mənim yurdum.