Nubar Ozanyan dəstəsi (erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ, ərəb. طابور الشهيد نوبار اوزانيان) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır.[2]
Nubar Ozanyan dəstəsi | |
---|---|
erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ ərəb. طابور الشهيد نوبار اوزانيان | |
Dəstənin 2019-cu ildən bəri istifadə olunan emblemi | |
İdeologiyası |
Erməni azlıq maraqları[1] Anti-imperializm[2] Marksizm-leninizm[3] |
Qruplar | Suriya Demokratik Qüvvələri[4] |
Lider(lər) | Masis Mutanyan |
Müttəfiqlər |
Xalq Qoruma Dəstələri (YPG) Türkiyə Kommunist Partiyası |
Rəqiblər |
Suriya Milli Ordusu İraq Şam İslam Dövləti Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələri |
Müharibələr | Suriya Vətəndaş Müharibəsi |
Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır.[1] Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır.
14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir.[1][5]
Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur. 2020-ci ildə Qarabağ döyüşlərində 650 nəfərlik döyüşçü heyəti Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün münaqişə bölgəsinə yollanmışdır.[6]
As the Armenian people and soldiers, we are here and we are ready. We as the Armenian military forces will defend our peoples, our freedom, our language and our culture.