1782-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır [2]. 1728-ci ilə aid türkcə mənbədə İrəvan əyalətinin Qarni və Vedi nahiyələrində Ozanlı, Qırxbulaq nahiyəsində isə Ozan kəndləri qeyd olunmuşdur[3][4][5]
XVIII əsrin əvvəlinə aid ermənicə mənbədə Ozan kəndinin adı çəkilir [6]. XIX əsrin ortalarından sonrakı ədəbiyyatda Novobayazid qəzasında Uzunlar kimi yazılmışdır[7] Ehtimal ki, "Kitabi-Dədə Qoqud" dakı ozan-"aşıq","xalq müğənnisi " sözündən olmaq е'tibarilə həm də bir elin adıdır. 1588-ci ilə aid mənbədə Qarabağın "Otuz iki ulus"nda Ozan adlı elin adı qeyd olunmuşdur[8]. Gəncə şəhərinin Ozanlar məhəlləsi də məhz bu elin adını etdirir.