Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837–1910), Modest Petroviç Musorqski (1839–1881), Aleksandr Porfiryeviç Borodin (1833–1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844–1908) və Sezar Antonoviç Küi (1835–1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824–1906) olmuşdur. "Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Qüdrətli Brüs
Qüdrətli Brüs (ing. Bruce Almighty) — Tom Şedyakın rejissorluğu ilə 2003-cü ildə çəkilmiş ABŞ filmi. Baş rollarda Cim Kerri və Morqan Friman çıxış etmişdir. Film Malayziya və Misirdə qadağan edilmişdir. İlahi qüvvələrə sahib olmaq əyləncəli bir şeydir. İnanmırsınızsa, bunu Bruce Nolandan soruşun. Çünki onun bu bilməməsi qeyri-mümkündür! Bruce Nolan Nyu-Yorkda yerli televiziya kanalında xəbər redaktoru işləyir. İnsanların diqqətini cəlb edən əyləncəli proqramlar hazırlayır. Bu proqramlar özündən başqa hamını sevindirir.
Qüdrətli Evan
Qüdrətli Evan (ing. Evan Almighty) — 2007-ci ildə çəkilmiş ABŞ filmidir. 2003-cü ildə çəkilmiş Qüdrətli Brus filminin davamıdır. Allahın çox xüsusi bir vəzifəyə təyin etdiyi yeni şəxs bu dəfə jurnalistikadan ayrıldıqdan sonra siyasətə qədəm qoyan və Konqresə yeni seçilən Evan Baksterdir. O Buffalodakı keçmişini tərk edərək ailəsi ilə bərabər Virciniyaya köçmüşdür. Lakin oradakı yeni həyatında qəfildən Allah (Morgan Freeman) onun qarşısına çıxıb Nuhun gəmisi kimi bir şey tikməyi əmr edəndə həyatı birdən-birə alt-üst olur. Ailəsi də bu vəziyyətdən çaşbaş qalır. Evan həqiqətən Allahdan aldığı əmrə müvafiq olaraq hərəkət edirmi? Yoxsa onun bu qəribə davranışları təbii olan orta yaş böhranından və ya psixi problemlərdən xəbər verir?
Qüdrətli Hamam ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Qüdrətli Tanrı Kilsəsi
Qüdrətli Tanrı Kilsəsi — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Sektanın əsası 2001-ci ildə ABŞ-yə qaçmış keçmiş professor Çjao Veyşanem tərəfindən qoyulmuşdur. Bu dinə yeni girənləri cəlb etmək üçün pul, hədiyyə və intim xidmətlərdən istifadə olunur, daha sonra isə onlardan ianələr toplanılır. Kultun üzvlərindən öz ailələrindən imtina etmək tələb olunur. Həmçinin Qüdrətli Tanrı Kilsəsi Kommunist Partiyasının üzvlərinin qətllərinə təşviq edirlər. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh.
"Qüdrətli hamam" ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Qüdrətli Bryus (film, 2003)
Qüdrətli Brüs (ing. Bruce Almighty) — Tom Şedyakın rejissorluğu ilə 2003-cü ildə çəkilmiş ABŞ filmi. Baş rollarda Cim Kerri və Morqan Friman çıxış etmişdir. Film Malayziya və Misirdə qadağan edilmişdir. İlahi qüvvələrə sahib olmaq əyləncəli bir şeydir. İnanmırsınızsa, bunu Bruce Nolandan soruşun. Çünki onun bu bilməməsi qeyri-mümkündür! Bruce Nolan Nyu-Yorkda yerli televiziya kanalında xəbər redaktoru işləyir. İnsanların diqqətini cəlb edən əyləncəli proqramlar hazırlayır. Bu proqramlar özündən başqa hamını sevindirir.
Qüdrətli Evan (film, 2007)
Qüdrətli Evan (ing. Evan Almighty) — 2007-ci ildə çəkilmiş ABŞ filmidir. 2003-cü ildə çəkilmiş Qüdrətli Brus filminin davamıdır. Allahın çox xüsusi bir vəzifəyə təyin etdiyi yeni şəxs bu dəfə jurnalistikadan ayrıldıqdan sonra siyasətə qədəm qoyan və Konqresə yeni seçilən Evan Baksterdir. O Buffalodakı keçmişini tərk edərək ailəsi ilə bərabər Virciniyaya köçmüşdür. Lakin oradakı yeni həyatında qəfildən Allah (Morgan Freeman) onun qarşısına çıxıb Nuhun gəmisi kimi bir şey tikməyi əmr edəndə həyatı birdən-birə alt-üst olur. Ailəsi də bu vəziyyətdən çaşbaş qalır. Evan həqiqətən Allahdan aldığı əmrə müvafiq olaraq hərəkət edirmi? Yoxsa onun bu qəribə davranışları təbii olan orta yaş böhranından və ya psixi problemlərdən xəbər verir?
Qüdrətli Co Yanq (film, 1998)
Qüdrətli Co Yanq (ing. Mighty Joe Young) — 1949-cu ildə çəkilmiş eyniadlı filmə əsaslanan 1998-ci il ABŞ macəra filmi. Film onu təhlükədən qorumaq üçün gənc qız və zooloq tərəfindən Los-Ancelesdəki vəhşi təbiət qoruğuna gətirilən nəhəng dağ qorillası və qisas almaq üçün Conu axtaran brakonyerlərdən bəhs olunur. Filmin rejissoru Ron Andervuddur. Baş rollarda Bill Pekston və Şarliz Teron çəkilib. Bu versiyada meymun orijinal versiyadakından xeyli böyükdür. Film kinokritiklərdən qarışıq rəylər almış və 90 milyon dollarlıq istehsal büdcəsi olmasına baxmayaraq ABŞ-da 50,6 milyon dollar gəlir əldə etmişdir. Cill uşaq ikən Andrey Ştrasserin başçılıq etdiyi brakonyerlərin əlində körpə qorilla olan Conun anasının və öz anasının ölümünə şahid olur. Bu zaman brakonyer də şəhadət barmağını itirir. On iki il sonra Cill Conu böyüdür (ölçüsünə görə digər qorillalar onu qəbul etməmişdilər) və qoruğun direktoru Qreqq O'Hara Cilli qorilla ilə birlikdə ABŞ-yə köçsələr brakonyerlərdən daha təhlükəsiz olacaqlarına inandırana qədər hər ikisi nisbi sülh içində yaşayır.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Ceyhun Nüsrətli
Qüvvətli antofora
Qüvvətli antofora (lat. Anthophora robusta) — Antofora cinsinə aid növ. Uzunluğu 16-18 mm-dir. Üz, üst dodaqlar və üst çənələr sarı ləkəlidir. Döş tamamilə sıx, sarımtıl ağ tüklərlə örtülmüşdür. Qarıncığın ilk 2 tergiti qısa sarımtıl tüklərlə örtülüdür. Arxa ətraflarda “səbətciyin” tükləri ağ, qanadları isə şəffaf ağdır. Cənubi Avropa, Kiçik Asiya, Qafqaz, Rusiya, Suriya, İsrail, İran, Türkmənistanda yayılmışdır . Azərbaycanda Şamaxı, Lerik, Naxçıvan MR-də rast gəlinir. Aşağı dağlıq çöl və yarımsəhra landşaftlarında rast gəlinir.
Qüvvətli turşular
XQüvvətli turşular — yüksək pH-a malik turşular. Əksər qüvvətli turşular flüorsulfun turşusu ilə FSO3H kükürd-trioksid və ya lyuis turşularının qarışığı olur (əsasən Stibium-pentaflüorid). flüorsulfun turşusu ilə stibium-pentaflüoridin qarışığı sehrli turşu adlanır. Həmççinin xlorid turşusunun xlorlaşmış karbohidrogenlərdə məhlulu da qüvvətli turşulardır. Qüvvətli turşulardan biri də, triflüormetansulfat turşusudur (texniki adı trimsilatdır) CF3SO3H. Trimsilat oksidləşdirici xüsusiyyətə malik deyil və hidroliz etmir.
Qümbətli (Qars)
Qümbətli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 1,361 nəfərdir (2022).
Şükri Qüvətli
Şükri əl-Qüvvətli (ərəb. شكري القوتلي‎; 21 oktyabr 1891, Dəməşq – 30 iyun 1967[…], Beyrut) — Suriyanın 1-ci prezidenti. Osmanlı İmperatorluğunun ərəb ərazilərinin müstəqilliyi və birliyi yolunda çalışan bir dissident kimi fəaliyyətə başlamış və fəallığına görə həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Suriya Krallığı qurulanda Qüvvətli monarxizmdən məyus olsa da, Respublika İstiqlal Partiyasını qurdu. 1920-ci ildə Suriyaya nəzarəti ələ alan fransızlar tərəfindən Qüvvətli dərhal edam edildi. Bundan sonra özünü Səudiyyə Ərəbistanı ilə güclü əlaqələr quraraq Suriya-Fələstin Konqresinin baş səfiri vəzifəsində çalışdığı Qahirəyə yerləşdirdi. Bu əlaqələri Böyük Suriya qiyamının (1925–1927) maliyyələşdirilməsində kömək etdi. 1930-cu ildə Fransa hakimiyyəti Qüvvətlini əfv etdi və bundan sonra Suriyaya qayıtdı və burada tədricən Milli Blokun əsas lideri oldu. 1943-cü ildə Suriyanın prezidenti seçildi və üç il sonra ölkənin müstəqilliyinə nəzarət etdi. Qüvvətli 1948-ci ildə yenidən seçildi, lakin 1949-cu ildə hərbi çevrilişə məruz qaldı.
Sürətli likvidlik
Sürətli (tez) likvidlik nisbəti (ing. Quick ratio, Acid test, QR) — yüksək likvidli cari aktivlərin qısamüddətli öhdəliklərə (uzunmüddətli öhdəliklər) nisbətinə bərabər olan maliyyə əmsalı. Məlumat mənbəyi cari likvidliklə eyni şəkildə şirkətin balans hesabatıdır, lakin ehtiyatlar aktivlər kimi nəzərə alınmır, çünki satılmağa məcbur edilərsə, itkilər bütün dövriyyə kapitalı arasında ən böyük olacaqdır. Müəssisənin qısamüddətli öhdəliklərini ən likvid aktivlərlə ödəmək qabiliyyətini göstərir. К бл = Cari aktivlər − Ehtiyatlar Cari məsuliyyət {\displaystyle {\mbox{К}}_{\mbox{бл}}={{\mbox{Cari aktivlər}}-{\mbox{Ehtiyatlar}} \over {\mbox{Cari məsuliyyət}}}} və ya К бл = Qısamüddətli debitor borcları + Qısamüddətli maliyyə investisiyaları + Qısamüddətli öhdəliklər Təxirə salınmış gəlir − Gələcək xərclər üçün ehtiyatlar − Gələcək xərclər üçün ehtiyatlar {\displaystyle {\mbox{К}}_{\mbox{бл}}={{\mbox{Qısamüddətli debitor borcları}}+{\mbox{Qısamüddətli maliyyə investisiyaları}}+{\mbox{Qısamüddətli öhdəliklər}} \over {\mbox{Təxirə salınmış gəlir}}-{\mbox{Gələcək xərclər üçün ehtiyatlar}}-{\mbox{Gələcək xərclər üçün ehtiyatlar}}}} Бригхэм Ю., Эрхардт М. Анализ финансовой отчётности // Финансовый менеджмент (10-е изд). СПб.: Питер. Пер. с англ. под. ред.
Qüdrət Adişov
Qüdrət Adışov
Qüdrət Axundov
Axundov Qüdrət Əli oğlu (1932, Ordubad, Naxçıvan MSSR – 1973) — fizika-riyaziyyat elmləri doktoru , pedaqoq, professor. Qüdrət Axundov 1932-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini şəhər orta məktəbində aldıqdan sonra fizika elminə olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fızika-riyaziyyat fakültəsinə gətirmişdi. Tələbəlik illərindən elmi-tədqiqat işinə böyük maraq göstərən Qüdrət Axundov SSRİ EA-nın müxbir üzvü, mərhum akademik H.B.Abdullayevin rəhbərliyi altında bir sıra yarımkeçiricilərin, o cümlədən Azərbaycanda tapılan təbii qalenit kristalların fiziki xassələrinin tədqiqi ilə məşğul olmuş və 1955-ci ildə "Bəzi yarımkeçiricilərin elektrikkeçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin tədqiqi" mövzusunda ilk elmi işini çap etdirmişdir. Universiteti bitirdikdən sonra o, AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır və laborant, kiçik elmi işçi (1955-1960) və baş elmi işçi (1960-1968) vəzifələrində çalışmış, böyük nailiyyətlər əldə etmişdir. Qüdrət Axundov 1969-1970 illərdə Azərbaycan MEA Fizika İnstitutunda "Nazik təbəqələr fızikası" laboratoriyasına rəhbərlik etmişdir. Alim tərəfındən respublikada ilk dəfə olaraq böyük praktiki əhəmiyyətə malik olan bir üsulla – yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin araşdırılmasına dair elmi-tədqiqat işləri başlanılmış və bununla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətləri öyrənilmişdir. Q.Axundovun elmi fəaliyyəti əsasən A3B6 tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Bu tip yarımkeçirici birləşmələr respublikada ilk dəfə olaraq Qüdrət Axundov tərəfindən hələ 1957-ci ildə sintez edilmiş və göstərilmişdir ki, həmin kristallar laylı və zəncirvari quruluşda kristallaşır. Onun rəhbərliyi altında göstərilən kristalların elektrik, optik, fotoelektrik, lüminessensiya və kontakt xassələrinin kompleks araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müxtəlif istiqamətlərdə kimyəvi rabitənin fərqlənməsi və kristal quruluşun anizotropluğu sayəsində bu kristallarda fizıki xassələrın yüksək anizotropluğu və bir sıra maraqlı, bəzən hətta qeyri-adi sayıla bilən hadisələr müşahıdə olunur.
Qüdrət Həsənov
Qüdrət Həsənquliyev
Qüdrət Müzəffər oğlu Həsənquliyev (29 yanvar 1965, Əbrəqunis, Culfa rayonu) — siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və hazırkı sədri, 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü (2000–2003). Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb. Evlidir, 2 övladı vardır. 4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəypaytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.
Qüdrət Kəlbəliyev
Qüdrət Kəlbəliyev (Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu; 13 noyabr 1946, Naxçıvan) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). Qüdrət Kəlbəliyev 13 noyabr 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. Dispers sistemlərdə hidrodinamika, kütlə və istilik mübadiləsi, kimya proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və yeni texnologiyaların, apparat tərtibatının işlənib hazırlanması. Suspenziyalarda və emulsiyalarda fiziki –kimya və kütlə mübadiləsi proseslərinin (koaquliyasiya, birləşmə, ayrılma və parcalanma) modelləşdirilməsi və texnologi proseslərdə tədbiqi. Q.Kəlbəliyev 220 elmi əsərin, 8 müəlliflik şəhadətnaməsi və patentin 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru yetişdirilib. Türkiyə Cümhuriyyəti, Malatya şəhəri, İnönü Universiteti, Kimya mühəndisliyi fakültəsi, 1999–2006 illər Şöhrət ordeni — 2015. 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Келбалиев Г.И., Расулов С.Р., Гидродинамика и массоперенос в дисперсных средах. Санкт–Петербург: ХимИздат, 2014.
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.
Qüdrət Muğanlı
Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur. Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir. Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir. Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Qüdrət Məmmədzadə
Qüdrət Nuriyev
Güdəyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür. == Əhali == Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.
Firuz Qureşli