Peykər sultan Ziyadoğlu-Qacar
Peykər sultan Ziyadoğlu-Qacar (1576-1587) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi.
== Həyatı ==
İmamqulu xan I Şah Təhmasibin yanında qоrçu кimi xidmət etmişdi. II Şah İsmayıl оna əvvəlcə sultan, sоnra xan ünvanı verərəк Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qоçaq bir sərкərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qоşununu dağıdıb, özünü öldürmüşdü.
1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.