Windows Phone
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi. Bu PC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və ya docking stansiyası kimi tanıtmaq mümkün idi.