POLİARTRİ́T
POLİFONİK
OBASTAN VİKİ
Polietilen
Polietilen dünyada ən geniş yayılmış plastik növüdür və illik təxminən 80 milyon ton beynəlxalq istehsal vardır. 1898-ci ildə diazometanı tədqiq edən Alman kimyaçı Hans Von Pechmann tərəfindən təsadüfən hazırlanmışdır. Polietilen - (-CH2-CH2-)n, bərk ağ rəngli, termoplastik, əl ilə yoxladıqda bir qədər yağlıtəhər materialdır, parafini xatırladır. Polimerin öz quruluşuna görə böyük molekul kütləsinə malik doymuş karbohidrogen (parafin) olduğu nəzərə alınsa, bu oxşarlığı başa düşmək olar. Polietilen maviyəçalan zəif parlaq alovla yanır. Turşuların, qələvilərin, oksidləşdiricilərin (kalium-permanqanatın) məhlulları ona təsir etmir. Qatı nitrat turşusu polietileni parçalayır. Polietilendən elektrik izolyatoru kimi istifadə edilir. Polietilen plyonkalar su və qaz keçirmir, ona görə də qida maddələrini qablaşdırmaq üçün material kimi istifadə edilir. Polietilen plyonkalardan, eləcə də kənd təsərrüfatında şitillərin şaxtadan qorunması üçün istixanaların tikilişində istifadə olunur.
Polietilenimin
Polietilenimin Alınması: Ümumi formulu [─СН2─СН2─NН─]n olan poliaminlərə aid sintetik polimerdir.Sənayedə aşağımolekul kütləli (molekul kütləsi 104-dən kiçik) polietilenimini etileniminin sulu məhlullarda proton və aproton turşuların, alkilxloridlərin iştirakı ilə kation polimerləşməsindən alınır.Şaxələnmənin səbəbi böyüyən zəncirdə əmələ gələn oliqomerlərin aktiv mərkəzlərlə qarşılıqlı təsirdə olmasıdır.Yüksəkmolekul kütləli (molekul kütləsi (4-10)∙104 olan)poletilenimini epixlorhidrin, poliepixlorhidrin, alkilendihallogenid və s. katalizatorların iştirakı ilə etileniminin polimerləşməsi, həmçinin aşağı molekul kütləli polietileniminin qeyd olunan birləşmələrlə polikondensasiyası yolu ilə almaq olar. Fiziki və kimyəvi xassələri:Aşağı molekul kütləli polietilenimin –mayedir, yüksək molekul kütləli polietilenimin-elastomerdir. Sıxlığı 1050-1070kq/m3, şüşələşmə temperaturu -200C-dən 450C-yə, ərimə temperaturu 700C, parçalanma temperaturu 2500C; az zəhərlidir, suda, spirtdə, sirkə turşusunda həll olur. Polietilenimin alifatik amin olub əsasi xassəyə malikdir. Polietilenimində amin qruplarının varlığı onun poliamid, asil, alkil və başqa törəmələrini almağa imkan verir.[h]=KMa Mark-Xuvink tənliyinin sabiti(xarakteristik özlülüyün molekul kütləsindən asılılığı) aşağımolekul kütləli polietilenimin üçün K=7,2∙10-4, a=0,68(etanolda, 200C), yüksəkmolekul kütləli polietilenimin üçün K=0,89∙10-4 və 0,57∙10-4, a=0,89 və 0,84(uyğun olaraq 200C, etanolda və 250C 0,1n NaCl məhlulunda).Aşağımolekul kütləli polietilenimini havada 2800C-də qızdırdıqda 50%-i 0,64 saatdan sonra, yüksəkmolekul kütləli polietilenimin isə 3,5 saatdan sonra parçalanır.Polietilenimin müxtəlif birləşmələrlə reaksiyaya girərək başqa polifunksional polimerlər əmələ gətirir. Tətbiqi: Polietilenimin və onun törəmələrindən flokulant kimi tullantı sularının təmizlənməsində, kağız istehsalında, qalvanotexnikada istifadə olunur. Plastmasların, epoksid qətranlarının, rezinlərin tərkibinə qatılır.Polietilenimin əsasında ion mübadiləsi qətranları,plenkaları və membranları alınır.

Значение слова в других словарях