POLKOVNİK

I
сущ. воен. полковник:
1. офицерское звание, следующее за званием подполковника
2. лицо, носящее это звание. Polis polkovniki полковник полиции
II
прил. полковнический, полковничий. Polkovnik rütbəsi полковнический чин, polkovnik poqonları полковничьи погоны
POLKA
POLKOVNİK-LEYTENANT
OBASTAN VİKİ
Polkovnik
Polkovnik — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci dərəcəli kapitan rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
Polkovnik-leytenant
Polkovnik-leytenant — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci dərəcəli kapitan rütbəsidir.
Polkovnik Cek
Polkovnik Cek— Daniel Defonun ilk dəfə 1722-ci ildə nəşr olunmuş romanıdır. Onun ilkin nəşr olunduğu daha uzun başlıq, ümumiyyətlə polkovnik Cek kimi xatırlanan, həqiqətən də polkovnik Jakın tarixi və ecazkar həyatıdır. Cənab, iyirmi il oğru oldu, sonra Virciniyaya qaçırıldı, tacir kimi qayıtdı; O, dörd fahişə ilə beş dəfə evləndi; müharibələrə girdi, igidlik göstərdi, üstünlük qazandı, alayın polkovniki təyin olundu. Pikaretin romanı, Defoun Moll Flanders (1722) və Roxanne: The Happy Lady (1724) kimi digər əsərləri ilə birlikdə cinayət fantastikası kimi qəbul edilə bilər. O, Moll Flanders ilə bir çox süjet elementləri və mövzularıyla oxşarlıq təşkil edir və romanlar on bir ay fərqlə nəşr olunur. Defonun bir çox digər əsərləri kimi, Polkovnik Cek də pul və cinayətə diqqət yetirir. Roman Cekin tərk edilmiş qeyri-qanuni uşaq olması ilə başlayır, ona baxan tibb bacısı atası tərəfindən Cek böyüyəndə onun "centlmen" olduğunu bildirmək üçün ona rəhbərlik edir. Tibb bacısı oğlunu himayəsində olan digər iki Cekdən fərqləndirmək üçün "Kapitan Cek" adlandırır və baş qəhrəmana "Polkovnik Cek" adını verir; digərini isə "Mayor Cek" adlandırır. Polkovnik Cek on yaşına çatanda tibb bacısı ölür və xarici dünyaya atılan üç oğlan cinayətkar olur; Polkovnik Cek Uillin cibgir köməkçisi olur və ticarət bacarıqları qazanır. Cinayətlərin miqyası və xarakteri ağırlaşdıqca Cek vurduğu zərəri anlamağa başlayır.
Polkovnik Kurts
Polkovnik Volter İ. Kurts (ing. Walter E. Kurtz) — Frensis Ford Koppolanın "Apokalipsis indi" filminin əsas personajlarından biri. ABŞ aktyoru Marlon Brandon tərəfindən ekranda canlandırılmışdır. Polkovnikin obrazı Cozef Konradın "Qaranlığın ürəyi" hekayəsindəki fil sümüyü taciri fil sümüyü taciri olan Kurts personajına əsaslanır. Volter İ. Kurts Birləşmiş Ştatlar Silahlı Qüvvələrində karyera qurmuş zabit, nüfuzlu Vest-Point Hərbi Akademiyasının üçüncü nəsil məzunu idi. Kurts tez bir zamanda Pentaqon zabiti səviyyəsinə yüksəlmişdir. Kapitan Villardın sözlərinə görə, Kurts Koreyada ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində döyüşlərdə iştirak etmişdir. 1964-cü ildə Pentaqon Müharibə Şurası ABŞ-nin bu ölkədəki hərbi siyasətinin çatışmazlıqları haqqında ətraflı hesabat hazırlamaq üçün Kurtsu Vyetnama göndərmişdir. Elə həmin il o, Vyetnamdakı baş hərbi məsləhətçinin komandanlığı altında vəzifə səfərindən qayıtmış və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri və ABŞ Prezidenti Lindon Consonun qarşısında çıxış etmişdir. Kurts məruzəsində ABŞ hərbi doktrinasını kəskin tənqid etmişdir və bu, yüksək komandanlığın xoşuna gəlməmişdir.
Polkovnik Şaber
Polkovnik Şaber — (fr. Le Colonel Chabert) fransız yazıçısı və dramaturqu Onore de Balzakın (1799–1850) 1832-ci ildə işıq görən hekayəsi. O, Restarvasiya (1815–1830) və İyul Monarxiyası (1830–1848) dövründə Fransa cəmiyyətini təsvir edən və parodiya edən "İnsan Komediyası" kimi tanınan romanlar seriyasına daxil edilmişdir. Əvvəlcə Le Constitutionnel-də nəşr olunan bu hekayə iki səssiz film də daxil olmaqla altı fərqli filmə uyğunlaşdırılmışdır. Hadisə 1818-ci ildə, XVIII Lüdovikin dövründə Parisdə baş verir. Polkovnik Şaber Rus-Prussiya-Fransa müharibəsində Napoleon üçün vuruşmuş və hörmətli fransız zabitidir. O, Preussisch-Eylau döyüşündə ağır yaralanmış, uzun müddət ölmüş hesab edilsə də, gücünü bərpa edir və bir neçə ildən sonra vətəni Parisə qayıdır. Evə qayıdan polkovnik Şabert öyrənir ki, onun bütün əmlakı dul qaldığına görə arvadına miras qalır və sonradan dul qadın Qaberin ölüm xəbərinin səhv olduğunu bilməyərək yenidən titullu və varlı bir adamla evlənir. Polkovnik keçmiş arvadı ilə görüş təşkil edərək əvvəlki həyatına qayıtmağa cəhd edir, lakin arvad Şabertdən imtina edir, çünki maddi və sosial vəziyyətini itirmək istəmir, həmçinin qadının yeni evliliyindən iki azyaşlı övladı var. Bundan əlavə, qadın gözləyir ki, Çabert əmlakı tələb edə bilməyəcək, çünki onun lazımi vəsaiti yoxdur.
Eldar Ağayev (polkovnik)
Elmar Hüseynov (polkovnik)
Rafael Əsədov (polkovnik)
Rəhman Mustafayev (polkovnik)
Rəhman Bəhman oğlu Mustafayev (24 dekabr 1937, Sallı, Mikoyan rayonu – 12 iyun 2015, Bakı) — polkovnik, Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinin rəisi (1994–1995). 1937-ci il dekabrın 24-də Ermənistan SSR (Dərələyəz mahalı) Mikoyan (Yexeqnadzor) rayonunun Sallı kəndində anadan olmuşdur. 1952-ci ildə Yuxarı Aralıq kənd 7 illik məktəbini əla qiymətlərlə bitirmiş, Ordubad Pedaqoji Texnikumuna imtahansız qəbul olmuşdur. Ordubadda oxuduğu müddətdə valideynləri 5 ay Noraşen rayonunun Yuxarı Yaycə kəndində, 1956-cı ilə qədər Baş Noraşen (Cəlilkənd) kəndində yaşayıb, oradan yenidən Ermənistan SSR Yexeqnadzor rayonunun Sallı kəndinə qayıtmışlar. 1956-cı ildə Ordubad Pedaqoji Texnikumunu fərqləənmə diplomu ilə bitirib, Bakıda V. İ. Lenin adına APİ-nin tarix-filologiya fakültəsinə qəbul olmuş, 1961-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, İmişli rayonuna təyinat almışdır. 1 sentyabr 1961-ci ildən 1 fevral 1962-ci ilə qədər Sərxanlı kənd orta məktəbinin dərs-hissə müdiri vəzifəsində işləmişdir. R. Mustafayev 1962-ci ilin fevral ayında hərbi xidmətə çağrılmış, 1 il 8 ay Moskva şəhərində daxili qoşunlarda batalyonun müstəqil komsomol təşkilatının katibi seçilmiş, 1963-cü ildə Saratov Hərbi məktəbini (eksterno) bitirmiş, kiçik leytenant rütbəsi almışdır. 1964–1966-cı illərdə Azərbaycan Marsizm-Leninizm Universitetində oxumuş və oranı fərqlənmə ilə bitirmişdir. 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1970-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1968-ci ildə 26-lar rayonunda bölmə rəisi, 1972-ci ildə Lenin rayon DİŞ-də siyasi işlər üzrə rəis müavini, 1975-ci ildə Quba rayon DİŞ-in rəisi, 1977-ci ildə Quba rayon xalq deputatı seçilmişdir.
Elxan Qarayev (polkovnik-leytenant)
Elçin Quliyev (general-polkovnik)
Elşad Quliyev (polkovnik-leytenant)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. == Ailəsi == Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. == Mükafatları == (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) == İstinadlar == == Mənbə == Təranə Şükürova.
Kazım Ələkbərov (general-polkovnik)
Kazım Ələkbərov — Rusiya Federasiyasının Federal İcra Hakimiyyəti Xidmətinin Moskva şəhəri üzrə rəisi, 1-ci dərəcəli Dövlət Ədliyyə müşaviri, Federal İcra Hakimiyyətinin əməkçisi, hüqüq elmlər namizədi, general-polkovnik. == Həyat və fəaliyyəti == Kazım Ələkbərov 21 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Kiçik Vedi kəndində anadan olmuşdur. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirdikdən sonra 16 yaşında ikən Bakıya daha sonra isə Moskvaya yola düşür. Əvvəl hərbi xidmətini başa vurduqdan sonra Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin tarix fakültəsini, daha sonra isə Moskva Dövlət Hüqüq Akademiyasının hüqüq fakültəsini bitirir. Kazım Ələkbərov qısa zamanda Moskvanın bir çox rayonlarında Məhkəmə İcraçıların rəisi vəzifəsinə yüksəlir.
Qara polkovnik
Fətulla Əli oğlu Hüseynov (21 dekabr 1937, Traubenfeld – 14 iyun 2004, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik. Fətulla Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbərlərindən biri olmuşdur. Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb. 1993-cü ildə Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib.
Adil Əliyev (polkovnik)
Cahangir Rüstəmov (polkovnik)
Cahangir Rüstəmov (15 noyabr 1939, Düzrəsullu, Gədəbəy rayonu – 1994, Qaravəlilər, Gədəbəy rayonu) — keçmiş Sovet ordusunun "Qırmızı Ulduz" ordeni nişanlı batalyon komandiri olmuş, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, alay komandiri. == Həyatı == Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il sovet ordusunda xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmişdir. Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C. Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib.
Cəlil Xəlilov (polkovnik)
Cəlil Xəlilov (9 avqust 1958, Masallı) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik. == Həyat və fəaliyyəti == Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985–1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. 1987–2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. === İctimai fəaliyyəti === O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Xəlilov Cəlil Malik oğlu. 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur.
Tapdıq Osmanov (polkovnik)
Telman Hacıyev (polkovnik)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Telman Hüseynov (polkovnik)
Telman Əsgər oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Telman Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Şamil Süleymanov (polkovnik)
Şamil Süleymanov — Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, polkovnik, Veteranlar Təşkilatının təsis etdiyi "Əliağa Şıxlınski" medalı ilə təltif edilmişdir. Şamil Süleymanov 10 mart 1935-ci ildə Bakıda anadan olmuşdur. 6 nömrəli orta məktəbin rus bölməsini bitirən kimi Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsinə daxil olmuşdur. 1958-ci ilin avqust ayında ali təhsilini başa çatdırıb ixtisası üzrə yenicə əmək fəaliyyətinə başlamışdır ki, onu Dövlət Təhlükəsizliyi Komitəsinə (DTK) işə dəvət etdilər. SSRİ-nin nüfuzlu ali məktəblərini bitirmiş dörd nəfər həmyaşıdı ilə birlikdə gələcəkdə bu orqanda işləmək məqsədilə Belarusiyanın Mogilyov şəhərində yerləşən kəşfiyyat məktəbinə oxumağa göndərdilər. Həmin vaxt SSRİ-də siyasi ab-hava mülayimləşmiş, əvvəllər qorxulu cəza aparatı kimi ad çıxarmış xüsusi xidmət orqanının əvəzinə yeni yaradılan DTK-nın gənc və ali təhsilli kadrlarla komplektləşdirilməsi qərara alınmışdı. Mogilyovda ikiillik təhsil proqramına bütün müttəfiq respublikaları təmsil edən 200 kursant cəlb olunmuşdu. O ilyarım ərzində nəzəri məsələləri öyrənməli, sonra altı ay müddətində respublikada təcrübə keçməli və buraxılış imtahanı verib işə təyinat almalı idi. 1960-cı ildə Bakıya qayıdıb, dərhal öz ixtisası üzrə işləməyi başlamışdır. Şamil Süleymanov Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu illərdə onun rəhbərliyi altında işləyib.
Ceyms Barrett (polkovnik)
Ceyms Barrett (ing. James Barrett; 1710, Konkord[d] – 11 aprel 1779, Konkord[d]) — ABŞ hərbçisi, ABŞ İstiqlal müharibəsini başladan Leksinqton və Konkord döyüşləri milis polkovniki. Gizli Britaniya kəşfiyyatına görə onun ferması Konkord şəhərinin bütün milis barıtlarının, silahlarının və iki cüt qiymətli bürünc topların saxlandığı yer idi. 19 aprel 1775-ci ildə, səhər saatlarında Britaniya nizamlı qüvvələri general Tomas Geyc tərəfindən Bostondan təxminən 20 mil içəridə yerləşən Konkord şəhərinə doğru yürüş etmək, topu ələ keçirmək və vilayət fermasında arsenala basqın etmək əmri almışdır. Britaniyalılar həm Leksinqtonda, həm də Konkordda müqavimətlə qarşılaşmışdılar. Britaniyalılar gəlib axtarış aparmazdan əvvəl mağazalar yaxınlıqdakı tarlada gizlədilmiş və britaniyalılar onları heç vaxt tapa bilməmişdilər.
General-polkovnik (Azərbaycan)
General-polkovnik — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. Ordu generalından və onun analoji rütbələrindən aşağı olsa da, Azərbaycan Silahlı Qüvvələrində və gömrük orqanlarında indiyədək verilmiş ən yüksək rütbədir. General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinə verilir. == Tarixi == SSRİ dövründə general-polkovnik rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir. Sovet hakimiyyəti dövründə bu rütbəni azərbaycanlılardan yalnız Tofiq Ağahüseynov almışdır. O, müstəqillik dövründə də bu rütbəni daşımışdır. Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-polkovnik rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir. Müstəqil Azərbaycanda bu rütbəyə 25 may 1998-ci ildə müdafiə naziri Səfər Əbiyev layiq görülmüşdür.
Rəşad Nadirov (polkovnik)
Rəşad Soltanağa oğlu Nadirov (13 iyun 1982, Bakı) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Nadirov 13 iyun 1982-ci ildə Bakı şəhərində doğulub. Əslən Masallı rayonunun Əhmədli kəndindəndir. Atası mühəndis, anası evdar qadın olub. Ailədə 4 qardaş 1 bacı olmaqla Rəşad ailənin kiçik övladıdır. Ailəlidir, iki qızı var. Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə təhsil alıb. Heydər Əliyev adına Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olub. Həmin məktəbin raket və kosmonavtika texnikasının uçuş istismarı fakültəsinin məzunu olub.
Ehsan xan Naxçıvanski (polkovnik-leytenant)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Faiq Qasımov(polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. === Təhsili === Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Faiq Qasımov (polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. === Təhsili === Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Polkovnikə heç kim yazmır
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Polkovnikə məktub yoxdur
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Polkovnikə məktub yoxdur (povest)
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Ramiz Cəfərov (polkovnik-leytenant)
Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Noyabrın 6-da Şuşa istiqamətində həlak olmuşdur. Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Donesk vilayətinin Makeyevka şəhərində anadan olub. 1981–1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985–1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989–1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992–1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ramiz Cəfərov ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qaldı. Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda olmuşdur.
Ramiz Qasımov (polkovnik-leytenant)
Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur. Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur.
Rasim Abdullayev (polkovnik-leytenant)
Rəşad Nadirov (polkovnik-leytenant)
Rəşad Soltanağa oğlu Nadirov (13 iyun 1982, Bakı) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Nadirov 13 iyun 1982-ci ildə Bakı şəhərində doğulub. Əslən Masallı rayonunun Əhmədli kəndindəndir. Atası mühəndis, anası evdar qadın olub. Ailədə 4 qardaş 1 bacı olmaqla Rəşad ailənin kiçik övladıdır. Ailəlidir, iki qızı var. Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə təhsil alıb. Heydər Əliyev adına Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olub. Həmin məktəbin raket və kosmonavtika texnikasının uçuş istismarı fakültəsinin məzunu olub.
Rəşad Quliyev (polkovnik-leytenant)

Значение слова в других словарях