POLLING
POLLING-DAY
OBASTAN VİKİ
John Wilkes Booth
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838 – 26 aprel 1865[…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru. Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır. == Sui-qəsd == Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi.