polis əməkdaşı
pornoqrafik materiallar
OBASTAN VİKİ
Populyasiya
Populyasiya (lat. populus – xalq, əhali) — müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının (cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də Populyasiyası vardır. Populyasiyanın mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. Populyasiya daxilində ərazi və qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması Populyasiyada davamlı struktur yaradır. Populyasiyaya daxil olan fərdlərin sayı çox dəyişə bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də Populyasiyanın tutduğu sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə Populyasiyanın ən çox əlverişli sayına onun homeostazı deyilir.
Populyasiya genetikası
Populyasiya genetikası — genetikanın bir sahəsi olub, populyasiyanın genetik strukturunu, ona təsir edən faktorları, populyasiyada irsiyyət qanunauyğunluqlarını öyrənir. Populyasiya genetikasının elmi əsasını Çarlz Darvin və Qreqor Mendel qoymuşdur. Bunlardan sonra Danimarka fizioloqu V.İohansenin böyük rolu vardır. 1903-cü ildə “Populyasiyalarda və təmiz xətlərdə irsilik” adlı əsərini dərc etdirmişdir. V.İohansen lobya bitkisində toxumların kütləsinin və ölçüsünün irsən keçməsinin nəticələrini öyrənmək üçün riyazi analiz aparmış və valideynlərlə bir neçə nəslin arasında əlamətlərin irsən keçməsini müqayisəli şəkildə genetik üsul əsasında təhlil etmişdir. 1908-ci ildə bir-birindən asılı olmayaraq ingilis riyaziyyatçısı Q.Hardi və alman həkimi V.Vaynberq riyazi analiz əsasında insanlarda allellərin və qan qrupunun tiplərinin genotipdə tezliyi haqqında məlumatı dərc etmişlər. Populyasiya genetikası elminin sonrakı inkişafında Çetverikovun (1926), Fişerin (1930), C.Xoldenin (1932), S.Raytın (1932), N.P.Dubininin (1934) və digərlərinin işləri böyük rol oynamışdır. Populyasiya — geniş mənada bioloji növün bir qrup fərdlərinin müəyyən arealda məskunlaşan yığımına və ya genetik aspektdə eyni növə mənsub olan, eyni ərazidə yerləşən müəyyən ekoloji şəraitdə uyğunlaşmış və bir-biri ilə sərbəst çarpazlaşan bitki və ya heyvan qrupuna deyilir. İki cür populyasiyalar olur: Təbii şəraitdə təbii allellərin təsiri nəticəsində formalaşan populyasiya. İnsan tərəfindən spesifik mühit şəraiti yaradaraq süni seçmənin nəticəsində formalaşan süni populyasiya.
Lənkəran arı populyasiyası

Digər lüğətlərdə