Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir.
== Boks ==
Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir.
== Qarışıq döyüş növləri ==
2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur.
== Kikboksinq və muay tay ==
"ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.