PREJUDICE

prejudice1

n 1. ədalətsiz / insafsız / tərəfgir / qərəzli fikir; without ~ qərəzsiz olaraq, tərəfgirlik etmədən, insafla; to have a ~ against smth. bir şeyə qarşı qərəzli olmaq; 2. xurafat, mövhumat; to be steeped in ~ mövhumatda batıb qalmaq; 3. məhkəmənin ədalətsiz qərarı nəticəsində dəymiş ziyan / zərər

prejudice2

v 1. qabaqcadan inandırmaq; qərəzli fikir yaratmaq (bir kəsdə); to ~ smb. in favour of smb. / smth. bir kəsdə bir kəsin / şeyin xeyrinə əvvəlcədən rəğbət doğurmaq; 2. ziyan / zərər vurmaq; azaltmaq (şansı, imkanı və s.); to ~ one’s chances of success müvəffəqiyyət qazanmaq üçün öz şansını / imkanını azaltmaq

PREJUDGE
PREJUDICIAL