prokurator 2021
prokurorluq
OBASTAN VİKİ
Prokuror
Prokuror ― cinayət prosesində ittiham orqanı kimi ədalətə xidmət edən şəxs. Prokurorluq cinayət prosesində cinayət işinin açılması vəzifəsini yerinə yetirərək dövlət adından cinayət işi açan orqandır. Bu idarədəki vəzifəli şəxsə prokuror adı verilir. Bundan əlavə, qısaldılmış şəkildə prokuror cinayət işinin ona çatmasından sonra dövlət adından tədqiqat və təhqiqat fəaliyyətini həyata keçirməyə, ictimai iddianın verilməsini tələb edən şərtlər yarandıqda iddia qaldırmağa və icraatına borclu olan, məhkəmələrin çıxardığı qərarları yerinə yetirmək və qanunla ona həvalə edilmiş digər vəzifələri yerinə yetirməli olan və məhkəmə orqanının üzvü hesab olunan dövlətin təyin etdiyi vəzifəli şəxs kimi müəyyən edilə bilər. Sözün kök mənası: qanun irəli sürməklə müdafiə olunan ideya, iddia, dava, tezis, əməlin cinayət olub-olmamasının qanun baxımından müəyyən edilməsi və cinayətin qanuna uyğun olaraq müəyyən edilməsi ilə əlaqədar qanunun müddəalarına müvafiq olaraq ittiham aktının hazırlanmasından məsul olan hüquq məmuru kimi müəyyən edilir. Onun qədim türk dilindəki qarşılığı "müddeiumumi"dir. Ərəbcə muddaˁī (iddia etmək, dava etmək) və umumī (ictimai) sözlərinin birləşməsindən əmələ gələn və "camaat adından məhkəməyə vermək" mənasını verən bu söz, 1870-ci il tarixli "Mehakim Nizamnaməsi" ilə fransızca prosécuteur publique sözünün qarşılığı olaraq türk qanunlarına daxil olmuşdur. Respublika dövründə də uzun müddət qeyri-rəsmi olaraq istifadə olunmuşdur. Prokurorluq inzibati struktura malik olduğundan onun tənzimlənməsində iyerarxiya mövcuddur. Tabelikdə olanlar təşkilat daxilindəki rəhbərlərindən əmrlər alırlar.
Hüseyn Hüseynov (prokuror)
Hüseyn Muxtar oğlu Hüseynov (11 mart 1944, Qabıllı, Naxçıvan Muxtar Respublikası – 19 fevral 2022) — Naxçıvan Muxtar Respublikası prokuroru, ədliyyə generalı. == Həyatı == Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Marksizm və Leninizm institunda iki il əlavə təhsil alır. 1963-cü ildə hərbi vəzifəsini yerinə yetirmişdir. == Fəaliyyəti == Birinci təyinatını Xanlar rayonuna almışdır. Sonra 6 ay Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayonunda prokurorluq müstəntiqi vəzifəsində işləmişdir. Daha sonra Quba şəhərinə təyinatını alır. Bir müddət burada işlədikdən sonra təyinatını Abşeron rayonuna alan Hüseyn Hüseynov burada müstəntiq işləyir və ərazi prokurorluğuna təyin edilmişdir.
Məmməd Əliyev (prokuror)
Yusif Ağayev (prokuror)
Yusif Şükür oğlu Ağayev (1963, Bakı) — Azərbaycan siyasətçisi, hərbçisi, hüquqşünası, hərbi tarixçisi. O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi (1991–1992), Qarabağ Qarnizonunun hərbi prokuroru (1992–1996), Tərtər rayonunun prokuroru (1996–2003) vəzifələrində çalışmışdır. Yusif Şükür oğlu Ağayev 1963-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakıda anadan olmuşdur. O, əslən Füzuli rayonundandır. Ağayev 1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, 1985–1987-ci illərdə Qazaxıstanın Quryev vilayətində vəkil, 1987–1991-ci illərdə həmin vilayətdə prokurorluğun istintaq idarəsinin prokuroru işləmişdir. Sovet İttifaqı dağılandan sonra Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev xaricdəki bütün azərbaycanlı əsgər və zabitləri Azərbaycana qayıtmağa çağırmışdır. Ağayev də Azərbaycana qayıtmış, 1991-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi təyin edilmişdir. Rzayevin qərargahı 1991-ci ilin payızına qədər Xankəndində, 1992-ci ilin mayına qədər Şuşada olmuş və nəhayət Ağdama köçürülmüşdür. O, erməni silahlı birləşmələri ilə yanaşı, azərbaycanlı fərarilərlə məşğul olurdu.
Şirxan Adıgözəlov (prokuror)
Rövşən Əliyev (prokuror)
Rövşən Ədalət oğlu Əliyev (1955, Ağstafa – 12 mart 2002, Bakı) — kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru (1992–1993). "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. 1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin hüquq fakultəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Hərbi Prokuroru vəzifələrinə qədər yüksəlmişdir. O, həm də Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru idi (1992–1993). R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Onun yorulmaz və səmərəli fəaliyyəti respublika prokurorluğu rəhbərliyi tərəfindən də daima yüksək qiymətləndirimişdir. Belə ki, o "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. Rövşən Əliyev 2002-ci il 13 martda Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmişdir və Bakıda dəfn edilmişdir.
Rövşən Muradov (prokuror)
Muradov Rövşən Təyyar oğlu (22 mart 1949, Canhəsən, DQMV – 15 avqust 1988, Qazax rayonu) — Şuşa prokuroru (1988). == Həyatı == Rövşən Muradov 22 mart 1949-cu ildə Xankəndi rayonunun Canhəsən kəndində anadan olmuşdur. Kosalar kəndi 8 illik orta məktəbi bitirmişdir. Məktəbdə bütün sahələr üzrə nümunəvi şagird olmuş, məktəb tədbirlərində və ictimai işlərdə fəal iştirak etmişdir. 1964-cü ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuşdur. 1968-ci ildə yüksək göstərici ilə oranı bitirmişdir. Cəmilli kənd məktəbinə təyinat almış, bir neçə il orada işlədikdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Universitetdə təhsilini bitirdikdən sonra bir müddət Xankəndində müstəntiq vəzifəsində çalışmışdır. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağı işğal etmək iddiaları qızışdığı dönəmdə Şuşaya prokuror təyin edilmişdir, amma icra aparatı ilə aralarında olan narazıçılıq səbəbi ilə iş yeri dəyişdirilmiş və o, Qazaxa təyinat almışdır. 1988-ci il avqustun 15-i səhər saat 6-da evdən çıxaraq Qazaxa yola düşmüş, Qazaxa çata-çatda qəzaya uğrayaraq dünyasını dəyişmişdir.
Murad Babayev (baş prokuror)
Prokuror oğlu (film, 1968)
Prokuror oğlu və ya Dünya (hind: Duniya) — 1968-ci ildə K. A. Narayan tərəfindən ssenarisi yazılmış və rejissor T. Prakash Rao tərəfindən çəkilmiş hind dilində romantik triller filmidir. Filmdə baş rollarda Dev Anand, Vyjayanthimala, digər rollarda isə ansambl heyəti kimi Balraj Sahni, Johnny Walker, Lalita Pawar, Prem Chopra, Sulochana Latkar, Madan Puri, Nana Palsikar, Achala Sachdev, Laxmi Chhaya, Jagdish Raj, Tun Tun, Brahm Bhardw və Pakistanlı aktyor Suctor çəkilmişdirlər. Film Amarjeet tərəfindən istehsal edilmişdir. Filmin partiturasını Shankar Jaikishan dueti bəstələyib, sözlərini Hasrat Jaipuri, S. H. Bihari və Gopaldas Neeraj yazıb, Awdhut tərəfindən aranjıman edilmiş və Faredoon A. Irani tərəfindən lentə alınmışdır. Filmin süjet xətti üç dost (Amarnath, Gopal və onun bacısı Mala) ətrafında cərəyan edir, onların həyatda problemlər ilə necə qarşılaşdıqlarını və süjetin qalan hissəsində həmin problemlərdən necə xilas olduqlarını göstərir. Film üç dost olan Amarnat, Qopal və onun bacısı Maladan bəhs edir. Mala və Qopalın anası dul qadın olduğundan və hər iki uşağa eyni zamanda baxa bilmədiyi üçün o, Bombeydə yaşayan əmisi oğlu Şobha R. Şarmanı Malanı övladlığa götürməyə icazə verir. Qopal xırda oğurluqlarına görə həmişə kəndlilərlə problem yaşayır və Malanın getdiyini biləndə o da evdən qaçır. İllər sonra onların hər üçü də böyüyür. Malanın anası vəfat etmiş, o, bibisi və əmisi, dövlət prokuroru olan Ramnath Sharma ilə birlikdə yaşamağa davam edir; Amarnath indi Baş Vəkil Mehta ilə işləyən Vəkildir və Malaya aşiqdir, lakin onun uşaqlıq dostu olduğunu bilmir; Qopal, Mədrəsdəki Puona həbsxanasında olarkən Heydərabaddakı polis onu dindirmək istəyir.
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medal haqqında == "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə prokurorluq orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər. "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri təltif edir. "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş və 1 mm enində hamar zolaqlarla konturlanmış səkkizguşəli ulduzun üzərində ətrafı 1 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə "AZƏRBAYCAN PROKURORLUĞU" sözləri, aşağı hissədə isə " 100" rəqəmi yazılmışdır. Yazılarla " 100" rəqəmi arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemdən sol tərəfdə " 1918" , sağ tərəfdə isə " 2018" rəqəmləri yazılmışdır.
"Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı

"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə; Prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə. Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər. "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanları i̇lə səmərəli̇ əməkdaşlığa görə" sözləri yazılmışdır.
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Medal ilə prokurorluq işçiləri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə; Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə; Prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə. Prokurorluq işçiləri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilirlər. "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" sözləri yazılmışdır.
Azərbaycan Baş Prokurorları
== Azərbaycan Xalq Cümhuriyyəti == Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918) Fətəli xan Xoyski (17 iyun 1918 – 7 dekabr 1918) Teymur bəy Makinski (26 dekabr 1918 – 14 mart 1919) Aslan bəy Səfikürdski (14 mart 1919 – 22 dekabr 1919) Xəlil bəy Xasməmmədov (22 dekabr 1919 – 1 aprel 1920) == Azərbaycan Sovet Sosialist Respublikası == Əliheydər Qarayev (28 aprel 1920 – 1921) Sergey İvanov (1921 – 1922) Bahadır Vəlibəyov (1922 – 1926) Böyükağa Talıblı (1926 – 1930) Hüsü Hacıyev (1930 – 1931) Böyükağa Talıblı (1931 – 15 fevral 1932) Səftər Cəfərov (1932 – 1935) Yaqub Məmmədov (1935 – 1936) Əbdülhəmid Yaqubov (?
Azərbaycan Respublikası Baş Prokurorluğu
Azərbaycan Respublikasının Baş Prokurorluğu — məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. == Tarix == 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmuş və Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunmuşdur, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilmişdir. 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Safikürdski, T. Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər. 1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.
Azərbaycan Respublikası Hərbi Prokurorluğu
Azərbaycan Respublikası Prokurorluğu

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu — ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. == Haqqında == Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əlehinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kmfayət qədər əsəs verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Hərbi Prokuroru təyin edilir. == Tarixi == Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti "SSRİ prokurorluğu haqqında" 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi. Həmin dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Hərbi prokurorluq orqanları fəaliyyət göstərmirdi. Respublikanını ərazisində Bakı şəhərində yerləşən Hərbi prokurorluq — 63470 saylı hərbi hissə və Hərbi Dəniz Qüvvələri Hərbi prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, həmin prokurorluqlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər. SSRi dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Həmin prokurorluqların yaranması üçün Respublikamızın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynadı. Göstərilən Aktın 4-cü maddəsinə əsasən suveren Respublikanını müvafiq qanunlarının qəbul edilməsinədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və Dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı.
Azərbaycan baş prokurorlarının siyahısı
== Azərbaycan Xalq Cümhuriyyəti == Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918) Fətəli xan Xoyski (17 iyun 1918 – 7 dekabr 1918) Teymur bəy Makinski (26 dekabr 1918 – 14 mart 1919) Aslan bəy Səfikürdski (14 mart 1919 – 22 dekabr 1919) Xəlil bəy Xasməmmədov (22 dekabr 1919 – 1 aprel 1920) == Azərbaycan Sovet Sosialist Respublikası == Əliheydər Qarayev (28 aprel 1920 – 1921) Sergey İvanov (1921 – 1922) Bahadır Vəlibəyov (1922 – 1926) Böyükağa Talıblı (1926 – 1930) Hüsü Hacıyev (1930 – 1931) Böyükağa Talıblı (1931 – 15 fevral 1932) Səftər Cəfərov (1932 – 1935) Yaqub Məmmədov (1935 – 1936) Əbdülhəmid Yaqubov (?
Gürcüstan Prokurorluğu
Gürcüstan Konstitusiyasında müəyyənləşdirildiyi kimi, 2017 və 2018-ci illərdə düzəliş edilmiş, Prokurorluğa Gürcüstan Parlamenti tərəfindən 6 il müddətinə seçilən Baş prokuror (გენერალური პროკურორი) rəhbərlik edir. Baş prokurorun namizədliyi, Parlamentə birbaşa hesabat verən və ədliyyə nazirindən, vəkillərdən, hakimlərdən və qanunla müəyyən edilmiş Parlament üzvlərindən ibarət olan Prokurorlar Şurası (.აპროკურორო საბჭო) tərəfindən irəli sürülür. Şura Prokurorluğun müstəqilliyini, şəffaflığını və səmərəliliyini təmin etməkdir.
Prokurorluq işçiləri günü
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918–1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
Beynəlxalq Prokurorlar Assosiasiyası
Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) — 1995-ci ildə Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış prokurorların qlobal qeyri-hökumət təşkilatı. Onun 177 ölkədən 183 korporativ və fərdi üzvləri var. IAP narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və fırıldaqçılıq kimi transmilli cinayətlərin artması səbəbindən yaradılıb. Onun əsası 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatının Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi üzrə səkkizinci Konqresinə və daha sonra Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisinin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Şöbəsi (UNOV) ilə işləyən Macarıstan Milli Prokurorlar Assosiasiyası tərəfindən inkişaf etdirilməsi ilə bağlıdır.
Hərbi Prokurorluq (Azərbaycan)
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu — ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. == Haqqında == Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əlehinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kmfayət qədər əsəs verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir. Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Hərbi Prokuroru təyin edilir. == Tarixi == Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti "SSRİ prokurorluğu haqqında" 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi. Həmin dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Hərbi prokurorluq orqanları fəaliyyət göstərmirdi. Respublikanını ərazisində Bakı şəhərində yerləşən Hərbi prokurorluq — 63470 saylı hərbi hissə və Hərbi Dəniz Qüvvələri Hərbi prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, həmin prokurorluqlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər. SSRi dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Həmin prokurorluqların yaranması üçün Respublikamızın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynadı. Göstərilən Aktın 4-cü maddəsinə əsasən suveren Respublikanını müvafiq qanunlarının qəbul edilməsinədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və Dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı.
Kral Prokurorluğu və Prokurorluğun Daxili Gəlir Xidməti
Kral ofisi və prokurorluq Daxili Gəlir Xidməti (şot.kelt Oifis a' Chrùin agus Seirbheis Neach-casaid a' Chrùin)- müstəqil dövlət prokurorluq xidməti Şotlandiya ədliyyə Nazirliyinin bir hissəsi. Şöbəyə Şotlandiya hüquq sisteminə uyğun olaraq mühakimə üçün məsul olan Əlahəzrətin Lord Vəkili rəhbərlik edir. Şotlandiyada faktiki olaraq bütün cinayət təqibi vəliəhd tərəfindən həyata keçirilir. Şəxsi ittihamlar olduqca nadirdir. Xidmətin yurisdiksiyası bütün Şotlandiyanı əhatə edir və cinayət cinayətlərinin, qəfil və ya şübhəli ölümlərin və polisin cinayət əməllərinin təhqiqatını və təqibini əhatə edir. Buraya həmçinin bona vakansiya və xəzinələrin qiymətləndirilməsi və sahibliyi daxildir. Lord Advocate-yə hər ikisi Hüquq Məmuru olan Şotlandiya üzrə Baş Hüquqşünas kömək edir. Xidmətin gündəlik işini Crown Agent & Baş İcraçı Direktor və Edinburq, Chambers Street -də Crown Office-də yerləşən xidmət qərargahında yerləşən icraçı şura həyata keçirir. Xidmətdə həm inzibati və digər vəzifələri yerinə yetirən dövlət qulluqçuları, həm də Məhkəmədə Tacı təmsil edən vəkillər və vəkillər çalışır.

Значение слова в других словарях