"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı

"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir.

"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir Azərbaycan Prezidenti
Status təqdim olunur
Statistika
Təsis tarixi 5 noyabr 2022

Tarixi və əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]

Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:

  • Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə;
  • Prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.

Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər.

"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenmedalları olduqda onlardan sonra taxılır.

Təsviri[redaktə | mənbəni redaktə et]

"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.[2]

Medalın ümumi təsviri

  • "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
  • Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanları i̇lə səmərəli̇ əməkdaşlığa görə" sözləri yazılmışdır. Səkkizguşəli ulduz ilə yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
  • Daxili çevrədə yer kürəsi, onun mərkəzində paralellərin və meridianların kəsişməsi fonunda Azərbaycan Prokurorluğunun rəsmi emblemi təsvir edilmişdir. Emblemin aşağı hissəsində əməkdaşlıq simvolu əks olunmuşdur.
  • Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.

Medalın arxa tərəfi

  • Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda "Azərbaycan Respublikasının Prokurorluğu" sözləri yazılmışdır.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Medalın elementləri

  • Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
  • Tünd qırmızı xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə". president.az. 26 noyabr 2022. 29 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  2. ""Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikası medalının təsviri" (PDF). president.az. 26 noyabr 2022. 29 noyabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 noyabr 2022.