QƏLƏNDAR
QƏMBƏR
OBASTAN VİKİ
Qələndər
Qələndər — kişi adı, təxəllüs.
Qələndər (Mərənd)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qələndər (Əhər)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (158 ailə).
Qələndər Alıyev
Qələndər Canbaxışov
Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü (2004), AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin] Akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru (2021). Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir. 1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-ci ildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır. 1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus.
Qələndər Xaçınçaylı
Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) — azərbaycanlı şair, yazıçı, jurnalist, publisist "Ziyadar", "Vintsas" mükafatları laureatı, "Tərəqqi" medallı, Prezident Təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü . Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri Həftə içi (qəzet)i olub. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və "Gənc şairin ilk kitabı və ilk söz" ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" — publisistika (2008), "Şərəfli ömür" — (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), Şahin Qasımovun ömür yolu haqqında "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən "Taclı şair" (2020) olmuşdur,.
Vaqif Qələndər
Vaqif Qələndər (tam adı:Vaqif Məhərrəm oğlu Qələndərov; 1969, Bakı) — tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah. Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1987-ci ildə Göyçə mahalının Krasnoselo rayonunda orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988–1990-cı illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Tibb Universitetini əla qiymətlərlə oxuduğuna görə 4-cü kursdan Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində təhsilini davam etdirmək üçün göndərilmişdir. 1995-ci ildə həmin universiteti bitirərək Tibb doktoru ünvanı almışdır. 1995-ildə universiteti bitirdikdən sonra Turkiyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində uzmanliq imtahanı verərək ixtisasa başlamışdır. 1995–2000-ci illərdə Azərbaycan Dövlət Təhsil nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaüdlü olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində təhsil almışdır. 2000-ci ildə məzun olaraq Plastik və Rekonstruktiv cərrrahiyyə Uzmanı adı almışdır. 2003-cü ildə "İnternal mammariyan arteryaya dayalı yeni ada flebi "adlı yeni cərrahiyyə metodu adlı dissertasiya müdafiə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adı almışdır.
Qələndər üsyanı (1580)
Qələndər üsyanı və ya yalançı II İsmayıl üsyanı — 1580-ci ildə Kuhgiluyədə Lurlar arasında zühur edən, özünü II Şah İsmayıl adlandıran qələndər tərəfindən Səfəvilər dövlətinə qarşı baş verən üsyan. Bu dövrdə Səfəvilər dövlətində baş verən Xorasan hadisələri, taxt mübarizəsi və Osmanlı dövləti ilə Azərbaycan və Şirvanda aparılan müharibələrdən istifadə edən qələndər dərviş olan bir şəxs Kuhgiluyədə özünü II İsmayıl adlandırmışdı. Dediyinə görə Halvaçı oğlu Hüseyn bəyin evində yatarkən ev mühasirəyə alınmış və pəncərədən qaçıb canını qurtarmışdır. Guya qəsdçilər ona oxşar qulamı qətl edib əmirləri II İsmayılın ölümünə inandırmışdılar. O ilk dəfə 1577-ci ildə ortaya çıxmışdı. İsgəndər bəy Münşi "Tarix-i aləmaray-i Abbasi" adlı əsərində onu dəli biri kimi təsvir edir. Münşi yazır ki, bu qələndər Kuhgiluyədə olarkən çöldə gəzən abdalları öz ətrafında toplamışdı. Daha sonra Kuhgiluyədə əfşarlarla birlikdə yaşayan Lur tayfalarına qoşularaq bölgədə təbliğat aparmağa başladı. Lurlar bu adamın dediklərinə inansalar da, inanmasalar da, onu dəstəkləməkdən çəkinmədilər. Çünki Lur tayfaları türkmənlər qədər orduda və ya dövlət bürokratiyasında özlərinə yer tapa bilmirdilər.
Qələndər Çələbi üsyanı
Qələndər Çələbi üsyanı (türk. Kalender Çelebi isyanı) – 1527-ci ildə Anadoluda baş verən şiə ayaqlanması. Baba Zünnun üsyanı kimi, bu ayaqlanma da Sultan Süleyman Qanuni dövründə (1520–1566) çıxmışdır. Ard-arda baş tutan Belqrad, Rodos və Moxac səfərləri səbəbilə xəzinədə yaranan azalmanı aradan qaldırmaq məqsədilə əhalidən toplanan vergilər artırılmış, buna etiraz edən əhali isə Qələndər Çələbi rəhbərliyində ayaqlanmışdır. Üsyana rəhbərlik edən Bektaşı təriqətinin şeyxi Qələndər Çələbi Hacı Bektaş Vəli soyundan gəldiyini iddia edərək özünü şah elan etmiş, Qələndər Şah ünvanıyla Səfəvi şahı Şah İsmayılla əlaqələr qurmağa cəhd etmişdir. Timar torpaqları əlindən alınan sipahilərin də qatılmasıyla sayıları 30 minə çatan üsyançılar Əlbistan yaxınlığında məskunlaşdılar. Üsyan xəbəri Sultan Süleymana səfər dönüşü Petrovaradində verildi. Anadolu bəylərbəyi Bəhram Paşa və Qaraman bəylərbəyi Mahmud Paşa üsyanı yatırmaqla vəzifələndirildilər. Onlar bölgəyə gəlmədən öncə isə Sivas bəylərbəyi Yaqub Paşa üsyançılara məğlub olub geri çəkildilər. Ardından 8 iyun 1527-ci ildə Tokat yaxınlığında Qaraman və Hələb əyalətlərindən gələn dəstək birliklərlə üsyançılara hücum edən Bəhram Paşa yenidən məğlub oldu və Qaraman bəylərbəyi Mahmud Paşa, Alaiyə, Amasiya və Birəcik sancaqbəyləri, eləcə də Qaraman və Anadolu timar dəftərdarları döyüş meydanında həlak oldular.
Baxşı Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Bəxşi Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Qələndərabad
Qələndərabad — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,872 nəfər və 1,168 ailədən ibarət idi.
Qələndərilik
Qələndərilik — sufi təriqəti Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş fars əsilli Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci (vəfatı: 1232-ci il) olmuşdur. Yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən bu sufi təriqətinin mənsubları dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Onların hətta şəxsi mülkiyyətləri də olmamışdır. Qeyri-adi görkəmləri ilə seçilən qələndərilər saçlarını, qaşlarını və kirpiklərini qırxıb, qısa xirqə və iri tüklü papaqlar geyinərmişlər. Onlar boyunlarından ağır bəzəklər asıb, barmaqlarına iri üzüklər taxarmışlar. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Qələndərilərin dünyagörüşünə, həyat tərzinə hind inancları və buddizm təsir etmişdir. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyl edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərmişdir. Ashk Dahlén, The Holy Fool in Medieval Islam: The Qalandariyat of Fakhr al-din Araqi, Orientalia Suecana, vol.52, 2004.
Çingiz Qələndərov
Qələndəraxtarma
Qələndəraxtarma palçıq vulkanı– Bakı şəhərindən 60 km cənub-qərbdə, Çeyildağ qəsəbəsinin yaxınlığında yerləşir, miosen çöküntülərindən təşkil olunan Umbakı antiklinalının şərq periklınalına aiddir. Morfoloji cəhətcə, vulkan eninə uzanan, dik şərq yamaclı, nisbi yüksəkliyi 160 m olan hündürlükdən ibarətdir. Azərbaycanın iri və çox maraqlı vulkanlarından biri olub, böyük krater sahəsinə və 1 km-dən artıq məsafədə uzanan ərazidə səpələnən çoxsaylı, fəaliyyətdə olan sopka, qrifon və salzalara malikdir. Ayrı-ayrı sopkaların hündürlüyü 15 m-dən artıqdır. Palçıq vulkanı brekçiyasının ümumi sahəsi 562 ha, brekçiya örtüyünün qalınlığı qazma məlumatına görə 30 m-dir.

Значение слова в других словарях