Qələndəraxtarma palçıq vulkanı– Bakı şəhərindən 60 km cənub-qərbdə, Çeyildağ qəsəbəsinin yaxınlığında yerləşir, miosen çöküntülərindən təşkil olunan Umbakı antiklinalının şərq periklınalına aiddir.[1]
Qələndəraxtarma | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Morfoloji cəhətcə, vulkan eninə uzanan, dik şərq yamaclı, nisbi yüksəkliyi 160 m olan hündürlükdən ibarətdir. Azərbaycanın iri və çox maraqlı vulkanlarından biri olub, böyük krater sahəsinə və 1 km-dən artıq məsafədə uzanan ərazidə səpələnən çoxsaylı, fəaliyyətdə olan sopka, qrifon və salzalara malikdir. Ayrı-ayrı sopkaların hündürlüyü 15 m-dən artıqdır. Palçıq vulkanı brekçiyasının ümumi sahəsi 562 ha, brekçiya örtüyünün qalınlığı qazma məlumatına görə 30 m-dir.