QAİBANƏ

zərf [ ər. qaib və fars. …anə] Görməyərək və görünməyərək, görmədən, gizlidən, arxadan, qiyabi surətdə, şəxsən görmədiyi və tanımadığı halda. O adama qaibanə məhəbbətim var.
– Qıllam sənə iştə bir vəsiyyət; Yad et məni, qaibanə yad et. A.Səhhət.
Bu şəxsi də mən o vaxtdan qaibanə tanıyırdım. C.Məmmədquluzadə.
Sənin sədaqətini Vahidə özüm demişəm; O da sevir, gözəlim, indi qaibanə səni. Ə.Vahid.

QAİB
QAİDƏ

Значение слова в других словарях