1. Sulaq yerlərdə bitən uzun, içiboş gövdəli, buğumlu bir bitki; qarğı.
Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəfbu tərəf kişnəyə-kişnəyə çapır, sağ və salamatdır.
Orada-burada göllənmiş suların içində adamboyu hündürlüyündə göy qamışlar ucalırdı.
// Şəkər qamışı (şirəsindən şəkər hazırlanan qamış).
Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur.
// Qamışdan qayrılmış. Qamış qələm. Qamış çəpər.
– Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq.
Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə yazdı.
2. Qamış kimi içi boş və uzunca şey.