qapı
qapı-qapı
OBASTAN VİKİ
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb. O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ali Qapı
Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir. Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Or Qapı
Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. 2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir 2016-cı ilə görə Or Qapıda 9 küçə vardır. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7 orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi, ilk yardım stansiyası, provaslav kilsəsi vardır.
Qapı (Proqramlaşdırmada)
Qapı (Proqramlaşdırmada) — (ing.gate, ru.вентиль) – AND, OR, NOT (VƏ, VƏYA, DEYİL) kimi Bul operatorları ilə göstərilən və Bul məntiqinin qaydalarına uyğun işləyən elektron açar. Qapı, yarımkeçirici qurğunun çox miniatür elementidir; o, bir və ya bir neçə giriş siqnalının durumu ilə məntiqi bağlı olan elektrik giriş siqnalı formalaşdırır. Məsələn, giriş siqnalının tərsinə çevrilməsi (invert) üçün nəzərdə tutlmuş qapı ikilik vahidin elektron ekvivalentini sıfra, ikilik sıfırın ekvivalentini isə vahidə çevirir. Qapılar ən çeşidli məntiqi funksiyaları yerinə yetirdiyindən onları müxtəlif yollarla elə birləşdirmək olar ki, toplama, çıxma, vurma, bölmə və s. əməlləri yerinə yetirmək mümkün olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qapı (dəqiqləşdirmə)
Qapı
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qapı telefonu
Qapı telefonu - daxili şəbəkədən istifadə edən telefon xətti. Xətt telefon şəbəkəsi ilə bağlı deyil. Çox vaxt səsucaldan ilə təchiz olunur və eyni binanın daxilində qısa məsafələrdə rabitəni təmin edir. Elektron qurğu danışma qurğusuna zəng blok siqnalı verən qurğudur. Bir-abunəçi və çox-abunəçi qurğularına bölünür. Elektromexanika həm də elektron tip kimi avtomatik bağlayan qurğularla (AZANI) təchiz edilmiş ola bilər. Əlaqənin ötürülməsinin üsulu üzrə: məftil və ya radiosiqnaldır. Qapı telefonlarının ən mürəkkəbləri vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması üçün çoxmənzilli evlərin bloklarına qurulur. Müasir çoxmənzilli domofonlar aşağıdakı qurğularla və funksiyalarla təchiz edilmişdir: Audio və video - mənzildə danışma qurğusuyla blokda zəng əlaqəsi. Daxili İşlər Nazirliyinin və ya FHN-ın pultuna nəticəylə mühafizə və yanğın söndürən siqnalizasiyalarının sistemlərinin qoyulması.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art.
Qızıl qapı
"Qızıl qapı" parkı (ing. Golden Gate Park) — San-Fransiskoda yerləşən park.
Arxa qapı
Arxa qapı və ya bekdor (ing. backdoor) — təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı. Arxa qapılar əsasən kompüterə uzaqdan girişi təmin etmək və ya kriptosistemlərdə açıq mətnə çıxış əldə etmək üçün istifadə olunur. Arxa qapıdan parollar kimi imtiyazlı məlumatlara giriş əldə etmək, sabit disklərdəki məlumatları silmək və ya avtomatik sxemli şəbəkələrdə məlumat ötürmək üçün istifadə oluna bilər. Arxa qapı proqramın gizli hissəsi, ayrıca proqram, avadanlığın kodu və ya Windows kimi əməliyyat sisteminin hissələri şəklində ola bilər. Troya atları cihazda boşluqlar yaratmaq üçün istifadə edilə bilər. Troya atı tamamilə problemsiz proqram kimi görünə bilər, lakin icra edildikdə, arxa qapı quraşdıra biləcək fəaliyyətə səbəb olər. Arxa qapılar adətən gizli şəkildə quraşdırılsa da, bəziləri məqsədli şəkildə qurulur və geniş şəkildə tanınır. Bu cür arxa qapılar istehsalçıya istifadəçi parollarını bərpa etmək üçün bir yol təqdim etmək kimi "qanuni" istifadələrə sahibdir. == İstinadlar == == Xarici keçidlər == Finding and Removing Backdoors Three Archaic Backdoor Trojan Programs That Still Serve Great Pranks Backdoors removal — List of backdoors and their removal instructions.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
Ali Qapı (Germi)
Ali Qapı (fars. عالي قاپو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (20 ailə).
Ali Qapı (Təbriz)
Ali Qapı — və ya Ala qapı XVI əsrdə Təbrizdə Səfəvilər üçün inşa edilmiş saray. 20-ci əsrin 30-cu illərində saray baxımsızlıqdan sonra Pəhləvilər tərəfindən dağıdılmışdır. == Adı == Sarayın niyə Ali qapı adlandırılması ilə bağlı iki fikir mövcuddur. Birinci fikrə görə Səfəvilərin Təbrizdə və İsfahanda tikdirdikləri Ali qapı saraylarının adı əsas qapı, mərkəzi qərargah mənasındadır. İkinci fikrə görə isə bu yerli dildə Ala qapı səsləndiyi üçün qırmızı qapı deməkdir. Çünki deyilənlərə görə sarayın qapısı da qırmızı rəngdə olub.
Ali Qapı (dəqiqləşdirmə)
Ali Qapı — Səfəvilər dövrünə aid saray.
Or Qapı qalası
Or Qapı qalası — Or Qapı yaxınlığında, Krımı Ukraynaya bağlayan Or bərzəxidə yerləşən xarabalıq qalasıdır. 15-ci əsrdə I Məngli Gəray və oğlu I Sahib Gəray tərəfindən tikilmişdir. Bu qala Krım xanlığı üçün böyük bir strateji əhəmiyyətə malik idi. 1735-1739-cu illərdə Rus-Türk müharibəsi əsnasında rus marşalı Burkhard Christoph von Münnich tərəfindən tutuldu və məhv edildi (1736). 1738-ci ildə yenidən Rus General Lacy tərəfindən ələ keçirilmişdi. 1754-cü ildə Krım Giray tərəfindən yenidən qurulmuşdur. 1771-ci ildə rus generalı Dolgorukov tərəfindən qətiyyətlə ələ keçirildi.
Qapı (film, 2012)
Qapı — Macarıstanın ingilis dilində olan dram filmidir. Film 34-cü Moskva Beynəlxalq Film Festivalında yarışma proqramında yer almaq üçün seçildi. 2012-ci ilin noyabrında Los-Anceles Macar Film Festivalında Maykl Kurtiz Tamaşaçı Mükafatını qazandı. Filmin baş rollarında bütün xarizmasıyla Helen Mirren ve "Başqalarının Həyatı" filmində rol almış Martina Gedek var. Roman yazarı olmaq istəyən Maqda, günlük işlərində yardım etməsi üçün yaşlı xadimə Emerenci razı salar. Xidmətləri qüsursuz olsa da, Emerenc tərs və qatıdır. Keçmişi məchuldur; qəsəbədə haqqında şübhə və dediqodular dolaşmaqdadır. Zamanla bütün qəribəliklərinə baxmayaraq Emerenc ilə Maqda arasında qəribə olduğu qədər də sağlam bir bağ qurulacakdır.
Yeddi qapı monastırı
Yeddi qapı monastırı – Xocavənd rayonunun Susanlıq kəndi ərazisində yerləşən erkən orta əsrlərə aid alban monastırıdır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir. Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir. Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir. Yerli əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Onun məzarı monastır həyətindəki bulağın yaxınlığında yerləşir və “Bacı məzarı” ziyarətgahı kimi tanınır. Vəfat etmiş yeddi qardaşın şərəfinə ziyarətgaha gələnlər burada yeddi şam yanıdırırlar.
Daş qapı (Xoy)
Daş qapı və ya Darvaz-i Səngi (fars. دروازه سنگی‎)- İranın Qərbi Azərbaycan ostanında, Xoy şəhərinin mərkəzində, Köhnə Xoy bazarının cənubunda yerləşən abidə. Abidənin Elxanilər dövründə inşa edildiyi bildirilir. Daş qapı İranın Milli irs siyahısına 808 nömrəsi ilə əlavə edilib. == Tarixi == Azərbaycan türkcəsində Qala qapısı adlanan daş darvaza Xoy şəhərinin mərkəzində, Xoy bazarının cənubunda yerləşir. Qədimdə bu qapı şəhərin girişi idi. Abidənin tikilmə tarixi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi tarixçilər qapı üzərindəki memarlıq elementlərini Elxanilər dövrünə aid edirlər. Ehtimal olunur ki, qapı Elxani hökmdarı Abaqa xanın həyat yoldaşının əmri ilə tikilib. Daha sonra hicri 1170-ci ildə Əhməd xan Dünbili tərəfindən bərpa edilərək gücləndirilmişdir.
Qızıl qapı (Vladimir)
Qızıl qapı — Vladimir şəhərində yerləşən qədim rus memarlığının abidəsi. YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Onlar 1164-cü ildə knyazlığın paytaxtını Suzdaldan Vladimirə köçürən Vladimir knyazı Andrey Boqolyubskinin rəhbərliyi altında tikilib. Qızıl Qapı müdafiə quruluşu və zəfər tağı kimi istifadə edilmişdir. Şəhərin ən zəngin knyazlıq-boyar hissəsinin (Noviy qorod) əsas girişini bəzədilər. Alim N. N. Voronin və sənətşünas A. İ. Skvortsovun fikrincə, qapılar knyazlıq sənətkarları tərəfindən tikilmişdir. Bunu xüsusilə ağ daş bloklardan birində inşaatçının qoyduğu knyazlıq işarəsi sübut edir. Bina Vladimir-Suzdal memarlığında geniş istifadə olunan yarımdaş hörgü texnikası ilə tikilmişdir. Güclü yarımdairəvi tonozla örtülmüş keçid tağının ciddi nisbətləri və yuxarıdakı kiçik kilsənin xüsusi zərifliyi binaya öz təyinatına uyğun əzəmətli bir xarakter verirdi. Qapının qoyulma tarixi 1158-ci ilə təsadüf edir, tikintinin sonu 1164-cü ildə, Rizpojenskayanın qapıdan yuxarı kilsəsinin təqdis edildiyi vaxtdır.
Qızıl Qapı (Qüds)
Qızıl Qapı (Qüds) — Məbəd dağının yeganə şərq qapısı və bir vaxtlar bu istiqamətdən şəhərə çıxışı təmin edən iki qapıdan biri. Məbəd dağının şərq divarının şimal hissəsində yerləşir. Bu, Qüdsün Köhnə Şəhərinin divarları içərisində bir neçə möhürlənmiş qapılar arasındadır, Hulda Qapısı və şərq divarının cənub tərəfində yerdən bir neçə mərtəbə yuxarıda yerləşən Bibliya və Xaçlılar dövrlərinə aid kiçik bir darvaza. Qızıl Qapı orta əsrlərdən bəri peyğəmbərliyin yerinə yetirilməsi üçün qoyulmuşdur. Onların tikilmə tarixi mübahisəlidir və darvazanın ərazisində heç bir arxeoloji işin aparılmasına icazə verilmir, lakin mövcud baxışların bölündüyü iki tarix göstərilir: son Bizans və ya erkən Əməvi dövrləri. Xristian ədəbiyyatında Qızıl Qapı adı istifadə olunur. Qızıl Qapının İbranicə adı Şaar Ha-Rachamim (İbranicə: שער הרחמים), Mərhəmət Qapısıdır. Ərəb dilində onlar Bab əd-Zəhəbi adı ilə tanınırlar. Bu da "Bab əz-Zəhəbi" yazılır "Qızıl Qapı" mənasını verir. Başqa bir ərəb adı Əbədi Həyat Qapısıdır.
Videolu qapı telefonu
Videolu qapı telefonu — mənzillərin, yaşayış komplekslərinin, iş yerlərinin və s. bu kimi məkanların giriş hissəsində istifadə edilərək gələn zəngləri idarə etmək üçün nəzərdə tutulan müstəqil telefon sistemidir. Bu, müasir tipli qapı telefonu sistemidir. Videolu qapı telefonu ilə girişin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu, içəridə olan şəxsə qonağı (qapının qarşısında duran şəxsi) tanımağa və əgər arzu edərsə onunla söhbət etməyə və ya zəngi qəbul edərək qapını açıb onu içəri dəvət etməyə imkan verir. == Əməliyyat == Videolu qapı telefonu həm daxili, həm də xarici məkan elementlərdən ibarətdir: xarici tərəfdəki xarici panel, elektron kiliddən çıxarma və daxili məkan monitoru. Xarici məkan paneli və ya küçə paneli giriş qapısının və ya şlüzün yanında yerləşir və özündə istənilən iqlim şəraitində istifadəyə hazır olan müxtəlif elementləri ehtiva edir. Onun üzərində bir və ya bir neçə düymə (adətən hər evdə və ya mənzildə bir ədəd olur), zəng edənin şəklini çəkmək üçün etmək üçün gecə görmə qabiliyyətinə malik olan mikro kamera, səsini qəbul etmək üçün mikrofon və içəridəki şəxslərin səslərini çölə ötürmək üçün dinamika sistemi mövcud olur. Videolu qapının giriş panelində evlərə və ya ofislərə zəng etmək üçün nəzərdə tutulmuş xüsusi düymələr və küçəni (bayır, çöl tərəfi) çəkmək üçün nəzərdə tutulmuş kamera yerləşdirilə bilər. Videolu qapı telefonunun giriş ekranı içəridə olan şəxsə kimin zəng etdiyini görməyə, qonaq ilə danışmağa və əgər istəsə qapını açmağa imkan verir. Daxili məkana quraşdırılmış monitor, zəng edən şəxsin şəklini əks etdirən ekrandan, söhbət üçün nəzərdə tutulmuş mikrofon və ya qulaqlıqdan, qapının kilidinin açılmasını təmin edən işə salma düyməsindən ibarətdir.

Значение слова в других словарях