QARIMAQ

f.
1. Qocalmaq, qoca yaşlarına çatmaq (bəzən “qocalıb-qarımaq” şəklində işlənir).
…Bu qırx ildə də qarıdıqca onun [Ziba xanımın] qısqanclığı artıbdır. S.Rəhimov.
Səni sevən cavan olur günbəgün; Qarımaz, qocalmaz, tərtəzə gedər. M.P.Vaqif.
Ey dünya, varmıdır səndə yarıyan; Ömür sürüb, çox qocalıb-qarıyan? Aşıq Cümə.

// məc. Qocalıb təcrübə qazanmaq.
2. Suda çox qalmaqdan qırış-qırış olmaq (dəri haqqında).
3. məh. Ciftləşmək (heyvan haqqında).
◊ Qoşa qarıyasan (qarıyasınız)! – ərlə arvada, yaxud yenicə evlənənlərə “birlikdə çox yaşayasınız!” mənasında xoş arzu bildirir.
[Zalxa:] Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul, qız görəsən! M.F.Axundzadə.
Oğul fikri, qız arzusu, qoşa qarımaq; Xəyalından çıxmayırdı o xoşbaxtların. S.Vurğun.

Синонимы

  • QARIMAQ qocalmaq
QARIMA
QARIMIŞ

Значение слова в других словарях