1. “Qatlamaq”dan f.is.
2. is. Yağda bişirilmiş qat-qat çörək, yağlı fətir. Gözəl … atası evinə gələndə azı üç-dörd gün qalırdı.
Bu zaman qardaşı arvadları onlar üçün fəsəli və qatlama bişirərdilər.
3. sif. Qatlanan, açılıb-yığılan. Qatlama nərdivan. Qatlama kürsü, çarpayı. Qatlama yaxalıq. – Xeyli keçdi, əllər sakitləşdi, qatlama skamyalar səsləndi.
Ötəri bir sakitlik salonu bürüdü.
Şirəli kişi anbarın qatlama qapılarını açdı.
Salonda üç qatlama stol açıb bir-birinə bitişdirmişdilər.
4. sif. Büzmə, büzmə-büzmə.