Samir Qaçayev

Samir Ziyəddin oğlu Kaçayev (d. 6 mart 1994; Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Samir Kaçayev
Samir Ziyəddin oğlu Kaçayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Təltifləri "İgidliyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Samir Kaçayev 1994-cü ilin 5 mart günündə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Qaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil oldu. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Qaçayev həmin ildəcə magistaturaya qəbul oldu.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qaçayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Samir Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun rejissorluğu ilə Samir Kaçayevin xatirəsinə həsr edilmiş "Yarımçıq qalmış…" tamaşası səhnəyə qoyulmuşdur.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. CBC. ""Мечтающие мальчики" – памяти погибших героев" (rus). Youtube.com. 07.04.2017. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  2. Lider TV. ""Yarımçıq qalmış" tamaşasının premyerası olub" (az.). Youtube.com. 06.04.2017. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.