qold

qold
qolçomaqlıq
qoldangüclü
OBASTAN VİKİ
Qold Qari
Qold Qari (ing. GARY GOLD;22 noyabr 1946, Moskva)— amerikalı bəstəkar, musiqiçi (saksofon) və pop şanson janrında ifaçıdır. Qari, sözün əsl mənasında, küçədə doğulmuşdur. Valideynləri seçdikləri doğum evinə gəldikdə, xəstəxana artıq dağılmışdı. Onlar başqa bir xəstəxana axtararkən, küçədə doğuş baş vermişdir. Qarinin ailəsi Təmiz nohurlarda yaşayırdı. Orta məktəblə paralel olaraq, Qari musiqi məktəbini də bitirmiş, ilk mahnılarını on dörd yaşında yazmışdır. 1961–1965-ci illərdə Feliks Dzerjinski adına Maşınqayırma Məktəbində oxumuş, 1970-ci ildə Qold Moskva Avtomexanika İnstitutunu bitirmişdir. Texnikumda oxuyarkən musiqiçi MMAB-yə (Moskva Musiqi Ansamblları Birliyi) üzv olmuş və Yuri Silantyevin orkestrində çıxışlar etmişdir. Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi (VDNX), "Ulduz", "Ostankino", "Saturn" restoranlarında və "Rusiya" hotelinin restoranında işləmişdir.
Aleksandr Qoldenveyzer
Aleksandr Aleksandoviç Qoldenveyzer (29 yanvar (10 fevral) 1880, Kiyev – 6 iyul 1940, Portlend, Oreqon, ABŞ) — ABŞ etnoqrafı və antropoloqu. == Həyatı == O, şimali irоkеzlər arasında apardığı tədqiqatlarla yanaşı, antitəkamülçü nəzəri əsərləri ilə də məşhurdur. Qoldenvayzer öz nəzəri baxışlarını "Erkən sivilizasiya" kitabında tam ifadə edir. О, bildirirdi ki, bəşəriyyətin vahidliyi mədəniyyətlərin çoxluğunu inkar etmir. Svilizasiyanın elementləri, yəni mədəni yeniliklər fərd tərəfindən yaradılır. Amma sivilizasiyanın saxlanılması kollektivin işidir. Kolektiv mədəniyyəti nəsildən-nəsilə ötürür, bu şəkildə şəxsiyyət və cəmiyyət sivilizasiyanın yaradılmasında iştirak edir. Tənqidliyi, tarixiliyi, psiхolojiliyi. – Holdenvayzer bunları Amerika tarixi etnologiya məktəbinin əsas əlamətləri hesab edirdi. == Əsərləri == Тотемизм: Аналитический очерк (ing.
Elli Qoldinq
Elena Ceyn "Elli" Qoldinq (30 dekabr 1986) ingilis müğənni. Qoldinq, 2010-cu ildə ilk studiya albomu olan "Lights" çıxarmışdır. Albom. "UK Albums Chart"da birinci yerə yüksəlmiş və İngiltərədə 850.000-dən çox kopyası satılmışdır. 2015-ci ildə çıxartdığı "Love Me Like You Do" adlı sinqlı Bozun əlli çaları filmində səsləndirilmişdir.
Emma Qoldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. == Həyatı == Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Evan Qoldberq
Evan Qoldberq (d. 11 may 1982) — Kanadalı film ssenari müəllifi və rejissorudur.
Georq Avqust Qoldfus
Corc Avqust Qoldfus (alm. Georg August Goldfuß‎; 18 aprel 1782, Turnau - 2 oktyabr 1848, Bonn) — alman bioloqu, paleontoloqu, mineraloqu və botaniki. == Bioqrafiya == Qoldfus 1782-ci ilin 18 aprelində Bayroyt şəhəri yaxınlığındakı Turnauda anadan olmuşdur. Təhsil aldığı Erlanqen-Nüremberq Universitetindən 1804-cü ildə məzun olaraq 1818-ci ildə zoologiya professoru olmuşdur. Daha sonra Bonn Universitetinə zoologiya və mineralogiya professoru olaraq göndərilmişdir. Paleontoloq Kont Corc zu Münsterin köməyi ilə Almaniyadakı onurğasız heyvanları rəsm etmək üçün "Petrefacta Germaniae" (1826–1844) adlı kitabını nəşr etdirmiş, amma dəniz mərcanlarını, dərisitikanlıları, molyuskaları, dəniz zanbaqlarını rəsm etdikdən sonra yarıda buraxmışdır. Qoldfusun botanik kolleksiyası indi Bonn Universitetində mühafizə olunur. 1848-ci ilin 2 oktyabrında Bonnda vəfat etmişdir.
Jan-Jak Qoldman
Jan-Jak Qoldman (fr. Jean-Jacques Goldman; 11 oktyabr 1951[…], Paris, Fransa) — ən populyar fransız müəllif və ifaçılarından biri. == Ailəsi == Fransa Müqavimət Hərəkatı iştirakçısının oğlu solçu intellektual və inqilabçı internasionalist Pyer Qoldmanın qardaşı. 1975-ci ildə Katrin adlı xanımla evləndi və onların Karolina (1977), Maykl (1979) və Nina (1984) adlı üç uşağı oldu. 22 illik evliliyindən sonra 1997-ci ildə boşandılar. 13 oktyabr 2001-ci ildə Marseldən olan 22 yaşlı tələbə Natali ilə evləndi. Onların Maya (2001), Kimi (2004) və Rouz (2007) adlı üç qızları var.
Karlo Qoldoni
Karlo Qoldoni (it. Carlo Goldoni; 25 fevral 1707 – 6 fevral 1793) — Venesiya dramaturqu. == Həyatı == Məşhur İtaliya dramaturqu Karlo Qoldoni 25 fevral 1707-ci ildə anadan olub. İtaliya teatrında apardığı islahatlarla məşhur olub. Maarifçilik ideyaları Qoldoni dramaturgiyasında əsas yer tutur. 267 pyes yazıb. "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" pyesləri Azərbaycan Milli Dram teatrında da tamaşaya qoyulub. Qoldoninin "Girkana Culfada", "Girkana İsfahanda", "Fars gəlini" kimi tragikomediyaları da var. Karlo Qoldoni 6 fevral 1793-cü ildə vəfat edib.
Nan Qoldin
Nan Qoldin - fotoqraf. Nan Qoldinin fotosərgilərindəki adamların sayı adətən Misirdəki mumiyalara, Rafaelin əsərlərinə baxmağa gələnlərin sayından çox olurdu. Səbəb isə sadə və "məişətvari" idi: Nanın fotolarının motivi həyatın dibi - narkotika, qeyri-ənənəvi cinsi həyat, orgiyalar, içki məclisləri idi… Nan Qoldin 1953-cü ildə Vaşinqtonda anadan olub. Uşaqlıqda Nanla bacısını müayinə edən psixiatr həmişə bacıların intihara meylli olmasından şübhələnirdi. O, yanılmırdı. Nanın bacısı 18 yaşında intihar etdi. Nanı isə intihardan fotokamera xilas etdi. Nanın gəncliyi yetmişinci illərə təsadüf edirdi - bu, rok-n-rol, narkotika və seksin dövranı idi. Və belə zəngin gənclik həyatı Nana cəsarətli mövzular verirdi. Bir dəfə o, etiraf etdi ki, seksual motivli uğurlu fotosessiyalardan birinin səbəbi sırf səhər oyananda dünən gecə nə baş verdiyini xatırlamaq arzusu olub.
Natali Qolda
Natali Qolda (28 dekabr 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Natali Qolda, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Natali Qolda, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Qolda Meir
Qolda Meir (ivr. ‏גולדה מאיר‏‎; 3 may 1898[…], Ukrayna, Kiyev quberniyası, Rusiya imperiyası – 8 dekabr 1978[…], Qüds) — İsrailli müəllimə, siyasətçi, İsrailin Xarici işlər (1956–1966) və ilk Baş naziri. (1969–1974). O, İsrailin ilk və yeganə qadın hökumət başçısı, Yaxın Şərqdə ilk qadın hökumət başçısı və dünyada dördüncü seçilmiş qadın hökumət və dövlət başçısı idi. Meir həm də əmək naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır. O, İsrail siyasətinin "dəmir xanımı" kimi xarakterizə edilmişdir. O, sadəlövh və inandırıcı bir natiq kimi bir reputasiyaya sahib idi. Onun natiqlik bacarığı və ingilis dilini bilməsi onu yeni İsrail dövlətinin kritik ilk illərində son dərəcə uğurlu bir dövlət xadimi etdi. Qolda Maboviç Meyer 1898-ci il dekabrın ayının 8-də Rusiya imperiyasının Kiyev şəhərində anadan olub. Atası Moşe İshaq Maboviç dülgər, anası Blyum Maboviç tibb bacısı idi.
Qolda Meyer
Qolda Meir (ivr. ‏גולדה מאיר‏‎; 3 may 1898[…], Ukrayna, Kiyev quberniyası, Rusiya imperiyası – 8 dekabr 1978[…], Qüds) — İsrailli müəllimə, siyasətçi, İsrailin Xarici işlər (1956–1966) və ilk Baş naziri. (1969–1974). O, İsrailin ilk və yeganə qadın hökumət başçısı, Yaxın Şərqdə ilk qadın hökumət başçısı və dünyada dördüncü seçilmiş qadın hökumət və dövlət başçısı idi. Meir həm də əmək naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır. O, İsrail siyasətinin "dəmir xanımı" kimi xarakterizə edilmişdir. O, sadəlövh və inandırıcı bir natiq kimi bir reputasiyaya sahib idi. Onun natiqlik bacarığı və ingilis dilini bilməsi onu yeni İsrail dövlətinin kritik ilk illərində son dərəcə uğurlu bir dövlət xadimi etdi. Qolda Maboviç Meyer 1898-ci il dekabrın ayının 8-də Rusiya imperiyasının Kiyev şəhərində anadan olub. Atası Moşe İshaq Maboviç dülgər, anası Blyum Maboviç tibb bacısı idi.
Qolden Qeyt körpüsü
Qolden Qeyt körpüsü (ing. Golden Gate Bridge) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı, San-Fransisko körfəzinin girişində, Qolden Qeyt boğazı üzərində yerləşən körpü. Qolden Qeyt körpüsünün inşasına 1933-cü ilin 5 yanvar tarixində başlanılmışdır. Köprü asma formasında olub, polad metalından hazırlanmışdır. Köprü hal-hazırda dünyanın ən uzun yeddinci asma körpüsü hesab olunur. Köprünün uzunluğu 2.73 km, polad dirəklər arasındakı məsafə isə 1.28 km'dir. Qolden Qeyt körpüsü su səviyyəsindən 235 metr yüksəklikdə yerləşir və nəqiliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 6 zolaqlı yola malikdir. Körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir. Körfəzdə körpünün tikilməsi fikri XIX əsrin ortalarında mövcud idi. Ançaq həmin dövrdə kiçik tutumlu gəmilərlə körfəz sahilləri arasında səfərlər həyata keçirilirdi və belə bahalı bir layihənin icrası real görünmürdü.
Qolden Steyt Uorriorz
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Qoldşmidtin fazalar qaydası
Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir. Mineral Süxur Təzyiq Temperatur Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Silvan Qoldman
Silvan Qoldman (15 noyabr 1898, Ardmor[d], Oklahoma – 25 noyabr 1984) — Amerikalı iş adamı və alış-veriş arabasının ixtiraçısı idi. Onun dizaynı dörd təkərli boruvari metal mötərizələrlə birləşdirilmiş bir cüt böyük tel zənbil idi. Silvan Qoldman 1898-ci il noyabrın 15-də Amerikanın Oklahoma ştatının Ardmor şəhərində Latviyadan olan mühacir ailəsində anadan olub. Atası kiçik bir mağazanın sahibi idi. Oğlanın valideynləri varlı olmasalar da, kiçik oğlunu oxutmaq üçün heç bir xərc çəkmədilər. Silvan ilkin bilik yükünü kifayət qədər varlı valideynlərin uşaqlarını göndərdiyi özəl məktəbdə əldə etdi. Təhsil ocağı adi məktəblərdən fərqli olduğu üçün onun şagirdlərinə daha yüksək səviyyəli biliklər verilirdi. 16 yaşında Silvan ən dəhşətli hadisə ilə — Birinci Dünya Müharibəsi ilə üzləşməli oldu. Bir çox güclü cinsin nümayəndələri qohumlarını qorumaq üçün cəbhəyə getməyə məcbur oldular. Bu zaman gənc oğlan bir qalateriya mağazasını saxlamağa kömək etməli idi.
Stiven Qoldblat
Stiven Qoldblat (rus. Stephen Goldblatt; 24 aprel 1945, Yohannesburq, CAR) — Cənubi Afrika mənşəli Britaniya kinooperatoru, "Yüksəliş şahzadəsi" və "Betmen həmişə" filmlərində ən yaxşı operator işinə görə 2 dəfə Oskar mükafatı nominasiyasına layiq görülmüşdür. 24 aprel 1945-ci ildə Yohannesburq şəhərində anadan olmuşdur. 18 yaşından London qəzeti olan "The Sunday Times" ("Bazar günü xəbərləri") qəzetində fotojurnalist işləmişdir. Londonda Kraliça incəsənət kollecində oxumuş, oranı bitirdikdən sonra 1969-cu ildən operator işləmişdir. Aclıq (1983), Kotton klubu (1984), Öldürücü silah (1987), Öldürücü silah 2 (1989), Ev qulluqçusu (2011) filmləri ilə məşhurdur. 1990-cı illərdə Goldblatt rejissor Joel Schumacher ilə Batman seriyasına qoşulub Batman Forever (1995) və Batman və Robin (1997) çəkdirdi. 1990-cı illərin sonlarında, bir "film sabbatalı" və yalnız bir neçə ildən sonra anlar çəkərkən, Goldblatt bir qaranlıq otaq tikdi və yenidən həyatını və ətrafını fotoşəkil çəkməyə başladı. [7] Sabbatalı Goldblatt Mike Nichols'un Amerikada Angels (2003), Closer (2004) və Charlie Wilson's War (2007), Chris Columbus Rent (2005) və Percy Jackson və Olympians: The Lightning Thief (2010) ), Nora Ephron, Julie & Julia (2009) və ən yaxın zamanda Tate Taylor haqqında (2011) və Get Up (2014). Stephen Goldblatt indi Meksikanın San Miguel de Allende şəhərində yaşayır və üç böyüyüdür.
Tomas Toliver Qoldsmit
Tomas Toliver Qoldsmit (ing. Thomas Toliver Goldsmith; 9 yanvar 1910 - 5 mart 2009) - ABŞ-nin Furman Universitetinin fizika üzrə professoru, televiziya texnikasının pioneri, dünyada ilk kompüter oyunu olan “raket simulyatoru”nun müəlliflərindən biri Tomas Toliver Qoldsmit 9 yanvar 1910-cu ildə ABŞ-də anadan olmuşdur. 1947-ci ildə Goldsmith və Estle Ray Mann tərəfindən verilmiş ABŞ Patenti 2,455,992, dünyanın ilk katot ray tüpü əsaslı oyununu, "Katod-ray tube oyuncaq cihazını" təsvir edir. İkinci Dünya Müharibəsində istifadə edilən radar ekranlarından ilhamlandı. Goldsmith və Mann 1948-ci ildə öz patentini verərək elektronik oyuna ilk patent verdilər. "Katod Ray Tüpü Əyləncəli Qurğu" adlı patent, patentdə, bir oyunçunun bir Ehty A Sketch kimi CRT-nin elektron silahını idarə etdiyi bir oyun təsvir edilir. Oyunu daha çətinləşdirmək üçün onun sxemləri oyunçuya nöqtəni təyin etmək qabiliyyətini dəyişdirə bilər. Bununla birlikdə, avadanlıq xərcləri və müxtəlif şərtlər səbəbiylə, Katod-Ray Tüpü Əyləncəli Qurğu heç bir zaman bazarda sərbəst buraxılmadı. Yalnız əl istehsalı prototiplər kimi yaradılmışdır. ABŞ-nin Furman Universitetinin fizika üzrə professoru, televiziya texnikasının pioneri, dünyada ilk kompüter oyunu olan “raket simulyatoru”nun müəlliflərindən biri Tomas Toliver Qoldsmit 1979-cu ildə televiziya sahəsinə verdiyi əhəmiyyətli töhfələrə görə ABŞ Radio Klubunun təsis etdiyi “Allan B. DuMont” mükafatına layiq görülmüşdür.
Uilyam Qoldinq
Ser Vilyam Jerarld Qoldinq (ing. William Gerald Golding; 19 sentyabr 1911[…], Nyuki[d], Cənub-Qərbi İngiltərə[d] – 19 iyun 1993[…], Perranauortal[d], Cənub-Qərbi İngiltərə[d]) — ingilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983). Təxmini 40 illik ədəbiyyat yaradıcılığı karyerası dövründə 12 roman və ona bütün dünyada məşhurluq gətirən "Milçəklər tanrısı" (bir başqa adı "Milçəklər kralı") əsərini yaratmışdır. İngilis yazıçısı Vilyam Gerald Qoldinq Kornoull qraflığında, məktəb müəllimi ailəsində doğulmuşdu. Bioqraflarının yazdığına görə ilk yaradıcılıq təcrübələri yeddi yaşına aiddir. Valideynlərinin təkidi ilə iki il Oksford universitetində təbiət elmlərini öyrənsə də, sonradan bu məşhur ali məktəbi incəsənət sahəsi üzrə bakalavr diplomu ilə başa vurmuşdu. İlk şeirlər kitabını 1933-cü ildə nəşr etdirmişdi. Yaradıcılığının başlanğıc mərhələsində Vilyam Qoldinq dramaturgiyaya da maraq göstərmişdi. O, rejissor və baş rolun ifaçısı kimi iştirak etdiyi bir neçə pyesinin Londonun kiçik teatrlarında tamaşaya qoyulmasına nail olmuşdu. İkinci Dünya savaşında Qoldinq Britaniyanın hərbi-dəniz qüvvələrində xidmət etmişdi.
Vilyam Qoldinq
Ser Vilyam Jerarld Qoldinq (ing. William Gerald Golding; 19 sentyabr 1911[…], Nyuki[d], Cənub-Qərbi İngiltərə[d] – 19 iyun 1993[…], Perranauortal[d], Cənub-Qərbi İngiltərə[d]) — ingilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983). Təxmini 40 illik ədəbiyyat yaradıcılığı karyerası dövründə 12 roman və ona bütün dünyada məşhurluq gətirən "Milçəklər tanrısı" (bir başqa adı "Milçəklər kralı") əsərini yaratmışdır. İngilis yazıçısı Vilyam Gerald Qoldinq Kornoull qraflığında, məktəb müəllimi ailəsində doğulmuşdu. Bioqraflarının yazdığına görə ilk yaradıcılıq təcrübələri yeddi yaşına aiddir. Valideynlərinin təkidi ilə iki il Oksford universitetində təbiət elmlərini öyrənsə də, sonradan bu məşhur ali məktəbi incəsənət sahəsi üzrə bakalavr diplomu ilə başa vurmuşdu. İlk şeirlər kitabını 1933-cü ildə nəşr etdirmişdi. Yaradıcılığının başlanğıc mərhələsində Vilyam Qoldinq dramaturgiyaya da maraq göstərmişdi. O, rejissor və baş rolun ifaçısı kimi iştirak etdiyi bir neçə pyesinin Londonun kiçik teatrlarında tamaşaya qoyulmasına nail olmuşdu. İkinci Dünya savaşında Qoldinq Britaniyanın hərbi-dəniz qüvvələrində xidmət etmişdi.
Vupi Qoldberq
{{Vikiləşdirmək} Vupi Qoldberq (ing. Whoopi Goldberg) — ABŞ aktrisası. Aktrisa və teleaparıcı Vupi Qoldberq 1955-ci ildə Nyu-Yorkda anadan olub və əsl adı Kerin Eleyn Consondur. Onun ailəsi kasıb təbəqədən idi. Anası Emma Harris həm tibb bacısı , həm də müəllimə işləyirdi. Atası Robert Ceyms isə keşiş işləyirdi. O, məktəbi 16 yaşında atır və ardınca həyatında çoxsaylı nikahlar, narkotiklərdən asılılıq və iş yerlərinin tez-tez dəyişdirilməsini yaşayır. O, 3 dəfə ailə həyatı qurub.
İqnas Qoldziher
İqnas Qoldziher (mac. Goldziher Ignác; 22 iyun 1850, Sekeşfexervar — 13 noyabr 1921, Budapeşt) — yəhudi əsilli Macarıstan şərqşünası. İqnas Qoldziher 22 iyun 1850-ci ildə Siqetvarda doğuldu. Dədə-babaları İspaniyadan Almaniyaya, oradan da Macarıstana köç etmiş zərgərliklə məşğul olan bir ailəyə mənsubdur. Dəri tüccarı Adolf Qoldziherin oğlu olan İqnas (İgnace Isaac Jəhuda) tünd yəhudi bir dini çevrədə böyüdü. Dörd yaşında ikən İbranicə oxumağı öyrəndi, beş yaşından etibarən də Tövrat dərsləri almağa başladı. Səkkiz yaşında başladığı Talmud, İbranicə dil bilgisi və yəhudi din fəlsəfəsi dərsləri Almaniyaya göndərildiyi tarixə qədər (1868) davam etdi. Öz ifadəsinə görə əxlaq və elmi araşdırmalarının əsasını bu dönəmdə qoymuş, hər şeyi Müqəddəs Kitab nöqteyi-nəzərindən görməyi bu dövrdə öyrənmiş və bu dönəmdə qazandığı ideallara ömür boyu sadiq qalmışdır. Daha on iki yaşında ikən bir İbrani ibadətiylə ilgili ilk incələməsi nəşr olunmuşdu. On üç yaşında gerçəkləşən yəhudi cəmiyyətinə qəbul mərasimində (Bar Mizva günü) babalarının imanına sədaqət andı içən Qoldziher bu andını heç bir zaman unutmadığını ifadə etmişdir.
Şarlotta York Qoldenblatt
Şarlotta York Qoldenblatt (ing. Charlotte York Goldenblatt) – Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin baş qəhrəmanıdır. Bu obraz aktrisa Kristin Devis tərəfindən canlandırılmışdır. Bu roluna görə Devis Ekran Aktyorları Gildiyasının Mükafatına layiq görülmüşdür. Şarlotta York Dr. Stefan Foster York və Sandra Uaythed Yorkun övladıdır. Smit Kollecində təhsil almış Şarlotta ixtisasca art-dilerdi. Smit Kollecində təhsil aldığı dövrdə “Heven Uizli Hous”da yaşayan Şarlotta, Kollec Respublikaçıları və Kappa Kappa Gammanın üzvü olmuşdur (lakin, əslində Smit Kollecində qadın klubları yoxdur). Rəfiqələr arasında Şarlotta ən konservativ və ənənələrə bağlı olanıdır, ehtirasdan daha çox emosional sevgiyə üstünlük verir, romantik ideallara inanır və həmişə “parlaq zirehli cəngavər” axtarışındadır. “Qaydalar” kitabına əsasən münasibətlərə daha sadə və liberal (Samanta ilə müqayisədə) yanaşır.
Klaudiya Qoldin
Marvin Leonard Qoldberqer
Marvin Leonard "Mörf" Qoldberqer (22 oktyabr 1922, Çikaqo, İllinoys – 26 noyabr 2014 və ya 24 noyabr 2014, La-Hoyya[d], Kaliforniya) — Amerikalı fizik və Kaliforniya Texnologiya İnstitutunun keçmiş prezidenti.