QOVĞA

is.
1. Gurultu, patıltı, çaxnaşma.
…Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı.

// Dava, davadalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax. Heyran xanım. Gün batdı, hər kəs öz evinə və mənzilinə qayıtdı.
Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə.
İki qardaş arasında olan didişmələr get-gedə uzandı; axırda bir qovğa şəklini aldı. A.Şaiq.

2. Bəla, müsibət; macəra, hadisə.
Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan.
[Üçüncü şirazlı:] Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev.
[Camal bəy:] …Mərd kişinin başı qovğada gərək, deyərlər. N.Vəzirov.

Синонимы

  • QOVĞA gurultu — patıltı — çaxnaşma
  • QOVĞA dava-dalaş — vuruş — qalmağal
  • QOVĞA bəla — müsibət — macəra — hadisə
  • QOVĞA qovğa bax 1. dava-şava; 2. fəlakət

Антонимы

  • QOVĞA QOVĞA – ASAYİŞ Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax (Heyran xanım); Şəhərdə asayiş və əmniyyəti pozmaq
QOVDURULMAQ
QOVĞAÇI
OBASTAN VİKİ
Qovğalı kəndinin gecələri (film, 2008)
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qovğalı kəndinin gecələri
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.

Значение слова в других словарях