QULUNC

is. [ ər. əsli yun. ] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı.
[Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov.

□ Qulunc olmaq – soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək.
Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə.

Quluncunu sındırmaq (ovmaq, tutmaq) – ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq.
[Allahqulu:] …Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov.

Этимология

  • QULUNC Alınma sözdür, əsli ərəbcə olsa da, fars dilində çox işlədilir, mənası “sancı” deməkdir. Ruslar ona “колика” deyirlər
QULUN
QULUNCA
OBASTAN VİKİ
Quluncu
Quluncu — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində kənd. 2016-cı ilin məlumatına görə şəhərdə 5.192 nəfər yaşayır (1,566 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir və azərbaycanca danışırlar. Quluncu kəndinin əhalisi əsasən sünni hənəfi məzhəbində olan Kürəsünni türkləri qismən isə şiə cəfəri məzhəbində olan türklərdən ibarətdir. Quluncu bütün Cənubi Azərbaycanda sünni hənəfi etiqadlı türklərin kompakt yaşadığı ən böyük yaşayışı məntəqəsidir. Buna baxmayaraq burada şiə cəfəri inanclı türklərin sayı da çoxdur. Quluncuda ikisi sünnü biri şiə olmaqla birlikdə üç məscid fəaliyyət göstərir. Bunlardan Xatəm Əl Nəbiyin və Məhəmməd RəsulAllah məscidləri sünni; İmamzadə Məscidi isə şiə məzhəbinə məxsusdur.

Значение слова в других словарях