QUMLUQ

1. прил. къумлух, къумадикай ибарат тир, къумсал; 2. сущ. къумсал чка, гзаф къум авай, къум тир чка.
QUMLUCA
QUMLULUQ
OBASTAN VİKİ
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Qumluq cili
Qumluq cili (lat. Carex arenaria) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. Vignea arenaria (L.) Rchb. Carex arenaria var. adjuncta Merino Carex arenaria f. pallida Lackow. Carex arenaria var. prostrata De Langhe Carex arenaria var. pseudoarenaria T.Marsson Carex arenaria f. pumila Lackow.
Qumluq dağçətiri
Qumluq dağçətiri (lat. Peucedanum arenarium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Qumluq dikyarpağı
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Acosta arenaria (M.Bieb. ex Willd.) Soják Spilacron crupinoides Cass.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qumluq nekropolu
Qumluq nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində, Nəsirvaz çayın sahilində yerləşən arxeoloji abidə. Nekropol Nəsirvazçaya enən yamacda salındığından təbii aşınma nəticəsində dağılmış qəbir daşları üzə çıxmışdır. Bu isə qəbir abidələrinin dağılmasına səbəb olmuşdur. Nekropol yaxınlığından su kanalı çəkilərkən ona böyük zərər vurulmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iki, baş tərəfdə isə bir iri sal daşla qurulmuşdur. Onların üzərini örtən iri sal daşlar sürüşüb qəbirlərin yanına, ya da içərisinə düşmüşdür. Qəbirlər təmizlənərkən çəhrayı və boz rəngli gil qab parçaları aşkar olunmuşdur. Onların bəzisi narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi batıq xətlərlə naxışlanmışdır. Gil qab parçalarının biri xaricdən çəhrayı, içəridən qara rənglidir. nekropolun ərazisində aparılan araş dırmalar zamanı dağıdılmış qəbirlərdən və ətrafdan çəhrayı rəngli çölmək tipli gil qab parçaları aşkar olunmuşdur.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Qumluq yaşayış yeri
Qumluq yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Nəsirvazçaya doğru uzanan hündür dağın yamacında salınmışdır. Yaşayış yerinin ərazisi yabanı meyvə ağacları və bitki qalıqları ilə örtülmüşdür. Kəşfiyyat xarakterli qazıntılar göstərir ki, yaşayış yerində mədəni təbəqə yığılmamışdır. Maddi-mədəniyyət qalıqları yer üzərinə səpələnmiş daş alətlər və keramika nümunələrindən ibarətdir. Daş alətlər başlıca olaraq iri və kiçik həcmli dən daşlarının parçalarından ibarətdir. Boz rəngli tuf daşından hazırlanan dən daşlarının alt tərəfi oval, üst tərəfi isə yastı olub işlənmə nəticəsində aşınmış, bəzilərinin üst səthi qayıqşəkilli forma almışdır. Yaşayış yerindən toplanmış keramika nümunələrinin əksəriyyəti qalın divarlı təsərrü fat qablarının parça larından ibarətdir. Keramika nümunələri narın qum qatılmış gildən hazırlanaraq çəhra yı rəngdə yaxşı bişirilmiş, xaricdən anqoblan mış dır. Gil qab parçalarının birinin gövdəsi qabarıq bucaq şəkilli kəmərlə əhatə edilmişdir.
Ağquyruq qumluqca
Ağquyruq qumluqca (lat. Calidris temminckii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Du-du qumluqca
Du-du qumluqca (lat. Calidris melanotos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qumluqdakı qadın
Qumluqdakı qadın (砂の女, Suna no onna, azərb. Qum qadını‎) – Yaponiya yazıçısı Kobo Abe tərəfindən 1962-ci ildə nəşr olunmuş roman. Avanqard alleqoriya üslubunda olan bu roman İkinci dünya müharibəsindən sonra ən yaxşı Yaponiya romanlarından biri hesab olunur. Abenin ingilis dilinə tərcümə olunan ilk romanlarından biridir. 2021-ci ildə Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman əsasında 1964-cü ildə rejissor Teşiqahara Hiroşi tərəfindən çəkilmiş film adaptasiyası Yaponiya kinematoqrafiyasının klassiklərindən hesab olunur. Filmin uğuru romanı və Yaponiya ədəbiyyatını ABŞ və İngiltərədə populyarlaşdırmışdır. Romanın baş qəhrəmanı Niki Cumpey adlı həvəskar entomoloqdur. Araşdırması üçün bir səhraya səyahət edən Niki sakinlərinin yaşamaq üçün daim qum çuxuru qazdığı qəribə kəndlə qarşılaşır. Kəndlilər tərəfindən qum çuxurlarının birində həbs edilən Niki bir dul qadınla kəndi təhdid edən qumları qazmağa məcbur edilir.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
İslandiya qumluqcası
İslandiya qumluqcası (lat. Calidris canutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qumluqca
Qumluqca (lat. Calidris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Ənənəvi olaraq 18 növə ayrılır, lakin 2 növ cüllütün də bu cinsə aid olduğunu iddia olunur. Əsasən onurğasız heyvanlarla qidalanırlar. Plankton tutmağı bacarmırlar.

Значение слова в других словарях