Qumluq nekropolu
Qumluq nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində, Nəsirvaz çayın sahilində yerləşən arxeoloji abidə.
Nekropol Nəsirvazçaya enən yamacda salındığından təbii aşınma nəticəsində dağılmış qəbir daşları üzə çıxmışdır. Bu isə qəbir abidələrinin dağılmasına səbəb olmuşdur. Nekropol yaxınlığından su kanalı çəkilərkən ona böyük zərər vurulmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iki, baş tərəfdə isə bir iri sal daşla qurulmuşdur. Onların üzərini örtən iri sal daşlar sürüşüb qəbirlərin yanına, ya da içərisinə düşmüşdür. Qəbirlər təmizlənərkən çəhrayı və boz rəngli gil qab parçaları aşkar olunmuşdur. Onların bəzisi narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi batıq xətlərlə naxışlanmışdır. Gil qab parçalarının biri xaricdən çəhrayı, içəridən qara rənglidir. nekropolun ərazisində aparılan araş dırmalar zamanı dağıdılmış qəbirlərdən və ətrafdan çəhrayı rəngli çölmək tipli gil qab parçaları aşkar olunmuşdur.