QUTAN,

QUTANQUŞU сущ. зоол. пеликан (кӀуф ва гардан яргъи, кӀвачерал аскӀан, куьлерин арада перде авай чӀехи цин къуш); // пеликандин.
QUTAB
QUTLU
OBASTAN VİKİ
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Qutan (Poldəşt)
Qutan (fars. قوطان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (89 ailə).
Qutan (ada)
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qutan adası
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Təsviri == Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib. == Yaşayış yeri və həyat tərzi == Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.
Çəhrayı qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Ümumi xarakteristikası və görkəmi == Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir.
Qutankimilər
Qutankimilər (lat. Pelecaniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Qutankimilərə kürək ayaqlılar da deyilir.Ona görə ki, bu quşların barmaqları bütöv bir üzmə pərdəsi ilə bitişikdir.Qutankimilərin bədəni yastı,lələk örtüyü sıxdır.Onlar yaxşı üzür,yerdə isə çətin gəzir.Bəzi növləri, məsələn, qarabatdaqlar suya baş vura bilir və suyun dərinliyindən balıq ovlayıb çıxarır.Qutankimilər qarışıq və ya sərbəst düşərgələr əmələ gətirməklə nəsil verir.Bir düşərgədə 1000 cütə qədər quş ola bilər.Lakin onlar cüt-cüt yaşayırlar.Qutan kiçik adacıqlarsa yerdə (yerdə),qarabatdaq isə qayada, ağac və ya kol üzərində yuva tikir, yuvaları iri olur.Hər iki valideyn növbəli kürt yatıb bala çıxarır və onları yuvada bəsləyib böyüdür.Azərbaycanda çəhrayı və qıvrımlələk qutanlar məskən salır.Onlar iri quşlardır, alt çənəsindən sallanan dəri torba onları uzaqdan tanıdır.Hər iki növün sayı azaldığı üçün Qırmızı kitaba daxil edilmişdir.Azərbaycanda qıvrımlələk qutan yalnız ağ göl qoruğunda az miqdarda yuva tikib nəsil verir.Çəhrayı qutan Azərbaycan sularına qışlamaq üçün gəlir.
Qutanlar
Qutanlar (lat. Pelecanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qırmızı Qutanlar
Qırmızı Qutanlar — Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Təyyarələri qırmızı rəng sxemində boyanmışdır. 1973-cü il neft böhranı səbəbilə fəaliyyətini dayandırmışdır.

Значение слова в других словарях