QUV

Şayiə, qeybət, iftira, arxasınca danışma. (“Kitabi-Dədə Qorqud” leksikası)

QUTSUZ
QUVALAMAQ
OBASTAN VİKİ
Azərbaycan Silahlı Quvvələri Günü
Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.
Beyt Quvrin Milli Parkı
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. ‏בית גוברין - מרשה‏‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir. Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır. == Tarixi == Mareşa şəhəri haqqında ilk məlumatlar Yehuda qəbiləsinə qədər uzanır. Yəhudi Bibliyasına görə şəhər Rovoam tərəfindən Misirə qarşı müdafiə edilmişdir. Yehuda Krallığının dağıdılmasından sonra şəhər İdumeya Krallığının parçası olmuşdur. Gec fars dövründə şəhərdə saydanlar məskunlaşmışdırlar və şəhər e.ə. 259-cu ildə Zenon papirusunda qeyd olunmuşdur. Makkabi üsyanı zamanı şəhər makkabilərə qarşı müdafiə olunduğundan zərər görmüşdür.
Con Edqar Quver
Con Edqar Huver (ing. John Edgar Hoover, 1 yanvar 1895-ci il, Vaşınqton — 2 may 1972-ci il,Vaşınqton — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib (1924-ci ildən 1972-ci ildə vəfatına qədər). 1924-cü ildə FTB-in sələfi olan ABŞ Tədqiqatlar Bürosunun direktoru təyin edilib. 1935-ci ildə ABŞ Federal Tədqiqat Bürosunun yaradılmasında böyük rol oynayıb və 1972-ci ildə, 77 yaşında vəfat edənə qədər onun direktoru olub. Quver cinayətkarlıqla mübarizə üzrə federal strukturun yaradılmasında , bir sıra yeni polis tüexnologiyalarının tətbiqində , əl izlərinin mərkəzləşmiş şəkildə toplanması üzrə iş aparılmasında böyük iş görüb. Həyatının sonunda və sonra Quverin müəyyən gizli fəaliyyəti haqqında məlumatların açıqlanmsı onu ziddiyyətli bir fiqur kimi qiymətləndirməyə imkan verdi. Onu FTB-nin səlahiyyətlərinin aşmasında ittiham etməyə başladılar. Оnun FTB vasitəsilə siyasi liderlər haqqında və siyasi fəallar haqqında gizli və qeyri-qanuni metodlarla məlumatlar topladığı məlum oldu. Quver öz əlində çox böyük hakmiyyət və səalhiyyət toplamışdı, hətta prezidentləri qorxuzmaq gücündə idi. ABŞ prezidenti Harri Trumenin sözlərinə görə " Quver FTB-ni şəxsi gizli polisə çevirmişdi… biz gestapo və ya gizli polis istəmirik, ancaq FTB belə meyllik var idi.
Quvadar
Quvadar (urdu گوادر) — Bəlucistan əyalətinin cənub-qərbində, Ərəb dənizi sahilində şəhər.Quvadar, 1783-cü ildən 1958-ci ilə qədər Omanın müstəmləkəsi idi. Turbatdan təqribən 120 kilometr (75 mil) cənub-qərbdə, İranın Sistan şəhərindən 170 kilometr (110 mil) məsafədədir.
Quvadar rayonu
Quvadar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon.İnzibati mərkəzi Quvadar şəhəridir.Şəhər iki sözdən ibarətdir:Quva və dar.Bəluc dilində isə havanın qapısı deməkdir.Quvadar rayounu 1 iyul 1977-ci ildə rayon statusu aldı.