QUŞÇU

is.
1. Quşçuluq mütəxəssisi.
// Quşçuluq ferması işçisi, fermada ev quşları bəsləməklə məşğul olan adam.
2. Quş saxlamaqla məşğul olan adam; quşbaz. Tağı əmi quşçular arasında məşhur idi.
O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. S.S.Axundov.
Quşçular özləri də xəsillərin dibində gizlənib düdük çalırdılar. H.Sarabski.

3. Qədimdə: xanların, bəylərin ov quşlarına baxan adam.
[Bəy:] Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu. Ə.Haqverdiyev.

QUŞCUQ
QUŞÇULUQ
OBASTAN VİKİ
Quşçu
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Aşağı Quşçu
Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir. Həm yayı, həm də qışı mülayim keçir.
Dağ Quşçu
Dağ Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 539 nəfərdir.
Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == 1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxslər === Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Quşçu (Daşkəsən)
Quşçu (qəsəbə, Daşkəsən)
Quşçu (Dərələyəz)
Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi, Qafqazın 5 verstlik xəritəsində Quşi formasında qeyd edilmişdir. Toponim qədim quşçu türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.
Quşçu (Göygöl)
Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır. == Tarixi == Erməni-Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi. == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.
Quşçu (Kəleybər)
Quşçu (fars. قوشچي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (22 ailə).
Quşçu (Laçın)
Quşçu — Azərbaycan Respublikasının Laçın rayonu Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Quşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (Marneuli)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Qəzvin)
Quşçu (Qəzvin) (fars. قوشچی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 485 nəfər yaşayır (162 ailə).
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Sərab)
Quşçu (fars. قوشچي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (191 ailə).
Quşçu (Tovuz)
Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçu (Urmiya)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Quşçu (Yevlax)
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur. Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir. Kənddə daimi su problemi var. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (dəqiqləşdirmə)
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Quşçu (İcrud)
Quşçu (fars. قوشچي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (43 ailə).
Quşçu (İran)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Quşçu (Şamaxı)
Quşçu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. == Tarixi == Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir.
Quşçu Ayrım
Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər. == Toponimikası == Quşçu Ayrım oyk., miir. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır.
Quşçu Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Aşağı Quşçular
Aşağı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Malıbəyli kənd Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib. == Toponimikası == "Aşağıda yerləşən Quşçular kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar.
Kazım xan Quşçu
Kazım xan Məşədi Rza oğlu Quşçu (2 iyul 1867, Quşçu – 1922) — el qəhrəmanı. == Həyatı == Kazım xan Məşədi Rza oğlu 1867-ci ildə Urmiya gölü sahillərindən bir neçə km uzaqlıqda yerləşən Ənzəl mahalının Quşçu qəsəbəsində anadan olub. Kazım gənc yaşlarında öz kiçik qəhvəxanasında çalışır, ailəsinə çörək aparır. Amma bölgəyə sürəkli daxil olan rus-erməni və kürd dəstələri ərazini viran qoyduğuna, əhalini çapıb talayıb öldürdüyünə görə, öz yurdunu qorumaq qərarına gələn Kazım özü kimi dəliqanlı gəncləri başına toplayaraq kiçik silahlı dəstə yaradır. Kazım xan və mücahidlərinin ilk silahlı vuruşması 1909-cu ildə ruslarla olur. Xalqın əlindəki bütün silahları toplayarkən Quşcu əhalisi etiraz edir, ruslar da buna cavab kimi qəsəbəni topa tutur. Kənd camaatı geri çəkilməyə məcbur olsa da, Kazım xan və onun mücahidləri dağlara çəkilərək bu gün öz adını daşıyan, o vaxt isə Qırxlar adlanan qalaya çəkilirlər. Onlar bu qalada düşmənləri torpaqlarından təmizləmək uğrunda son nəfəslərinədək vuruşurlar. Mərhum şairimiz Rəsul Rza demişkən; Erməni dövləti yaratmaq üçün güneydə Azərbaycan şəhərlərinin boşaldılması prossesi davam edir. Bu ərəfədə yəni 1917-ci ildə Rusiyada sosyalist inqilabı baş verir.
Malıbəyli və Quşçular qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. == Hadisələrin gedişatı və qətliam == Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.
Quşçu (kənd, Daşkəsən)
Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Quşçu kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. == Tarixi == 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçu kəndinin ərazisindən 56,07 ha (bundan dövlət mülkiyyətində olan 2,5 ha, bələdiyyə mülkiyyətində olan 10,0 ha və xüsusi mülkiyyətdə olan 43,57 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. === Tarixi abidələri === Quşçu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Quşçu (qəsəbə, Daşkəsən)
Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Yaşayış yeri fəhlə qəsəbəsi kimi meydana gəlmişdir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qoşqarçayın sahilində yerləşir.

Значение слова в других словарях