Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Quşçu Ayrım | |
---|---|
41°05′38″ şm. e. 45°06′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6.80[1] |
Mərkəzin hündürlüyü | 806 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1,136[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər.[2]
Quşçu Ayrım oyk., miir. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır. Yaşayış məntəqəsi ayrım tayfasının saldığı kəndlərdəndir.[3]
Kəndin əsasını Gədəbəylilər qoyublar[4].
14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Gəncə quberniyası, Yelizavetpol qəzası, Əskipara şöbəsinin Quşçu Ayrım kəndində 59 evdə şiə inanclı müsəlman azərbaycanlılardan ibarət 326 nəfər əhali yaşayırdı.[5]
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |