QUŞÇU

is.
1. Quşçuluq mütəxəssisi.
// Quşçuluq ferması işçisi, fermada ev quşları bəsləməklə məşğul olan adam.
2. Quş saxlamaqla məşğul olan adam; quşbaz. Tağı əmi quşçular arasında məşhur idi.
O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. S.S.Axundov.
Quşçular özləri də xəsillərin dibində gizlənib düdük çalırdılar. H.Sarabski.

3. Qədimdə: xanların, bəylərin ov quşlarına baxan adam.
[Bəy:] Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu. Ə.Haqverdiyev.

QUŞCUQ
QUŞÇULUQ
OBASTAN VİKİ
Aşağı Quşçu
Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir. Həm yayı, həm də qışı mülayim keçir.
Dağ Quşçu
Dağ Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 539 nəfərdir.
Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == 1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşamışlar.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxslər === Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Quşçu monastırı
Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Quşçu məbədi
Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Quşçu qalası
Quşçu Qalası — Gürcüstan Respublikası Marneuli rayonu Quşçu kəndi yaxınlığında yerləşən qədim qala. Qalanın tarixi çox qədimlərə gedib çıxır.Qalanın Tərəkəmə xanlarından biri tərəfindən tikildiyi güman edilir.Qala sonuncu dəfə Ağa Məhəmməd Şah Qacarın yürüşü zamanı dağıdılmışdır.Qalanın yaxınlığındakı Quşçu kəndi bölgədəki ən qədim kəndlərdən biridir. Bəzi mənbələrdə Ağcaqala (Quşçu qalası) kimi göstərilir. Qeyd edilir ki, Quşçu kəndi yaxınlığında, Dəbəd / Borçalı çayının aşağı axarı boyunda yerləşən qalanı (Ağcaqala) 1488-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun tapşırığıyla Xəlil bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalayı özünə iqamətgah, dayaq nöqtəsi seçmiş, buradan bütün Borçalıya, Kartliyə, Tiflisə nəzarət etmişdi. Digər mənbədə isə Quşçu kəndi yaxınındakı Ağçaqalnın əvvəlki Qurdbasar qalasının yerində 1488-ci ildə Ağqoyunlu sərkərdəsi Xəlil bəyin tikdirdiyi, sonra Səfəvi hakimi Şah İsmayılın şenləndirdiyi Ağcaqala böyük dairəvi bürcləri, ikimərtəbəli qüllələrilə, daş, saxsı qırıntılarından bəzək laylarıyla maraqlı olması göstərilir. “Tiflisskiye vedomosti”nin 1830-cu il saylarında “Zaqafqaziya diyarı ilə səyahət” rubrikasında rus publisisti D. Y. Zubaryovun Borçalı tarixi abidələrindən Sınıq körpüyə həsr olunmuş “Qırmızı körpü” (Krasnıy Most) və Ağcaqalaya həsr olunmuş “Bozqala” (Serıy Zamok) məqalələri dərc edilmişdir (Tiflisskiye vedomosti, 1830: № 71; Tiflisskiye vedomosti, 1830: № 87]. «Bozqala» məqaləsində müəllif Borçalının Quşçu kəndi yaxınlığındakı Ağcaqalanın əsasının XV əsrin sonlarında Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən qoyulduğunu, Borçalı Osmanlı tabeliyinə keçəndə Ağcaqalada Musa Paşa’nın, Kartli-Qaxet çarlığının tərkibində olanda Borçalı idarəçilərinin, XVIII əsrin axırlarında şahzadə Georgi’nin (sonralar Kartli-Qaxet hökmdarı oldu) yaşadığını, bu məqalənin çap olunduğu dövrdə isə qalanın Borçalı baş pristavlarının qış malikanəsi olduğunu yazır və onun ruslar tərəfindən Bozqala adlanmasının inşa edildiyi daşların rəngi ilə əlaqəli olduğunu ehtimal edirdi.
Quşçu tayfası
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Quşçu
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən)Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd.Quşçu (Tovuz)Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. === Gürcüstan === Quşçu (Marneuli) — Gürcüstanın Marneuli rayonunda kənd.
Quşçu (Daşkəsən)
Quşçu (qəsəbə, Daşkəsən)
Quşçu (Dərələyəz)
Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi, Qafqazın 5 verstlik xəritəsində Quşi formasında qeyd edilmişdir. Toponim qədim quşçu türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.
Quşçu (Göygöl)
Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır. == Tarixi == Erməni-Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi. == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.
Quşçu (Kəleybər)
Quşçu (fars. قوشچي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (22 ailə).
Quşçu (Laçın)
Quşçu — Azərbaycan Respublikasının Laçın rayonu Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Quşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (Marneuli)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Qəzvin)
Quşçu (Qəzvin) (fars. قوشچی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 485 nəfər yaşayır (162 ailə).
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Sərab)
Quşçu (fars. قوشچي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (191 ailə).
Quşçu (Tovuz)
Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçu (Urmiya)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Quşçu (Yevlax)
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur. Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir. Kənddə daimi su problemi var. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (dəqiqləşdirmə)
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən)Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd.Quşçu (Tovuz)Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. === Gürcüstan === Quşçu (Marneuli) — Gürcüstanın Marneuli rayonunda kənd.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Quşçu (İcrud)
Quşçu (fars. قوشچي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (43 ailə).
Aşağı Quşçular
Aşağı Quşçular — Azərbaycan Respublikasının Şuşa rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Malıbəyli kənd Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == "Aşağıda yerləşən Quşçular kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər.
Kazım xan Quşçu
Kazım xan Məşədi Rza oğlu Quşçu (2 iyul 1867, Quşçu – 1922) — el qəhrəmanı. == Həyatı == Kazım xan Məşədi Rza oğlu 1867-ci ildə Urmiya gölü sahillərindən bir neçə km uzaqlıqda yerləşən Ənzəl mahalının Quşçu qəsəbəsində anadan olub. Kazım gənc yaşlarında öz kiçik qəhvəxanasında çalışır, ailəsinə çörək aparır. Amma bölgəyə sürəkli daxil olan rus-erməni və kürd dəstələri ərazini viran qoyduğuna, əhalini çapıb talayıb öldürdüyünə görə, öz yurdunu qorumaq qərarına gələn Kazım özü kimi dəliqanlı gəncləri başına toplayaraq kiçik silahlı dəstə yaradır. Kazım xan və mücahidlərinin ilk silahlı vuruşması 1909-cu ildə ruslarla olur. Xalqın əlindəki bütün silahları toplayarkən Quşcu əhalisi etiraz edir, ruslar da buna cavab kimi qəsəbəni topa tutur. Kənd camaatı geri çəkilməyə məcbur olsa da, Kazım xan və onun mücahidləri dağlara çəkilərək bu gün öz adını daşıyan, o vaxt isə Qırxlar adlanan qalaya çəkilirlər. Onlar bu qalada düşmənləri torpaqlarından təmizləmək uğrunda son nəfəslərinədək vuruşurlar. Mərhum şairimiz Rəsul Rza demişkən; Erməni dövləti yaratmaq üçün güneydə Azərbaycan şəhərlərinin boşaldılması prossesi davam edir. Bu ərəfədə yəni 1917-ci ildə Rusiyada sosyalist inqilabı baş verir.
Malıbəyli və Quşçular qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. == Hadisələrin gedişatı və qətliam == Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.
Qazi Quşçu (Bicar)
Qazi Quşçu (fars. قاضي قوشچي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (22 ailə). Əhalisini kürdlər təşkil edir.
Quşçu palçıq vulkanı
Quşçu palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən palçıq vulkanı. Vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınmışdır. Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan püskürmə zamanı, hansı ki, 1 dəqiqə 30 saniyə davam etmişdir, vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib. "Quşçu" kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir. == Tarixi == Vulkanın ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güçlü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınıb.
Quşçubaba
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Quşçubayramxacə (Kəleybər)
Quşçubayramxacə (fars. قوشچي بايرام خواجه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 399 nəfər yaşayır (86 ailə).
Quşçukirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Quşçular
Quşçular (Xocavənd)
Quşçular (Cəbrayıl)
Quşçular — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Quşçular kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Quşçular (Goranboy)
Quşçular — Azərbaycan Respublikasının Goranboy rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Quşçular kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı quşçu (etn.) sözü və -lar (cəmlik, lakin toponimlərdə yer, məkan bildirir) şəkilçisindən düzəlib. Yaşayış məntəqəsi quşçu tayfasının adı ilə bağlıdır.Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir. Hətta oğuz qəbilələri quşu özləri üçün simvol seçmişlər. Xalq arasında, eləcə də nağıl və dastanlarımızda geniş şəkildə özünə yer almış "Dövlət quşu" haqqında rəvayətlər imkan verir deyək ki, quş var-dövlət, başda ağıl simvolu sayılmış, Dövlət quşu kimin başına qonarsa onu padşah seçərmişlər. Azərbaycan xalqının əski mifologiyasında Simurq, Səməndər, Humay, Şahin və s. quşlara insanın köməkçisi, uğur gətirən bir varlıq kimi baxmışlar.
Quşçular (Xocavənd)
Quşçular — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun faktiki mövcud olan Quşçular kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Günəşli kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Quşçular kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Quşçular (dəqiqləşdirmə)
Quşçular (Xocavənd)
Quşçular bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quşçulu
Quşçulu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Oxçu çayının sağ sahilində, Xustup dağının cənub-şərq ətəyində yerləşir. Toponim qədim türk tayfası olan quşçu etnonimi əsasında əmələ gəlmişdir. -lu mənsubluq bildirən şəkilçidir. "Quşçu tayfasına mənsub kənd" deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144 nəfər, 1904 - cü ildə 400 nəfər, 1914 - cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Quşçuluq
Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin. Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımı səviyyədə təşkilindən aslıdır. Planlı cins olaraq Şımali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraıtınə yaxşı uyğunlaşsalar da az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq gəlir). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlıdir.

Digər lüğətlərdə

внутри... дохва́стать замочи́ться йо́говый многотонна́жный мотори́ст наки́снуть необремени́тельно несоотве́тствие отвора́чивание перегру́зочный посучи́ть удово́льствовать фи́шечный ко́рчиться раззадо́рить стручо́к cabbala cost inflation dextrality electric eye family-compact high table kukri pickling cucumber