Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar.
1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı
Filmə Baş Mükafat və Diplom verilmişdir.
2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi
Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir.
Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir.
Rejissor: Yavər Rzayev
Ssenari müəllifi: Yavər Rzayev
Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi)
Bəstəkar: Eldar Mansurov
Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev
Məsləhətçi: Ağabəy Sultanov
Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".