Rütubətli subtropik meşələrin qırmızı torpaqları
Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir.
Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır.
Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır.
Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.