Razyana yağı
Razyana yağı (Foenıculum mıll) – iki və ya çoxillik çətirşəkilli olub, sarı rənglidir. Bitkisinin bütün orqanları ətirlidir. İyun-iyul aylarında çiçək açır, avqusta isə toxumları yetişir. Toxumlarından alınan efir yağının miqdarı 2.5-3.5% olur. Efir yağının əsas tərkib hissəsi 50-60% anetoldan ibarətdir. Anetol – şirintəhər, özünə məxsus iyə malikdir.
== Tərkibi ==
Razyana yağında 10-12%-ə qədər fenxona, pinenə, dipentenə, kamfenə, anis (cirə) aldehidinə, metilxavinol və anis turşusuna rast gəlinir. Razyana toxumlarından alınan efir yağının tərkibində rəngli maddələr, doymuş yağlar (18-23%) doymamış olein yağı (22%) kəhraba, alma turşuları vardır.
== Istifadə sahələri ==
Razyana toxumlarından alınan efir yağı farmokopeyada mədə ağrılarına və öskürəyə qarşı istifadə olunan dərman kimi istifadə olunur. Onun toxumlarını əzib dəmləmək öskürək üçün təbii məlhəmdir.