Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razyana
Razyana (lat. Foeniculum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4–6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat — kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16–18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Adi razyana
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Razyana yağı
Razyana (lat. Foeniculum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4–6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat — kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16–18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Aptek razyanası
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Haryana
Haryana (hind. हरियाणा; pənc. ਹਰਿਆਣਾ; ing. Haryana) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
Ramayana
Ramayana (sanskr. रामायण) — qədim Hindistanın iki əsas eposundan biridir. Digər epos isə "Mahabharata"dır. Sanskrit dilində yazılmış bu qədim hind epik eposun müəllifi əfsanəvi şair Valmiki hesab olunur. Ehtimal ki, epos təqribən e.ə. IV əsrdə Şərqi Hindistanda yaranmışdır. Orta əsrlərdə vişnuizmin (hinduizmin bir növü) müqəddəs kitablarından idi. Ramanın şücaətindən bəhs edən poemanın, gəlmə arilər və Cənubi Hindistanın yerli əhalisi arasında toqquşma ilə bağlı tarixi hadisələr əsasında yarandığı ehtimal olunur. Mahabharatadan sonra ən böyük hind epik poeması olan "Ramayana"da ictimai və mədəni inkişafın daha yüksək səviyyəsi öz əksini tapmışdır. "Ramayana"hind (Kalidasa, Bhatti), habelə Cənub-Şərqi Asiya ölkələri ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir.
Salyana
Salyana — Qarabağ xanlığında vergi növü. Hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə toplanan malcəhət vergisi «salyana» adlanırdı. Verginin adına istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan vergi olduğunu aydınlaşdırmış olarıq.
Tatyana
Tatyana — ad. Tatyana Qubina — Qazaxıstanı təmsil edən su poloçusu. Tatyana Petrova — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Fyodorova — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Omelçenko — Azərbaycanı təmsil edən qadın güləşçi. Tatyana Şinkarenko — Ukraynanı təmsil edən həndbolçu. Tatyana Xmırova — Rusiyanı təmsil edən həndbolçu. Tatyana Samoylova — Rusiyanın Xalq artisti. Tatyana Zatulovskaya — Tatyana Yosipoviç Tatyana Qorbunova — Rusiyanı təmsil edən bədii gimnast.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qazyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Maryana (Xaçmaz)
Maryana — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Maryana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Maryana Lipovşek
Maryana Lipovşek (sloven. Marjana Lipovšek 3 dekabr 1946, Lyüblyana) — Sloveniyalı opera müğənnisi (mezzo-soprano). == Bioqrafiyası == 1968-1970-ci illərdə Lyublyana Musiqi Akademiyasının rektoru, bəstəkar və pianoçu Maryana Lipovşekin (1910-1995) qızı. Doğma diyarında fortepiano məktəbini bitirib. 1970-1977-ci illərdə Qratsdakı Musiqi və Teatr Universitetində, 1978-ci ildə Vyanadakı Opera Studiyasında vokal üzrə təhsil alır. 1979-cu ildə Vyana Dövlət Operasında debüt edir. 1981-ci ildən Hamburq Opera Evində, Münhen Operasında şıxışlar edir. Almaniyanın ən böyük opera səhnələrində çıxış edir, Barselona, Zalsburq, Milan, Florensiya, London, Edinburq, Praqa, Çikaqo, Nyu-York, San-Fransiskonun teatr və festivallarında ifalarını səsləndirir. Lipovşekin vokal hissələrindən televiziyada Riçard Vaqner və Rixard Ştrausun operalarında səsləndirdiyi hissələr Yakob Ljes (1999) və Boz Zona (2001) filmlərində istifadə olunur. Vyana və Zalsburqda yaşayır.
Maryana Mərraş
Maryana bint Fətulla bin Nəsrulla Mərraş (ərəb. مريانا بنت فتح الله بن نصر الله مرّاش‎; avqust 1848, Hələb, Hələb əyaləti, Osmanlı imperiyası – 1919, Hələb) ya Maryana əl-Mərraş ya Maryana Mərraş əl-Hələbiyyə — Hələbdən yazıçı və şair. Fransis və Abdulla Mərraşın bacısı idi. == Həyatı == 1870-ci ildən qəzetlərdə məqalə və şeirləri dərc edildi. 1893-cü ildə Beyrutda onun "Bintü-fikr" adlı şeir toplusu nəşr edildi. Mərraşın II Əbdülhəmidi tərifləyən bir şeir yazmağından sonra, Osmanlı hökuməti bu kitabın nəşr edilməyə icazə vermişdi.
Miconia grayana
Miconia grayana (lat. Miconia grayana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Nassauvia remyana
Prunus grayana
Prunus grayana (lat. Prunus grayana) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.
Ravşana Kurkova
Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model. Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub. Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar. 1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri») filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür.
Raziyan (Əcəbşir)
Raziyan (fars. رازيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 990 nəfər yaşayır (238 ailə).
Rumyana buzlağı
Rumyana buzlağı (bolq. ледник Румяна, ‘Lednik Rumyana’ \'led-nik ru-'mya-na\) — 11 km uzunluğu və 4 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Patton buzlağından şimal-qərbdə, Delyo buzlağından cənub-şərqdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstanlı qadın üsyan lideri Rumyana Voyvodanın (19-cu əsr) adını daşıyır. Rumyana buzlağı 78°16′00″ c. e. 85°50′00″ q. u. koordinatlarında yerləşmişdir.
Tatyana Boçarova
Tatyana Boçarova (qaz. Татьяна Бочарова; 22 aprel 1983, Şərqi Qazaxıstan əyaləti) — Qazaxıstan idmançısı, uzunluğa və üç təkanla tullanma üzrə mütəxəssis. 1999–2010-cu illərdə Qazaxıstanın atletika üzrə milli komandasında çıxış edib, Asiya Oyunlarının bürünc medalını qazanıb, qapalı məkanlarda keçirilən Asiya çempionatının bürünc mükafatçısı, ölkə çempionatlarının qalibi, Afina Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Qazaxıstan Respublikasının beynəlxalq dərəcəli idman ustasıdır. Tatyana Boçarova 22 aprel 1983-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətində anadan olub. O, Çimkənddə atletika ilə məşğul olub. O, ilk dəfə 1999-cu il mövsümündə Qazaxıstan milli komandasına qoşulduqda və Bşdqoşda gənclər arasında dünya çempionatında uzunluğa tullanmada çıxış edərkən özünü beynəlxalq səviyyədə tanıdır. 2000-ci ildə Santyaqoda gənclər arasında keçirilən dünya çempionatında üç təkanla tullanma bölümündə yarışır. 2001-ci ildə Moskvada keçirilən turnirdə qapalı məkanda uzunluğa tullanmada şəxsi rekordunu - 6,06 metr, üç təkanla tullanmada isə Bandar Seri Beqavanda gənclər arasında Asiya çempionatının qalibi olur. 2002-ci ildə Alma-Atada keçirilən yarışlarda açıq stadionda uzunluğa tullanma üzrə şəxsi rekord vurur - 6,31 metr.
Tatyana Dyaçenko
Tatyana Dyaçenko (13 yanvar 1979) — Azərbaycanı təmsil edən qılıncoynadan. Tatyana Dyaçenko 1979-cu il yanvarın 13-də anadan olub. Tatyana Dyaçenko 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya) baş tutan Dünya Çempionatının bürünc medalına sahib olub.
Ageratina remyana
Ageratina remyana (lat. Ageratina remyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Tatyana Yesenina
Tatyana Sergeyevna Yesenina (rus. Татьяна Сергеевна Есенина; 11 iyun 1918, Moskva – 5 may 1992, Daşkənd) — rus şairi Sergey Yeseninin və aktrisa Zinaida Rayxın qızı, jurnalist və yazıçı. Valideynləri boşandıqdan və atasının ölümündən sonra o, qardaşı Konstantinlə birlikdə Vsevolod Meyerhold və Zinaida Rayxın ailəsində böyüyüb. Tatyana Yesenina Sergey Yeseninlə Zinaida Rayxın ailəsində dünyaya gəlib. Tatyananın anası ilə atası Petroqradda Rayx Sosialist İnqilabi qəzeti "Delo Naroda" redaksiyasında katib-makinaçı kimi çalışanda tanış olublar. Zinaida Rayx iyirmi iki yaşında qəzetə yazılarını gətirən gələcək əri Sergey Yesenini ilk dəfə burda görüb. Sergey Yesenin Zinaidaya öz şəklini verərək, onun arxasına "Çünki sən yolumda mənə yöndəmsiz bir qız kimi göründün, Sergey — yazmışdı". 30 iyul 1917-ci ildə Sergey və Zinaida Rayx Yeseninin yaxın dostu Aleksey Qaninin yanına Voloqdaya səfərləri zamanı evlənirlər. Toy Voloqda vilayəti Tolstikovo kəndində qədim Kirik və İulitta daş kilsəsində baş tutub. Bəyin şahidləri Spasskaya rayonu, İvanovskaya kəndi, kəndli Pavel Pavloviç Xitrov və Ustyanskaya rayonu, Ustya kəndi, kəndli Sergey Mixayloviç Barayev olub.