REFLEKSOLOGİYA
REJİSSORLUQ
OBASTAN VİKİ
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
Tele-rejissor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele rejissor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Akif Rüstəmov (rejissor)
Rüstəmov Akif Zəbi oğlu — Azərbaycan rejissoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Uşaqlığın son gecəsi (film, 1968) Sevil (film, 1970) Gün keçdi (film, 1971) Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Şir evdən getdi (film, 1977) Babək (film, 1979) Birisigün, gecəyarısı... (film, 1981) Nizami (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Bağ mövsümü (film, 1985) Burulğan (film, 1986) Təxribat (film, 1989) Qonaq-qaralı ev (film, 1992) O dünyadan salam (film, 1991) Ölüm növbəsi (film, 2009) Mənim ağ şəhərim (film, 1993) Nə gözəldir bu dünya... (film, 1999) Güllələnmə təxirə salınır!...
Aleksandr Makovski (rejissor)
Aleksandr Makovski — Azərbaycan rejissoru, ssenarist. == Filmoqrafiya == Bayquş (film, 1924) (tammetrajlı bədii film) — aktyor Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) — rejissor köməkçisi Mədənçilər İttifaqının 20 illiyi (film, 1927) (qısametrajlı sənədli film) — rejissor köməkçisi Bizim əsas yolumuz (film, 1928) (tammetrajlı sənədli film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — rejissor Mürsəlli daşqını (film, 1929) (qısametrajlı sənədli film) — rejissor Şərqə doğru (film, 1930) (tammetrajlı sənədli film) — rejissor; ssenarist Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film) — rejissor; ssenarist Azərbaycan (film, 1931) (tammetrajlı sənədli film) — rejissor Milis (film, 1933) (qısametrajlı sənədli film) — rejissor İki yoldaş (film, 1934) (qısametrajlı bədii film) — rejissor Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) (qısametrajlı sənədli film) — bədii rəhbər == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Aleksandr İvanov (rejissor)
Aleksandr Qavriloviç İvanov (31 iyul (12 avqust) 1898, Boroviçi qəzası[d], Novqorod quberniyası[d] – 20 avqust 1984, Leninqrad) — rejissor. == Həyatı == Aleksandr Qavriloviç İvanov 12 avqust 1898-ci ildə Novqorod Quberniyasında anadan olub. Peterburq Ticarət məktəbində (1909-1916), “Kinosever” kinostudiyasının kurslarında (1925, Sankt-Peterburq) təhsil alıb. “Sovkino” kinostudiyasında (Sankt-Peterburq) rejissor assistenti (1925-1927), quruluşçu rejissor (1927-1948), “Lenfilm”də rejissor (1948-1967), bədii rəhbər (1967) kimi çalışıb. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. Latviyanın əməkdar artisti (1947), SSRİ xalq artisti (1964) adlarını qazanıb. Aleksandr İvanov 20 avqust 1984-cü ildə vəfat edib.
Arif Babayev (rejissor)
Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir. == Həyatı == Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir. 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir. Rejissor Vasif Babayevin qardaşıdır. == Ad və mükafatlar == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (29.06.1964) İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom (1968) Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat (1969) Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom (1974) "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat (1981) "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı (1986) == Filmoqrafiya == Rejissor kimi Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film) Xəzərdə möcüzə (film, 1961) (qısametrajlı sənədli film) Xəzər sahilində şəhər (film, 1962) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) Zirvə (1964) (qısametrajlı bədii film) Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) Birisigün, gecəyarısı...
Arif Qazıyev (rejissor)
Arif Lətif oğlu Qazıyev (17 may 1938, İrəvan – 24 fevral 2022) — Azərbaycan televiziya rejissoru, ssenari müəllifi. == Həyatı == Arif Lətif oğlu Qazıyev 1938-ci il mayın 17-də İrəvanda anadan olub, Gəncədə yaşayıb. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib. Arif Qazıyev hələ uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub. 1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, görkəmli sənətkarlarla təmasda olub və televiziyada ilk kişi diktoru olub. Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb. O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib. Arif Qazıyev 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir. 1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.
Asif Rüstəmov (rejissor)
Rüstəmov Asif Tofiq oğlu (20 oktyabr 1975) — Azərbaycan rejissoru. == Həyatı == Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. İqtisad Universitetində (1992-1995), ADMİU-da (2000-2004), AVANTİ kurslarında təhsil alıb (2003-2004). Azərbaycanfilm kinostudiyasında (2002-2004), Lider TV-də (2004-2005), ButaFilm-də (2005), İctimai TV-də (2005-2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir. Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür.
Böyükağa Məmmədov (rejissor)
Böyükağa Zeynal oğlu Məmmədov — "Salnamə" sənədli filmlər studiyasının sabiq direktoru (2009–2014), Prezident təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Böyükağa Məmmədov 3 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə 150 saylı Bakı şəhər orta məktəbini bitirib. Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra öz arzusu ilə Qərbi Sibirə, Rusiya Federasiyasının Omsk vilayətinə təyinat götürür. Bir-neçə il Omsk şəhərinin televiziyasında rejissor işlədikdən sonra, 1976-cı ildə vətənə dönüb Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində çalışmağa başlayıb. Bu zaman B.Məmmədov SSRİ Mərkəzi Dövlət Teleradio Komitəsinin sifarişi ilə çəkilən "Novatorlar", "Çətin əlaqələr", "Ordubad", "Qobustan", "Kəlbəcər", "Ardıc kolu", "Arif Məlikov", "Məhəbbət əfsanəsi", "Bu Cavaddır", "Rüstəm İbrahimbəyov - xülasə, yaxud başlanğıc", "Naxçıvan" adlı sənədli filmlərin rejissoru olub. B.Məmmədov respublikada birinci müstəqil studiyalardan sayılan, 1991-ci ildə təsis edilmiş "215 KL" eksperimental studiyasının yaradıcılarından biri olmuşdur. Burada çəkilən "Qayıdış" çoxseriyalı sənədli filmindəki rejissor işinə görə o, Azərbaycan Respublikası "Araz" Dövlət mükafatına layiq görülmüşdür. 1994-cü ildə B.Məmmədov müstəqil "215 KL" studiyasının idarə heyətinin sədri seçilir.
Cavanşir Məmmədov (rejissor)
Cavanşir Musa oğlu Məmmədov (17 oktyabr 1915, Lənkəran, Lənkəran qəzası – 5 sentyabr 1997, Moskva) — Azərbaycan operatoru və rejissoru. == Həyatı == Cavanşir Musa oğlu Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirmişdir. 1997-ci ildə Moskvada vəfat edib. == Fəaliyyəti == Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. 1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib.
Yusif Quliyev (rejissor)
Rejissor. Rejissor assistenti. == Həyatı == Yusif Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya və kino rejissorluğu" fakültəsində təhsil alıb (1992-1997). 2006-cı ildən AzTV-də çalışır. Gənclər, İdman və Turizm Nazirliyinin "ilin ən yaxşı gənc rejissoru" mükafatına layiq görülüb (2005). == Filmoqrafiya == Sarı gəlin (film, 1998) Bəyaz tarlanın balladası (film, 2002) Yarımçıq qalmış dosye (film, 2002) Yenə o bağ olaydı (film, 2002) Dəmir atlı cəngavər (film, 2003) Ötən ömrün notları (film, 2003) Tarixin dözümü və qisası (film, 2003) Katarsis (film, 2004) Keçid (film, 2005) Qrinviç meridianından...
Zülfüqar Abbasov (rejissor)
Zülfüqar Qulu oğlu Abbasov (3 may 1940, Yuxarı Saral, Marneuli rayonu – 1 aprel 2022) — Azərbaycan rejissoru, aktyor. Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb. Orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt ona müəllimləri — böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər.
İsmayıl Əfəndiyev (rejissor)
İsmayıl Mahmud oğlu Əfəndiyev (10 avqust 1910, Şamaxı – 30 may 1967, Bakı) — görkəmli Azərbaycan aktyor və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. "Səbuhi", "Fətəli xan", "O olmasın, bu olsun" və s. filmlərdə çəkilmişdir. "Arşın mal alan" (1945) filmindəki Süleyman obrazı İsmayıl Əfəndiyevin ən yaxşı rollarındandır. == Həyatı == İsmayıl Əfəndiyev 1910-cu ildə Şamaxıda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır. 1935-ci ildə rejissor A. M. Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara Daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb.
Şamil Mahmudbəyov (rejissor)
Şamil Fəraməz oğlu Mahmudbəyov (6 fevral 1924, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 18 may 1997, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, filmlərin bədii rəhbəri, Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976). == Həyatı == Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur. O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib. Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od.
Şamil Əliyev (rejissor)
Şamil Yavər oğlu Əliyev (26 iyun 1960, Bakı) — Azərbaycan kinorejissoru və ssenaristi. == Həyatı == Şamil Əliyev 26 iyun 1960-cı ildə anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1984–1989). 1990-cı ildən "Azərbaycanfilm" kinostudiyasında və bir neçə tv kanalında çalışıb. "Vətən sərhəddən başlayır" (2004, 30`, BTC), "Bakı Avropa Liseyi – İstedadlar Planeti" (2005, 30`, BTC) sənədli filmlərini çəkib. Azərbaycan kinematoqrafiyası haqqında ilk ensiklopedik saytı (http://www.cinema.aznet.org) işləyib hazırlayıb. 2008-ci ildən "Nurfilm" studiyasının təsisçisi və rəhbəridir. 2013-cü ilin mayında "Çölçü" filminə görə "Humay" milli mükafatına layiq görülmüşdür. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Filmoqrafiya == Şahid qız (film, 1990) — rejissor assistenti Şirbalanın məhəbbəti (film, 1991), rejissor Etiraf (film, 1992) — quruluşçu-rejissor Özgə vaxt (film, 1996) — rejissor assistenti Təsadüfi görüş (film, 1999) — quruluşçu-rejissor Arxaik motivlər (film, 2009) — ssenari müəllifi — layihə Çölçü (film, 2012) Vətən sərhəddən başlayır BAL-istedadlar planeti Azərbaycan xalçası (film, 2009) İz...
Şozo Makino (rejissor)
Şozo Makino (牧野省三, Makino Şozo, 22 sentyabr 1878, Kioto – 25 iyul 1929) – Yaponiya film rejissoru və prodüseri. "Yaponiya kinosunun atası" hesab olunur. == Həyatı == Şozo Makino 1878-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Makino anasına məxsus olan Senbonza teatrının meneceri olduğu dövrdə Nikkatsu Corporation şirkətinin başçısı olan Eynosuke Yokota ilə tanış olmuşdur. Yokota onu işə götürərək filmlər çəkməsini istəmişdir. Makinonun ilk çəkdiyi belə film 1908-ci ildə "Honno məbədi döyüşü" olmuşdur. Makino Okayama prefekturasını ziyarət edərkən kiçik bir teatrda çıxış edən Matsunosuke Onoe ilə tanış olmuş və onun aktyorluq bacarıqlarını kəşf etmişdir. Makino növbəti 10 il ərzində onunla hər il 60-80 film çəkmişdir. Bu filmlərin çoxu bacarıqlı qılınc ustalarının hekayələrindən və ya absurd bədheybət nağıllarından bəhs edirdi. 1919-cu ildə Mikado Company şirkətini yaradaraq təhsil filmləri çəkməyi başlamışdır.
Əlihüseyn Hüseynov (rejissor)
Əlihüseyn Hüseynov (5 dekabr 1922, Quba – 4 iyun 1987) — Azərbaycan rejissoru, operator, ssenarist. == Həyatı == Əlihüseyn Hüseynov 1922-ci il dekabrın 5-də anadan olub. İkinci Dünya müharibəsi zamanı orta təhsilini bitirdikdən sonra, cəbhəyə yollanıb. 1943-cü ildə yaralanıb. Müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. 1948-ci ildə ÜDKİ-nun kinooperatorluq fakültəsinə daxil olub. 1954-cü ildə Bakıya qayıdıb. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında çalışıb. İlk dəfə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi "Görüş" filmində kinooperatorlardan Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olub. "Qanun naminə" kinodramı kinooperator Əlihüseyn Hüseynovun bədii kinoda sonuncu işidir.
Eldar Quliyev (rejissor)
Eldar Tofiq oğlu Quliyev (18 yanvar 1941, Bakı – 16 aprel 2021, Bakı) — Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), "Debüt" studiyasının bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru. == Həyatı == Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s.
Rejissor
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək == Xarici keçidlər == Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Quruluşçu rejissor
Quruluşçu rejissor və ya Kinematoqraf (bəzən qısaca DOP ) adətən vizual elementlərin vacib olduğu film, foto və ya video çəkilişlərində ssenariyə müvafiq olaraq, kameradan istifadə etməkdə, işığı tənzimləməkdə və çəkilişlər zamanı lazım olan effekti yaratmaqda rejissora köməklik göstərən texniki və bədii quruluş işçisidir.
Cavid İmamverdiyev (rejissor)
Cavid Sudeyf oğlu İmamverdiyev — Azərbaycan rejissoru, "Tərəqqi" medalı laureatı (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru == Həyatı == Cavid Sudeyf oğlu İmamverdiyev 1972-ci ildə ]]Bakı şəhəri]]ndə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Gənc yaşlarından mətbuatda fəal iştirak edən Cavid İmamverdiyev “Bakılı oğlanlar” komandasının yaradıcılarından biri olmuş, 1991-ci ildən BŞ ŞHK-nun baş inzibatçısı vəzifəsində işləmişdir. 1992-ci ildə “Bakılı oğlanlar” komandasının tərkibində ŞHK-nun çempionu, 1995-ci ildə Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu adına layiq görülmüşdür. 1993-1995-ci illər ərzində “Kim? Nə? Harada?” («Что? Где? Когда?»), “Breyn-rinq” və “İlk baxışdan məhəbbət” («Любовь с первого взгляда») verilişlərinin istehsalçısı olan Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser vəzifəsində işləmişdir.
Cəmil Quliyev (rejissor)
Cəmil Quliyev (3 iyul 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru (2019–2020), Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının sabiq baş direktoru (2011–2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın sabiq baş direktoru (2013–11.5.2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri (2018–2019), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. == Həyatı == Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. 2000–2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
Dinq Şen (rejissor)
Ding Sheng (çin. 丁晟; 1970, Sindao, Şantun) — Çin film rejissoru və ssenaristi. Şantun, Sindao şəhərində anadan olmuş, əsərlərinə Kiçik Böyük Əsgər, Polis Hekayəsi 2013 və Dəmiryol Tigers (2016) hər iki filmin onun rejissoru olduğu və Ceki Çanın rol aldığı filmlər daxildir.
Elvin Mirzəyev (rejissor)
Mirzəyev Elvin Hacı oğlu (18 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru və aktyoru. == Həyatı == Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003–2004-cü illərdə Space TV, 2004–2006-cı illərdə isə ANS TV-də işləyib. 2006–2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.
Azərbaycan kino rejissorlarının siyahısı
Aşağıda Azərbaycan kino rejissorlarının siyahısı əlifba sırası ilə verilmişdir.
Azərbaycan rejissorlarının siyahısı
Ələkbər Əliyev (aktyor-rejissor)
Ələkbər Əliyev (tam adı: Ələkbər Hüseynbala oğlu Əliyev; 29 dekabr 1975, Bakı) — Azərbaycanlı komediya aktyoru, rejissor, ssenarist, "Parni iz Baku" KVN komandasının və "Planet Parni iz Baku" KVN teatrının iştirakçısı və ssenari müəllifi. == Həyatı == Ələkbər Hüseynbala oğlu Əliyev 29 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil almışdır. 1994-cü ildən, Şən və Hazırcavablar Klubunun bir çox komandalarında iştirakçı olmuşdur. Aktyor və ssenarist kimi çempionluqların sayına görə Azərbaycanın rekord sahibidir. 1998-ci ilin KVN üzrə Azərbaycan çempionudur. Həmin ildə "Parni iz Baku" KVN komandasına dəvət almışdır. 2000-ci ildə "Parni iz Baku" KVN komandasının tərkibində "XX əsrin 10 ən güclü KVN komandaları" turnirinin qalibi olmuşdur. "Parni iz Baku" KVN komandasının ənənəvi aprel konsertlərinin ssenari müəllifidir. == Yaradıcılığı == Ələkbər Əliyev 2000-ci ildən, aktyor və ssenarist kimi "Oqni Baku" KVN komandasının yaradıcılarından olub.
Film rejissoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir; Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir; Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir. Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir; Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir; Texniki detalların təşkili və idarə edilməsi; Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət; Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Kino rejissoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir; Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir; Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir. Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir; Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir; Texniki detalların təşkili və idarə edilməsi; Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət; Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Televiziya rejissoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.

Digər lüğətlərdə