Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Operator
== TV sistemləri == 1. PAL ( Dünyada bu sistem geniş yayılıb. ) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS ( Bu sistem hal - hazırda ABŞ - da işlədilir. )PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir - birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3.
CADD operator
CADD operator — CADD sistemindən istifadə edərək texniki çertyojlar çəkən çertyojçudur. CADD - kompüter yardımı ilə dizayn və çəkmə deməkdir (Computer-Aided Design and Drafting). Nəticə etibarilə bu sənət sahibləri kompüter vasitəsilə çertyoj çəkənlərdir. Onlara bəzən CAD çertyojçu (draftsman) da deyirlər. CAD kompüter proqramlarına nümunə olaraq AutoCAD, Google SketchUp, DraftSight, DraftIt, Rhino əplikeyşnlarını göstərmək olar. Bu proqramlar arasında ən geniş istifadə olunanı Autodesk sirkətinin məhsulu olan AutoCAD proqramıdır. AutoCAD CADD operatorlarının çertyoj çəkmə işini profesionallaşdırmaqla bərabər eyni zamanda çox asanlaşdırır. İldən ilə Autodesk sirkəti proqramı daha da təkmiləşdirərək çertyojçulara daha yeni imkanlar açır.
Operator sənəti
== TV sistemləri == 1. PAL ( Dünyada bu sistem geniş yayılıb. ) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS ( Bu sistem hal - hazırda ABŞ - da işlədilir. )PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir - birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3.
Radio-operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. == Fərqlənmə nişanı == SSRİ-nin fəxri radio-operatoru — nişan == Filmlər == Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … == Kitablar == Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Radio operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. == Fərqlənmə nişanı == SSRİ-nin fəxri radio-operatoru — nişan == Filmlər == Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … == Kitablar == Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Smooth Operator
Smooth Operator – Məşhur ingilis musiqi qrupu olan Sadenin debüt albomu olan Diamond Life albomundan çıxardığı dördüncü və sonuncu sinql. Billboard Hot 100 hit paradında 1985-ci ilin may ayında iki həftə beşinci yerdə qalan mahnı Sadenin ABŞ-da ilk onluğa yüksələn birinci mahnısı olmuşdur. Mahnı ulduz həyat tərzi sürən və səfərləri zamanı onu sevən bir çox kişinin könlünü sındıran qadın haqqındadır. Mahnı Sade qrupundan sonra bir çox məşhur müğənnilər tərəfindən ifa edilmişdir.
Eldar Məmmədov (operator)
Məmmədov Eldar Teymur oğlu — Əməkdar mədəniyyət işçisi (1989). Humay" (1994), "Tərəqqi" medalı (2006). Operator. Bir çox film və teletamaşaların operatorudur. == Həyatı == 1964-cü ildən Azərbaycan Dövlət radio və Televiziya Komitəsində teleoperator, 1969-1983-cü illlər ərzində bütün dövlət əhəmiyyətli translyasiyalarda aparıcı operator işləyib. 50-dən yuxari televiziya filmi və tamaşalarının quruluşçu operatorudu. 1998-ci ildə Hollivud yaradıcı qrupu ilə birlikdə çəkilən prezident Heydər Əliyevə həsr olunmuş. "Ömur, tale və epoxa" filminin operatoru olub. Hal-hazirda AzTV-də operator qrupunun bədii rəhbəridir. Azərbaycan Kinematoqrofçular İttifaqinin üzvüdür.
Etibar Şirinov (operator)
Etibar Şirinov (19 yanvar 1965, Bakı) - operator. == Həyatı == Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır. == Filmoqrafiya == Şeytan göz qabağında (film, 1987) - operator Pəncərə (film, 1991) - operator Qətildən yeddi gün sonra (film, 1991) - operator assistenti Qəzəlxan (film, 1991) - operator Qayalarda qalan səs (film, 1995) - ikinci operator Heydər Əliyev.
Kənan Məmmədov (operator)
Kənan Əzizağa oğlu Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Nar (Mobil Operator)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Fəaliyyət tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar” olaraq təsbit etdi.
Rafiq Quliyev (operator)
Rafiq Səfər oğlu Quliyev (27 fevral 1957, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2005), "Şöhrət" ordeni laureatı (2018). == Həyatı == Rafiq Quliyev 27 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Rejissor M. Kosırevlə çəkdiyi "Gənc Mixailin görüntüsü" adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. 1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999–2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib. 2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001–2004-cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib. 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-Televiziya Sənətləri" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir.
Rafiq Əliyev (operator)
Rafiq Cəfər oğlu Əliyev — Azərbaycan kinooperatoru, prodüser. == Həyatı == Rafiq Əliyev 1953-cü ildə Bakıda anadan olub. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib. 1980-1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb. Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır. Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur. == Filmoqrafiya == Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) - operator assistenti Yolda adamlar (film, 1986) (sənədli film) - operator Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) - quruluşçu operator Monoloq (film, 1987) (sənədli film) - operator Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (sənədli film) - operator "Neftçi"-87 (film, 1987) (sənədli film) - operator Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) (sənədli film) - operator Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) - quruluşçu operator Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) - quruluşçu operator İmam Mustafayev.
Şərif Şərifov (operator)
Şərif İsmayıl oğlu Şərifov (12 oktyabr 1938, Bakı – 26 sentyabr 2007) — Azərbaycan operatoru. == Həyatı == Şərif Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun hələ uşaqlıq illərindən foto sənətinə böyük marağı var idi. 1964–1970-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil almışdır. Orada oxuduğu müddət ərzində tanış olduğu məşhur kinooperatorlar onun kamil bir sənətçi kimi püxtələşməsinə, gələcək həyat yolunu müəyyənləşdirməsinə güclü təsir etmişlər.Şərif Şərifov həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Məhinbanu xanım, qızı Nəcibə və nəvəsi Rəsul ilə birlikdə özünü xoşbəxt hesab edirdi. Lakin vaxtsız əcəl onun arzularını yarımçıq qoydu. Şərif İsmayıl oğlu Şərifov 2007-ci il sentyabrın 26-da gözlərini əbədi olaraq yumdu. == Fəaliyyəti == Şərif Şərifov ömrünün 42 ilini Azərbaycan kinosunun inkişafına həsr etmişdir. O, Əlisəttar Atakişiyev, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov, Rasim İsmayılov, Teymur Bəkirzadə və başqa rejissorlarla birlikdə çalışmış, yaradıcılığı Azərbaycan kinosunda canlı salnaməyə çevrilmişdir.1958-ci ildən başlayaraq "Azərbaycanfilm" kinostudiyasında operator assistenti, operator, 1973-cü ildən isə quruluşçu operator kimi işləmişdir.
Əsgər İsmayılov (operator)
Əsgər Cəfər oğlu İsmayılov (1 aprel 1905, Tiflis – 13 noyabr 1983) — Azərbaycan kinooperatoru, ssenaristi, əməkdar incəsənət xadimi. == Həyatı == Əsgər İsmayılov 1 aprel 1905-ci ildə Tiflisdə anadan olub. ÜDKİ-də təhsil alıb. Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib. == Filmoqrafiya == Almaz (film, 1936) Arazın sahillərində (film, 1953) Axırıncı namaz (film, 1963) Bakıdan Göy-gölədək (film, 1947) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Direktiv bant (film, 1932) Əyri yolla qazanc (film, 1960) Xəzər neftçiləri (film, 1951) "Kazbek" qutusu (film, 1958) Kəndlilər (film, 1939) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Zəfər bayramı (film, 1945) Qəribə əhvalat (film, 1960) Sabahın xeyir, Bakı! (film, 1964) Sabir (film, 1962) Sevil (film, 1929) Səbuhi (film, 1941) Səhər (film, 1960) Sən bunu bilməlisən (film, 1961) Sovqat (film, 1942) == İstinadlar == == Mənbə == Əsgər İsmayilov M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.
İnternet xidməti operatoru
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə etmək, onu idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. == Tarixi == İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
Ailə TV kabel televiziyası operatoru
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Azərbaycan kino operatorlarının siyahısı
== A ==
Moderator
Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var: • başqalarının məlumatlarını uzaqlaşdırmaq; • başqalarının məlumatlarını redaktə etmək; • istifadəçilərin səhifələrini uzaqlaşdırmaq; • istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq. Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Operativ
Operativ tibdə operasiya yolu ilə, operasiya vasitəsi ilə; əməli, canlı, cəld. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İmperator
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. == Ədəbiyyat == Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.
Artabasd (imperator)
Artabasd (yun. Ἀρτάβασδος) (bilinmir – bilinmir) — Bizans imperatoru. == Həyatı == Ailəsi və doğum tarixiylə bağlı məlumat yoxdur. Erməni əsilli bir əsgər olaraq orduya daxil olmuşdur. 713-cü ildə II Anastasi tərəfindən Anadolu birliklərindən birinə təyin edilmişdir. Bu ərəfədə özü kimi ordu generalı olan Leonun qızıyla evlənərək onun imperator III Feodosiyə qarşı üsyanında iştirak etmişdir. Qaynatasının imperatoru devirərək taxta çıxmasının ardından sarayda nüfuz sahibi oldu. Ancaq qaynatası III Leonun ölümündən sonra (18 iyun 741) taxta çıxan qaynı V Konstantin həm yaşca, həm də təcrübə etibarilə ondan kiçik idi. Üstəlik atası kimi ikonomaxiya cərəyanını dəstəkləyən V Konstantin paytaxt əhalisi və kilsə tərəfindən sevilmirdi. Bundan istifadə edən Artabasd imperatorun ərəblər üzərinə çıxdığı səfər əsnasında əmrindəki birliklərlə arxadan hücum edərək onu məğlub etdi.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Imperator sovkası
İmperator sovkası — (lat. Schinia imperialis) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir. == Qısa təsviri == Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir. == Arealı və sayı == Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür.Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. == İstinadlar == == Xarici keçidlər == "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Leonti (imperator)
Leonti (yun. Λεόντιος) (660 – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Əslən erməni olduğu iddia olunan Leonti təxminən 660-cı ildə indiki Konya yaxınlığında dünyaya gəldi. Gənc yaşlarında Bizans ordusuna alındı və sürətlə hərbi karyerasını qurdu. İmperator IV Konstantin dönəmində Anadoludakı hərbi birliklərdən birinə rəhbər təyin edildi. 686-cı ildə imperator II Yustinianın əmriylə Əməvi orduları üzərinə şərqi Anadoluya göndərildi. Qəddar və zülmkarlığı ilə şərqi Anadolu və Gürcü çarlığını ələ keçirən Leonti Qafqaz Albaniyasını da tabeliyi altına aldı. Ancaq Leontinin ikinci səfəri ordudakı slavyanların xəyanəti səbəbilə uğursuz oldu. 692-ci ildə Tokat yaxınlığında baş tutan döyüşdə məğlub olan Leonti Konstantinopola çağırıldı və dərhal həbs edildi. 2 illik həbs həyatının ardından 695-ci ildə bağışlanaraq azad edildi və II Yustinian tərəfindən Anadoludakı hərbi birliklərdən birinə təyin edildi.
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. == Ozenberq siyahısı == Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. == Overcast kampaniyası == Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Stavrak (imperator)
Stavrak (yun. Σταυράκιος)(775 – 11 yanvar 812, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Bizans imperatoru I Nikeforun yeganə oğludur. Anasının adı bilinmir. 803-cü ildə atası tərəfindən ortaq imperator elan edildi. 20 dekabr 807-ci ildə vaxtilə atasının taxtdan endirdiyi İmperatriça İrinanın qohumu Afinalı Teofanoyla evləndirilmişdir. Atasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə atası həlak oldu. Özü isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi.