Əmin ər-Reyhani
Əmin ər-Reyhani (24 noyabr 1876[…], Osmanlı Suriyası – 13 sentyabr 1940[…]) — Livan yazıçısı.
== Həyatı ==
Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivi-lizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa çalışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi "Mən Şərqəm" şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: "Əmin ər-Rey-haninin "Mən Şərqəm" şeirində Şərqin keçmiş əzəməti barədə düşün-cələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır".Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv-rünün böyük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bütün yaradıcılığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruhlu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, müasir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün "Qələmlər birliyi" adlanan yeni ədəbi təşkilat yaradırlar.
A. İmanquliyeva yazır: ""Qələmlər birliyinin" üzvləri ərəb ədəbi-yyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də po-eziyanın inkişafında bir addım irəliyə doğru hərəkət idi. Bu janrın müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi".Aida xanımın tədqiqatları göstərir ki, ərəb romantikləri arasında Cübranın yaradıcılığı daha universal və ümumbəşəri səciyyə daşıdığı halda, ər-Reyhanidə realizmə doğru ciddi addımlar atılmış, Nüaymə isə realizm metodunu tam mənimsəyərək, sanki romantizmlə realizmin kə-sişmə zolağında yazıb-yaratmışdır.