Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəsx xətti
Nəsx xətti—Ərəb xətt növü. == Tarixi == Nəsx xətti (lüğəvi mənası "üzünü köçürmək", "ləğv etmək", "şəklini dəyişmək"dir) – XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra İbn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə nəsx özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur. Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən – yaquti nəsx və İrani nəsxdən istifadə olunur. Yaquti nəsx hicri tarixlə 698-ci ildə ildə vəfat etmiş ustad Yaqut Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir. İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.
Nəsx və mənsux
Nəsx və mənsux — Quran ayələrinin və ya hədislərin bəzi müddəalarının başqa ayə və ya hədislərin hökmlərinin xeyrinə ləğv edilməsi. Nəsx (ərəb. نسخ‎) — "ləğv etmə", "aradan qaldırma", "dəyişiklik" mənalarına gəlir; İslamda ilahi vəhyin ləğvi, dəyişdirilməsi və ya redaktəsidir. Mənsux ləğv edilmiş müddəanın adıdır. == Tarixi == Müsəlman doktrinasına görə, 23 il ərzində Məhəmməd peyğəmbərə ilahi vəhylər göndərilib. Və bu vəhylər təkcə Müqəddəs Yazılara daxil olan ayələrlə məhdudlaşmır. Vəhylərin üç kateqoriyaya aid olduğu güman edilir: Qısamüddətli, anlıq dəyəri olan vəhylər. Onlar hər hansısa konkret həyat vəziyyətləri üçün göndərilib və ümumi xarakter daşımayıb. Qalıcı, daha davamlı məna daşıyan vəhylər. Bunlar Məhəmməd peyğəmbər tərəfindən ictimai yerlərdə və ya konkret insanlarla söhbətləri zamanı ifadə edilmiş, xatırlanmış və qeydə alınmışdır.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. == Povest == Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Nəsr Surəsi
110-cu surə
Əl Nəsr
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
Nəsr surəsi
110-cu surə
I Nəsr (Samani)
I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar. == Həyatı == I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi. == I Nəsr və Rudəki == Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…" Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi.
Seyid Hüseyn Nəsr
Seyid Hüseyn Nəsr (fars. سید حسین نصر‎; 7 aprel 1933, Tehran) — İran filosofu, Corc Vaşinqton Universitetinin İslam araşdırmaları və tədqiqatları institutunun direktoru. == Həyatı == Seyid Hüseyn Nəsr 1933-cü ildə İranın Tehran şəhərində dünyaya gəlmişdir. Əsli Kaşan şəhərindəndir. Onun ana babası Şeyx Fəzlullah Nuridir. Seyid Hüseyn Nəsr o zamankı mədrəsə dərslərinin kənarında Fransız dilinidə mükəmməl öyrənmişdir. == Yaradıcılığı == Cavanlıq Yaşlarında Amerikaya təhsil üçün getmişdir. Massaçusets Texnologiya İnstitutunda Fizika ixtisasında bakalavr almışdır. Harvard Universitetində Fəlsəfə və elm tarixi ixtisasında Magistr və Doktorantura medafiə etmişdir. Sonradan İrana qayıtmış və Tehran Universitretinin müəllimi və Ədəbiyyat institutunun müdiri olmuşdur.
Şəmsmülk Nəsr xan
Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1068. ildə atası İbrahim Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. == Həyatı == Şəmsmülkün Türkistan səfəri zamanında Alp Arslanın oğlu Ayaz xan Buxara və Səmərqəndu talan etdi. Bu hadisələrdən xəbər tutan Şəmsmülk geri qayıdır və Ayazın ordusuna qalib gəlir, çoxlu əsir alır. Arvadı Ayşə Bibi xatunu ayağındakı ayaqqabı ilə vura vura öldürür və deyir: "Sən mənim arvadım deyilmişsən, mənim sarayımda mənə qarşı olan bir casusmuşsan’’. Qızının öldürüldüyünü eşidən Alp Arslan 465. il Məhərrəm ayının (1072 Sentyabr) sonlarında iki yüz minlik ordu ilə Mavəraünnəhr səfərinə çıxdı. Şəmsmülk arvadının öz əcəli öldüyünü bu danışılanların yalan olduğunu Alp Arslan bildirdi. == Mədəniyyət == Şəmsmülk Nəsr xan hakimiyyəti ilərində Ömər Xəyyam Səmərqendə gəlmişdir.
Əbu Nəsr Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-iran (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində fars qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
Sabit ibn Nəsr
Sabit ibn Nəsr ibn Malik Xuzai (ərəb. ثابت بن نصر الخزاعي‎) (VIII əsr – 810-cu illər) — Abbasi sərkərdəsi və 808–813-cü illərdə Bizans imperiyası ilə Kilikiya sərhəd zonasının (suğur Şamiyyə) valisi. Sabit xorasanəsilli idi. O, ilk Abbasi ardıcılı və hərbi sərkərdəsi Məlik ibn Heysəm Xuzainin nəvəsi idi. Sabit Harun Rəşidin hakimiyyətinin son ilində (808/9) Suriya suğurunun (əsasən Kilikiyanı əhatə edir, paytaxtı Tarsusdur) valisi təyin edilmişdir. O, 808-ci ildə Padiandda bizanslılarla əsir mübadiləsi təşkil etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Cobb, Paul M. White Banners: Contention in 'Abbāsid Syria, 750–880. SUNY Press. 2001. ISBN 0-7914-4880-0.
Əl-Nəsr FK
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
Ness
Ness (yun. Νέσσος) Yunan mifologiyasında öz qanı ilə Heraklı zəhərləmiş olan kentavr, İksion və Nefelanın oğludur.. Heraklla döyüşdən Yeven çayına qaçmış, lakin Herakl onu Yeven çayında Deyaniranı zorlamaq istədiyi üçün öldürmüşdür. Ölərkən Deyaniraya onun qanının və torumunun yığıb qarışdırarsa, bunun müqabilində Heraklın ona olan məhəbbəti təmin edilmiş olacağını deyir. . Diğər bir mənbədə onun Lokra qaçaraq və orada ölməsi bildirilir. Nessin və digər kentavrların qəbiri Xalkidadakı Tafiass təpəsindədir.
Nəşr
Nəşr – 1)çap edib yayma; 2)dini etiqada görə, qiyamət günü bütün ölülərin dirilməsi; 3)poliqrafik cəhətdən müstəqil tərtibatı olan, redaksiya–nəşriyyat işləməsindən keçən, müəyyən buraxılmış məlumatları olan və müəyyən informasiyaların yayılmasını təmin edən çap əsəri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
III Nəsr xan Qaraxani
Nəsr bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1129. ildə atası II Məhəmməd xan Qaraxaninin iflic olmasından sonra hakimiyyətə gəlmişdir.
Nəsr bin Əli xan
Nəsr bin Əli xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 993. ildə əmisi Harun Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövləti Abbasi xəlifəsi tərəfindən İslam dövləti kimi tanındı.
Nəsə baş verir (film, 1998)
Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır.
İbrahim ibn Nəsr Tabqac xan
Elektron nəşr
Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.). Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar, elektron məqalələr və göstəricilər, yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Lox Ness
Lox Ness (ing. Loch Ness, şot.kelt Loch Nis) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir. == Ümumi xarakteriska == Göl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədərdə yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir. Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir.
Ness gölü
Lox Ness (ing. Loch Ness, şot.kelt Loch Nis) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir. == Ümumi xarakteriska == Göl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədərdə yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir. Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir.
Nəşə Təbrizi
Nəşə Təbrizi (XVII əsr, Təbriz, Cənubi Azərbaycan, Səfəvilər – 1775, Təbriz, Təbriz xanlığı) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub. == Haqqında == Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub. Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib. == Yaradıcılığı == Nəşə Təbrizi Nadir şahın saray şairi olub. Azərbaycan və fars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub. Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir.
Nəşə Qaraböcək
Nəşə Karaböcək (1 aprel 1947, İstanbul) — türk müğənni və aktrisa. Əsl adı Neşecan Göktürkdür. Hələ beş yaşında olarkən "Karaböcek" tamaşasında oynayıb və İsmət İnönü tərəfindən ona "Karaböcek" soyadı verilib. Sənətçi atasının dəmiryollarında çalışdığı vəzifəsinə görə İstanbulda doğulub. O, iki yaş yarımda olanda atasının təyinatı ilə bağlı ailəsi ilə birgə Ankaraya köçüb. 1968–1980-ci illərdə 12 il ərzində müxtəlif səsyazma şirkətlərindən 16 qızıl platin, 1 platin rekord, 1 qızıl bülbül və 2 qızıl kaset mükafatı alıb. 1981-ci ildə "Altın Plak" musiqi şirkətini quran sənətçi "Arabeskin anası" kimi tanınır.
Lesboslu Lesx
Lesboslu Lesx (q.yun. Λέσχης; e. ə. VII əsr – güm. e. ə. VII əsr) — "Kiçik İliada" tsiklik poeması ilə tanınan qədim yunan şairi. == Həyatı == Lesboslu Lesxın həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Pavsaniyə görə, o, "Esxilin oğlu Pirrli Lesx", "Prokl xrestomatiyası"nda "Mitilinli Lesx" kimi xatırlanır. Filoloq Faninin yazılarına görə, Lesx şeir yarışmasında Miletli Arktini məğlub etmişdi.
Toplan, nəsə baş verir (film, 2021)
Toplan, nəsə baş (hindcə: Koochie Koochie Hota Hai) — Tarh Mansukraninin rejissoru olduğu 2021-ci ildə kinoteatrlara veriləcəyi gözlənilən Hindistan cizgi filmi. Film 1998-ci ildə çəkilən Nəsə baş verir filminin cizgi filmi versiyasıdır. Səsləndirilmə olmayıb. Film necə var idisə, elə də qalıb. Bu da cizgi film sahəsində bir ilkdir. Lakin, filmin bəzi yerləri yararsız hala düşdüyündən yeni aktyorlar, aktrisalar səsləndiriblər. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır.
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Con Neş
Con Neş (ing. John Forbes Nash; 13 iyun 1928[…], Blufayld[d], Qərbi Virciniya – 23 may 2015[…], Monroe qəsəbəsi[d], Nyu-Cersi) — amerikalı riyaziyyatçı və iqtisadçı. Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard Zelten və Con Xarsani ilə bölüşmüşdür. Eyni zamanda diferensial həndəsə və qismi diferensial tənliklər sahələrindəki tədqiqatları ilə də tanınır. Nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi nəzəriyyələrdə istifadə olunur. == Həyatı == Con Neş bakalavr və magistr təhsilini Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) tamamladıqdan sonra doktorluq dərəcəsinə yüksəlmək üçün Prinston Universitetinə getdi. 21 yaşında hazırladığı doktorluq dissertasiyası olan Oyunlar nəzəriyyəsi uzun illər sonra, 1994-cü ildə ona İqtisadiyyat üzrə Nobel mükafatını qazandırmışdı. Con Neş Con fon Neymanın kəşfi olan Oyunlar nəzəriyyəsindəki problemləri həll edib, onu istifadəyə yararlı hala gətirdi. Con Neş 30 yaşına qədər parlaq düşüncələri və gözə gəlimli şəxsiyyətinə görə sürətlə yüksələrək riyaziyyat toplumunun qabaqcıl şəxslərindən biri oldu. Massaçusets Texnologiya İnstitutunda professor olaraq işləməyə başlayarkən Alisa Lerdi ilə tanış oldu.
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. == Haqqında == Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
Neş tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. == Tarixi == Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Lox Ness gölü
Lox Ness (ing. Loch Ness, şot.kelt Loch Nis) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir. == Ümumi xarakteriska == Göl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədərdə yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir. Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir.
Ness gölü bədheybəti
Ness Gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi (ing. Nessie) — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. Uzun adı Loch Ness Monster (Ness Gölü bədheybəti) sayılır. İlk dəfə 1933-cü ildə dünyada xəbər olsa da ,tarixi 6-cı əsrə gedib çıxır. Onun mövcudluğunu iddia edənlər onu Plesiosauria cinsinə aid edirlər .Ancaq elm adamları Nessienin həqiqətən var olduğuna inanmır. == Tarixdə == === Müqəddəs Kolumba(6-cı əsr) === 7-ci əsrdə Adomnan tərəfindən yazılmış "Müqəddəs Kolumbanın həyatı" əsərində bildirilir ki ,Ness çayında bir adam "su yırtıcısı" tərəfindən öldürülür . === 1933-cü ildə Nessieni görənlər === 22 iyul 1933-cü ildə George Spicer və onun arvadı yoldan keçən böyük bədənə sahib olan bir varlıq görürlər . 1933-cü ilin avqustunda gecə vaxtı Arthur Grant suiti və plesiosaurın hibridi olan və uzun boynu olan heyvan görür və o, iddia edir ki,Nessie də Arthuru gördükdən sonra gölə qayıdır . == Şəkillər və videolar == === "Cərrahın şəkli" (1934) === 1934-cu ilə aid olan bu şəkildə Nessienin başı ve boynu görwnwr.
Nəcd və Həsa əmirliyi
Nəcd və Həsa əmirliyi — 1913-cü ildən 1921-ci ilə qədər Üçüncü Səudiyyə Dövlətinin ikinci interasiyası idi. Bu, Səud sülaləsinin rəhbərlik etdiyi monarxiya idi.
Kəsr
Kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, "kəsr" sözü "sınıq xətt" sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan "sınıq" termini Əl-Xarəzminin "Hesab" kitabından götürülmüşdür. Bu termin "kəsr" sözü əvəzində işlədilirdi və "qırmaq", "sındırmaq", "parçalamaq" və s. mənaları verən ərəbcə "kəsərə" sözündən alınmışdır. Azərbaycan dilində isə "kəsr" sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur. == Adi kəsrlər == a və b natural ədədlər olarsa, a b {\displaystyle {\frac {a}{b}}} şəklində olan ifadəyə adi kəsr deyilir. a b {\displaystyle {\frac {a}{b}}} =a÷b a<b olduqda a b {\displaystyle {\frac {a}{b}}} kəsrinə düzgün kəsr deyilir.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nüsxə
Nüsxə — çox sayda predmetin biri. Siqnal nüsxəsi — nəşriyyatın çap etməyə hazırlaşdığı məhsulun təsdiq üçün hazırlanan birinci ədədi.
Nıso
Nıso — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 90 nəfərdir. == Toponimiyası == Keçmişdə kəndi Milə də adlandırmışlar. Oykonim Nıso variantında da qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi talış dilindəki nıso (gündüşməz, quzey) sözündən hesab edirlər.
Nəfi
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.