is. 1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara.
Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən.
□ Rişxənd etmək (eləmək) – ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü).
[Ələsgər:] Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev.
Rişxəndə qoymaq – bax
rişxənd etmək (eləmək).
Hər pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar.
Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu… Ə.Əbülhəsən.
Rişxəndə salmaq – rişxənd üçün hədəf etmək.
2. “ilə” qoşması ilə – ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək.
– [İmran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov.
[Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı.