RİŞXƏND

is.
1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara.
Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən.

□ Rişxənd etmək (eləmək) – ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü).
[Ələsgər:] Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev.

Rişxəndə qoymaq – bax rişxənd etmək (eləmək).
Hər pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar.
Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu… Ə.Əbülhəsən.

Rişxəndə salmaq – rişxənd üçün hədəf etmək.
2. “ilə” qoşması ilə – ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək.
[İmran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov.
[Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı.

Синонимы

  • RİŞXƏND rişxənd bax masqara, istehza
  • RİŞXƏND istehza — masqara

Этимология

  • RİŞXƏND Riş farsca “saqqal” deməkdir, xənd isə “gülmək” anlamını əks etdirir. “Saq­qala gülən (lağa qoyan)” deməkdir
RİŞƏSİZ
RİŞXƏNDCİL

Значение слова в других словарях

го кастрю́ля ма́ло-маля́ ну во́т подко́пный раке́та-носи́тель уша́стый авто́бус вку́сный кря́ква перегоро́дочка сельзя overtaxation senatorial courtesy somniferous spumone try back two-handed undivided налиться совокупляться сука трудоустройство чекистка чековый