Hamilton Aleksandr Rosskin Gibb
Ser Hamilton Aleksandr Rosskin Gibb (ing. Sir Hamilton Alexander Rosskeen Gibb) və H. A. R. Gibb (2 yanvar 1895[…], İsgəndəriyyə – 22 oktyabr 1971[…], Şipston-on-Stor[d], Vorvikşir qraflığı) — Böyük Britaniya tarixçisi, professoru, ərəbşünası və islamşünası.
== Həyatı ==
Hamilton Aleksandr Rosskin Gibb 2 yanvar 1895-ci il tarixində Misirin İsgəndəriyyə şəhərində, Aleksandr Krauford Gibbin və Ceyn Enn Qardnerin oğlu olaraq anadan olmuşdur. Onun atası 1897-ci ildə vəfat etmişdir. Gibb beş yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçür və orada təhsil almağa başlayır. O, 1904-cü ildə Edinburq şəhərindəki Kral Orta Məktəbinə daxil olur. Onun təhsili antik dövrə ixtisaslaşmışdı, ancaq Gibb fransız və alman dillərini, o cümlədən fiziki elmlər də öyrənmişdir. Gibb 1912-ci ildə Edinburq Universitetinə daxil olur, orada sami dillərini öyrənir.
=== Hərbi xidməti ===
Gibb Birinci Dünya müharibəsi başlayanda Edinburq Universitetindəki təhsilini təxirə salmış, 1917-ci ilin fevral ayından Fransada Böyük Britaniya Kral Artilleriyası, bir neçə ay isə İtaliyada səlahiyyətli zabit kimi xidmət göstərmişdir.
=== Şəxsi həyatı ===
Gibb 1922-ci ildə Helen Cessi Stark ilə evlənir.