Ross

das; -es, -e at; auf dem hohen ~ sitzen lovğalanmaq
Rosine
Rossapfel
OBASTAN VİKİ
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Ronald Ross
Ronald Ross (13 may 1857[…], Almora[d], Britaniya Hindistanı – 16 sentyabr 1932[…], London) — Fiziologiya və ya tibb sahəsində 1902-ci ildə Nobel mükafatı laureatı Ronald Ross 1857-ci ildə Hindistanda zabit ailəsində doğulmuşdur. 8 yaşında ikən təhsil almaq üçün İngiltərəyə yola düşən Ross atasının təkidilə Tibb Kollecinə daxil olmuş və 1881-ci ildə "Hindistan Tibb Xidməti" adlı təşkilatda çalışmağa başlamışdır. Burada işlədiyi ilk dövrlərdə ədəbiyyatla da məşğul olmuş, hekayə və romanlar yazmışdır. Bununla yanaşı, malyariya xəstəliyinin törədiciləri barədə tədqiqatlar aparmışdır. Bu məqsədlə İngiltərədə bakteriologiya kurslarına daxil olan Ross, daha sonra Hindistana qayıdaraq tədqiqatlarını davam etdirmişdir. 1880-ci ildə Şarl Levran malyariya törədicisinin plazmodiya adlı birhüceyrəli parazit olduğunu aşkara çıxarmışdı. Müasir elmi məlumatlara əsasən, plazmodiyalar insanın eritrositlərinə (qırmızı qan hüceyrələri) toplanır və orada cinsiyyətsiz çoxalır. Daha sonra isə bu plazmodiyalar çoxalaraq aypara şəkilli forma alırlar. Yoluxdurucular xəstələnmiş şəxslərdən ağcaqanadlar vasitəsilə sağlam insanlara keçir. Plazmoidlərin cinsi inkişafı ağcaqanadlarda həyata keçdiyindən, insan onlar üçün aralıq sahib hesab edilir.
Ross 154
Ross 154 (lat. Ross 154) — Oxatan bürcündə yerləşən tək ulduz. Günəşdən 9.69 işıq ili məsafədə yerləşir, yəni bizə ən yaxın olan ulduzlardan biridir. Ross 154, M3.5 V spektral təsnifatının sönük və nisbətən soyuq ulduzudur (qırmızı cırtdan). Əsas ardıcıllıq adlı ulduz zolağına aiddir. Onun parlaqlığı 0,0038 günəş parlaqlığına bərabərdir, kütləsi günəş kütləsinin 17%-ini təşkil edir, diametri günəşin diametrinin 24%-ı edir, səth istiliyi 3105 K bərabərdir. Ulduzun yaşı bir milyard ildən az qiymətləndirilir. Ross 154, UV balina tipli alışan ulduzdur. Chandra kosmik teleskopundan edilən müşahidələr göstərdi ki, Ross 154-ün rentgen diapazonundakı şüa intensivliyi günəşə bərabər və ya daha da çoxdur. Dəyişən ulduzların kataloğunda əlavə olaraq V1216 Oxatan kimi də göstərilir.
Ross Uilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross Vilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Kübler-Ross modeli
Kübler-Ross modeli və ya qəmin beş mərhələsi, ölməktə olan insanların davranış ve düşünmə mərhələləri. İnkar – ilk reaksiya inkar olur. Bu mərhələdə fiziki diaqnoz səhv hesab oluna bilər, və saxtalıq reallığa üstünlük verilir. Qəhər – Şəxs inkarın davam etməsinin mümkün olmasının aşkar etməsi. Dövrəyə girməyən sorğuların dövrəyə girməsi ile başlayır, üst üstə gələn sorğular nəticəsində hirsli emosiyalar vücudu ələ keçirir. Bazarlıq – Üçüncü mərhələ şəxsin qəmin səbəb qarşısını almaq üçün ümid yaradır. Depressiya – "Mən qəmginəm, nəiləsə niyə məşqul olum?"; "Mən tezliklə öləcəm, nə xəyri?" Dördüncü mərhələdə şəxs ölümün tanınması ümidi ilə üzləşir. Həyatdan soyuqlaşma, heç bir şey etmək istəməmə, qeydsizlik halı kimi ifadələr qeyd olunur. Qəbul – "Hər şey yaxşı olacaq". Durumun başa düşülməsi ve həyatın normal axarına dönməsi durumu gerçəkləşir.
Ross 128 b
Ross 128 b – 15 noyabr 2017-ci ildə kəşf edilmiş Yerə bənzər planet. Günəş sistemidən 11 işıq ili məsafəsində yerləşir. Ross 128 ulduzunun ətrafında fırlanan planetin iqlimi mülayimdir. Aşağı kütləli planetin dövr müddəti təqribən 10 günə bərabərdir. Planet Proksima b-dən sonra bu mülayim iqlimi ilə bizə yaxın ikinci Yerə bənzər planetdir. Planetdə həyatın ola bilməsi mümkündür. Bu, qeyri-aktiv qırmızı cırtdan planet ulduzun ətrafında fırlanan Yerə ən yaxın planetdir. Bu isə planetdə həyatın aşkar edilməsi ehtimallarını daha da artırır. Ross 128 b planetini Çilidə ESO HARPS (High Accuracy Radial velocity Planet Searcher) qəbuledicisi ilə işləyən astronomlar kəşf edib. Planetin səthində dərəcə təqribən -60 və 20 °C arasında olmalıdır.
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
Bob Ross
Bob Norman Ross (d. 29 oktyabr 1942, Daytona Sahili, Florida, ABŞ - ö. 4 iyul 1995, Orlando, Florida, ABŞ) — ABŞ rəssam və televiziyaçısı. == Həyat == Bob Ross, yarım saat ərzində təbiət rəsmlərinin yaradıldığı uzun illər davam edən "Şəkil Sevinci" proqramıyla tanınmışdır. Orijinal adı "The Joy of Painting" olan proqram çox populyar olmuşdur. Rəssam tutulduğu limfa bezi xərçəngi səbəbiylə 1995-ci ildə həyatını itirmişdir. Hazırladığı televiziya proqramları hələ də bir çox ölkənin TV kanallarında yayımlanmaqdadır.
Ceyms Ross
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[…] – 3 aprel 1862[…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü. Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur. Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur.
Ross adası
Ross adası — Ross dənizi sularında yerləşən, cənub qütbünə ən yaxın adalardan birdir. Ada Viktoriya Torpağına yaxın yerləşir 77°40′ c. e. 168°00′ ş. u.. Adanın sahəsi 2460 km² təşkil edir. Ada bütünlüklə qar və buzla örtülüdür. Ən hündür nöqtələri Erebus (3794 m) və Terror (3230 m) dağlarıdır. Ümumilikdə Erebus ən cənubda yerləşən aktiv vulkandır. Məşhur Antraktika araşdırmaçısı Ceys Ross 1841-ci ildə Erebus vulkanını və Terror dağını kəşf edir.
Ross dənizi
Ross dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Viktoriya Torpağı və Meri Berd adlı ərazilər sahilində, Ader və Kolbek burunlara arasında yerləşir. 0-cı meredian, birinci saat qurşağı onun ərazisindən keçir. Sahəsi 439,000 km², ən dərin yeri 2972 m təşkil edir. Sahilləri sıldırımdır. Dənizin sahilində Ross buzlağı vardır ki, həmin buzlaqla onun sahəsi 960,000 km² təşkil edir. Dənizin acıq hissəsində il boyu hərəkət edən buzlarla örtülü olur. Burada çoxlu Aysberqlər vardır ki , onların uzunluğu 10 bəzən 100 kilometrlərlə uzanır. Yayda dənizdə buzlar arasında boğazlar əmələ gəlir. Bunun sayəsində gəmilər sərbəst üzməsi mümkün olur. Suyun səthində temperatur -1 °C, yayda isə bəzən 2 °C qədər yüksəlir.
Ross suitisi
Ross suitisi (lat. Ommatophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Ross ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Stiven Ross
Stiven Alan Ross (ing. Stephen Alan Ross; 3 fevral 1944, Boston – 3 mart 2017) — amerikalı iqtisadçı, MIT Sloan İdarəetmə Məktəbinin Franco Modigliani şöbəsinin maliyyə iqtisadiyyatı professoru, Koks-Ross-Rubinşteyn modelinin və Koks-İnqersoll-Ross modelinin həmmüəllifi. Stiven Ross Rusiyadan gələn yəhudi mühacir ailəsindəndir: ata tərəfdən babası 1897-ci ildə Kurlanddan, nənəsi 1885-ci ildə, ana tərəfdən əcdadları 1905-ci ildə ABŞ-yə mühacirət edib. Atası Artur İsidore Ross (1905-1992) mühəndis, anası isə Yunanlı Bessie (1910-2002) evdar qadın idi. 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunu fizika üzrə bakalavr dərəcəsi ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Harvard Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1975-1977-ci illərdə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində iqtisadiyyat və maliyyə professoru olub. 1977-1979-cu illərdə Yel Universitetində təşkilat, idarəetmə və iqtisadiyyat professoru, 1979-1983-cü illərdə Edwin J.Beinecke kafedrasında iqtisadiyyat və maliyyə professoru, 1984-1985-ci illərdə kafedranın professoru olub. Adriana E. İsrail kafedrasında beynəlxalq ticarət və maliyyə, 1985-1998-ci illərdə Yale Universitetində İqtisadiyyat və Maliyyə Sterlinq Professoru. 1997-1998-ci illərdə o, MIT Sloan İdarəetmə Məktəbində Fisher Black tərəfindən qonaq olan Maliyyə Professoru, 1998-ci ildən isə MIT Sloan İdarəetmə Məktəbində Franko Modilliani Maliyyə İqtisadiyyatı professoru olub.
Şaun Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ modeli, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Bell & Ross
Bell & Ross — İsveçrəli dizaynerlərin, Bruno Belamişin rəhbərlik etdiyi fransız saat markası. Bell & Ross 1992-ci ildə yaradılıb. Onun əsasını çoxdankı dostlar — dizayner Bruno Belamiş və iş adamı Karlos Rosillo qoyub. Təsisçilərin adlarının ilk hecaları yeni brendin adı üçün əsas olub. Onların yaratdığı saat modeli öz spesifikliyinə görə dərhal NATO və şirkətin gələcək taleyini təyin edən xüsusi xidmət orqanlarını maraqlandırdı. Brendin Əhəmiyyətinin artmasına səbəb olan hadisə 1997-ci ildə şirkətdə böyük bir pay alan və onun kütləvi bazara çıxmasına imkan verən Chanel ilə bağlanmış müqavilə idi. « La montre présidentielle à l'heure de vérité », in Hallier, tout feu tout flamme, İjon-Piser Sullyet, 2023, p.83.
Şon Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ modeli, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Ross Baqdasaryan
Ross Baqdasaryan və ya səhnə adı ilə Devid Seville (27 yanvar 1919, Fresno, Kaliforniya – 16 yanvar 1972, Beverli-Hillz, Kaliforniya) — erməni əsilli amerikalı müğənni, bəstəkar, səsyazma prodüseri və aktyor, "Elvin və Burunduqlar" cizgi film qrupunu yaratması ilə tanınır. Əvvəlcə səhnə və kino aktyoru olan Ross, 1958-ci ildə, hər ikisi Billboard-da bir nömrəli sinql olan "Witch Doctor" və "The Chipmunk Song (Christmas Don't Be Late)" mahnıları ilə məşhurlaşıb. 1961-1962-ci illərdə CBS-də yayımlanan "The Alvin Show"-un prodüseri və rejissoru olub. Baqdasaryan 27 yanvar 1919-cu ildə Kaliforniya ştatının Fresno şəhərində erməni-amerikan ailəsində anadan olub. Atası üzümçü olub. Onun iki böyük qardaşı — Riçard Sirak (1910-1966) və Harri Sisvan (1915-1989) olub. Amerikalı yazıçı Vilyam Saroyan onun qohumu olub. 1937-ci ildə Fresno Liseyini bitirib. O, aktyor olmaq niyyəti ilə qohumu Saroyanla işləmək üçün Nyu-Yorka gedib.. İkinci Dünya müharibəsi başlayanda hərbi xidmətə gedib və dörd il idarəetmə qülləsinin operatoru kimi xidmət edib.
Ross Hagen
Ross Hagen (21 may 1938 – 7 may 2011, Brentvud (Los-Anceles), Kaliforniya) — Amerikalı aktyor, rejissor, ssenarist və prodüser. Ross Hagen aşağı büdcəli və istismar filmlərinin hazırlanmasında gördüyü işlərlə tanınıb. == Bioqrafiyası == Ross Hagen Arizona ştatının Uilyams şəhərində anadan olub. Aktyorluq karyerasına 1960-cı illərin ortalarında başlayıb. Onun ilk karyerasına The Virginian, The Big Valley və Here Come the Brides seriallarında qonaq rolları olub. Müxtəlif televiziya şoularında və aşağı büdcəli filmlərdə iştirak edib. Bu filmlərin janr diapazonu çox genişdir — bayker filmləri, vesternlər, kriminal dramlar və s. 1963-cü ildən 2003-cü ildə ölümünə qədər aktrisa olan ikinci həyat yoldaşı Kler Polanla evli olub. Kinorejissor Fred Olen Reyin həyatında xüsusi rol oynayıb. Rey ilə birlikdə Hagen 20-yə yaxın filmin yaradılmasında iştirak edib — onlar üçün ssenarilər yazırdı, kastinq aparırdı, prodüserlik etdi və tez-tez dostunun filmlərində rol aldı.
Ross adası (Şpitsbergen)
Ross (norv. Rossøya) — Şpitsbergen arxipelaqına daxil olan qayalıqdan təşkil olunmuş adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Barens dənizi akvatoriyasına daxildir. Şimal qütbü ilə ada arasında 1024,3 km, Lonqyirbyuen arasında 350 km, Şimal-Şərq Torpağı arasında məsafə isə 50 km-dir. Vesle Tavleoya adasından .imal-qərbdə yereləşir. Adanın ən ucqar şimal nöqtəsi 80° 49′ 44.41″ş.e ərazisində yerləşir və həm Şpitsbergen həmdə Noerveçin ən ucqar nöqtəsidir. Bəzən bu nöqtəni Avropanın ən ucqar nöqtəsi hesab edirlər. Ancaq bu o zaman mümkün ola bilər ki, Frans-İosif Torpağı hesaba alınmasın.
Ross asılı ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Ross şelf buzlağı
Ross şelf buzlağı — Antarktidada yerləşın ən iri şelf buzlağıdır.,əsasən Ross ərazisində, Ross dənizi içərilərinə doğru uzanmış, qərbdən Meri Berd Torpağı, şərqdən isə Viktoriya Torpağı ilə əhatələnən buzlaq sahəsidir. Buzlağın sahəsi 487 000 km² təşkil edir. Şimaldan cənuba 850 km, şərqdən qərbə isə 800 km məsafədə izanır. Buzlaq Ceyms Klark Rossun ekspedisiyası zamanı, 1841-ci ilin yanvarında aşkarlanmışdır. Buzlaq gəmilərin sahilə yan almasına imkan vermədiyindən Viktoriyanın buzlaq səddi olaraq adlandırılır. Daha sonra isə açılış edənin şərəfinə Ross sədd buzlağı olaraq adlandlrılır. Buzlağın cənub-şərqinbdə 800 metr dərinlikdə Villans gölü yerləşir. 1831-ci ildə Ceyms Ross Şimal maqnit qütbünü fəth etdikdən sonra bir necə il ərzində Cənub qütbünə dəniz yolunu aşkarlamağa çalışırdı. 1841-ci ilin yanvarında İngiltərənin Erebus və «Terror» gəmisi xüsusi qorucularla Sakit okeandan ayrılan buzlaq səddini keçərək içərilərə daxil olur. Dörd gün burada üzdükdən sonra 11 yanvar tarixində ekspedisiya böyük buzlaq səddini aşkarlayırlar.
Dante Qabriel Rossetti
Dante Qabriel Rossetti (ing. Dante Gabriel Rossetti, d. 12 may 1828 – ö. 9 aprel 1882) — italyan əsilli ingilis şairi, tərcüməçisi, illustrator və rəssamı. O, Uilyam Holman Hant və Con Everett Mille ilə birgə prerafaelitlər cərəyanının əsasını qoymuş, sonradan cərəyanın əsas fiquru kimi, bu cərəyanın təsiri ilə yaradan Uilyam Morris və Edvard Börn-Cons kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərmişdir. Onun yaradıcılığı həmçinin Avropa simvolistləri və estetiklərinin yaradıcılığına da təsir göstərmişdir. Romantiklik və orta əsr intibahının xüsusiyyətləri Rossetti yaradıcılığına özünəməxsus keyfiyyət qazandırmışdır. Poeziyasının erkən dövründə, Con Kitsdən təsirlənmişdir. Poeziyasının sonrakı dövrü üçün hisslər və düşüncələrin qarşılıqlı əlaqələri xaraketrikdir ki, bunu da şairin "Həyat evi" (ing. The House of Life) sonetində görmək mümkündür.
Emmi Rossum
Emmanuell Qrey Rossum (12 sentyabr 1986, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, rejissor və müğənni. "Utanmaz" serialında canlandırdığı Fiona Qallaher rolu ilə tanınır. O, 2022-ci ildə "Angelyne" serialında çəkilib.
Emmy Rossum
Emmanuell Qrey Rossum (12 sentyabr 1986, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, rejissor və müğənni. "Utanmaz" serialında canlandırdığı Fiona Qallaher rolu ilə tanınır. O, 2022-ci ildə "Angelyne" serialında çəkilib.
Eucalyptus rossii
Eucalyptus rossii (lat. Eucalyptus rossii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Euphorbia rossica
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Guido van Rossum
Qvido van Rossum (Nid.: [ˈɣido vɑn ˈrɔsʏm, -səm]; 31 yanvar 1956, Harlem[d]) — Python proqramlaşdırma dilinin yaradıcısı kimi ən çox tanınan Hollandiyalı bir proqramçıdır və bu müddətə qədər "ömür boyu xeyirxah diktator" (BDFL) idi. vəzifəsindən 2018-ci ilin iyulunda imtina etdi. Hal-hazırda Python Rəhbərlik Şurasının üzvüdür, lakin 2020 Python Rəhbərlik Şurasının namizədliklərindən çəkildi.
Hamilton Aleksandr Rosskin Gibb
Ser Hamilton Aleksandr Rosskin Gibb (ing. Sir Hamilton Alexander Rosskeen Gibb) və H. A. R. Gibb (2 yanvar 1895[…], İsgəndəriyyə – 22 oktyabr 1971[…], Şipston-on-Stor[d], Vorvikşir qraflığı) — Böyük Britaniya tarixçisi, professoru, ərəbşünası və islamşünası. Hamilton Aleksandr Rosskin Gibb 2 yanvar 1895-ci il tarixində Misirin İsgəndəriyyə şəhərində, Aleksandr Krauford Gibbin və Ceyn Enn Qardnerin oğlu olaraq anadan olmuşdur. Onun atası 1897-ci ildə vəfat etmişdir. Gibb beş yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçür və orada təhsil almağa başlayır. O, 1904-cü ildə Edinburq şəhərindəki Kral Orta Məktəbinə daxil olur. Onun təhsili antik dövrə ixtisaslaşmışdı, ancaq Gibb fransız və alman dillərini, o cümlədən fiziki elmlər də öyrənmişdir. Gibb 1912-ci ildə Edinburq Universitetinə daxil olur, orada sami dillərini öyrənir. Gibb Birinci Dünya müharibəsi başlayanda Edinburq Universitetindəki təhsilini təxirə salmış, 1917-ci ilin fevral ayından Fransada Böyük Britaniya Kral Artilleriyası, bir neçə ay isə İtaliyada səlahiyyətli zabit kimi xidmət göstərmişdir. Gibb 1922-ci ildə Helen Cessi Stark ilə evlənir.
Mister Rossi xoşbəxtlik axtarır (film, 1976)
Mr.Rossi xoşbəxtlik axtarır (it. Il signor Rossi cerca la felicità) — 1976-cı il istehsalı italyan bədii filmi. Rejissoru Bruno Bozzettodur. Film Mr.Rossi haqqında ilk bədii filmdir. Karlo Romano — Mr. Rossi QianfranKo Mauri — Herold Grazia Pivetti — Pəri Sikuri Karlo Bonomi — bütün obrazlar Film çıxdıqdan sonra bütün Avropada yayılmışdır. Onun ən böyük uğuru isə filmin 1976-cı ildə Qərbi Almaniya və 1983-cü ildə İspaniyada yayımlanması olmuşdur.
Otello (Rossini)
Otello (it. Otello ossia Il moro di Venezia) — Coakkino Rossininin 3 pərdəli Şekspirin eyniadlə pyesi əsasında Françesko Berio di Salsonun yazdığı librettoya bəstələdiyi opera. Faciə janrda olan bu operanın ilk premyerası 4 dekabr, 1816-cı ildə Romada, "Del Fonda" səhnəsində oyananılmışdır. 1816-cı ilədək 24 yaşlı Rossini 3 opera: Sevilya bərbəri, Qəzet (La gazzetta) və Otellonu yazmış olur. Neapollu impresario Domeniko Barbaya Rossinini Neapola dəvət edərək ona sifariş verir. Bu dövrdə Rossini iki teatra: San Karlo və Del Fondoya rəhbərlik etməli olur. Domeniko Barbaya Rossinini burada bəstəkar markiz Berio di Salsa ilə tanış edir. Şekspir pərəstişkarı olan Berio onun Otello pyesinə libretto yazmağa qərar verir. Əsərin süjet xəttindən tam fərqlənən librettoya o, ikinci "Venesiyalı mavr" adını verir. Müasiri Rossini tərəddüd etmədən işə başlayır.
Paolo Rossi
Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956, Prato, Toskana – 9 dekabr 2020, Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub. Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub. 1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir. Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur. 1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur. 1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir.
Porko Rosso
«Porko Rosso» (it. Porco Rosso — «qırmızı donuz») — 1992-ci ilin anime-filmi. Yapon dilində adı — «Kurenay no Buta» (紅の豚, «al donuz»). Rejissor — Hayao Miyazaki. Məzmun Birinci və İkinci dünya müharibələrinin arasında Adriatikada baş tutur. Baş pilot Marko Paqqot — Birinci dünya müharibəsinin iştirakçısıdır. Müharibə bitdikdən sonra Marko insanlarla o dərəcədə məyus oldu ki, özünə cadu cəlb etdi və qismən donuza döndü. İtaliyada faşistlər yaranandan sonra o, özünü Porko Rosso ( it. Porco Rosso — «Al donuz») adlandırır və hökumətə hava piratlarını yaxalamaqla kömək etməyə başlayır. 1993-cü ildə film iki «Mayniçi» mükafatını alır — ən yaxşı animasiya filminə görə (Hayao Miyazaki) və ən yaxşı musiqiyə görə (Co Hisayşi).
Pyrus rossica
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Quercus rossica
Qvido van Rossum
Qvido van Rossum (Nid.: [ˈɣido vɑn ˈrɔsʏm, -səm]; 31 yanvar 1956, Harlem[d]) — Python proqramlaşdırma dilinin yaradıcısı kimi ən çox tanınan Hollandiyalı bir proqramçıdır və bu müddətə qədər "ömür boyu xeyirxah diktator" (BDFL) idi. vəzifəsindən 2018-ci ilin iyulunda imtina etdi. Hal-hazırda Python Rəhbərlik Şurasının üzvüdür, lakin 2020 Python Rəhbərlik Şurasının namizədliklərindən çəkildi.
Renzo Rossellini
Renzo Rossellini (italyanca: Renzo Rossellini) - İtaliya bəstəkarıdır.Məşhur İtaliya rejissoru Roberto Rossellininin doğma qardaşıdır. 1935 : Alcassino a Nicoletta (azərb. Nikolettanın Alkazinosu var‎) 1956 : La Guerra (azərb. Müharibə‎) - İtaliyanın Neapol şəhərində yaradılmışdır. 1958 : La Piovra (azərb. Səkkizayaqlı ilbiz‎) et Il Vortice (azərb. Burulğan‎) - Bunların hər ikisi İtaliyanın Neapol şəhərində yaradılmışdır. 1961 : Uno sguardo dal ponte (azərb. Körpü üzərindən baxış‎; Bu opera Artur Millerin eyniadlı pyesi əsasında yaradılmışdır) - İtaliyanın paytaxtı Roma şəhərində yaradılmışdır. 1963 : Il Linguaggio dei fiori (azərb.
Roberto Rossellini
Roberto Rossellini — İtaliya kinorejissoru, «Roma – açıq şəhər», «Payza», «Stromboli, Tanrı torpağı», «Hindistan», «General Bella Rovere» və s. filmlərin müəllifinin adı İtaliyada əfsanə kimi xatırlanır. O, dünya kinosunda neorealizmin əsasını qoyub. Rosselini 50-yə yaxın kino və televiziya filmi çəksə də, kinematoqrafiya tarixinə məşhur hərbi trilogiyanın müəllifi kimi düşüb. Roberto Rossellini 1906-cı ildə Romada doğulub. O şəhərdə «Korso» və «Barberini» kimi ilk kinoteatrların arxitektorunun oğlu idi. Bu səbəbdən Robertonu kinoteatrlara pulsuz buraxırdılar. Ali texniki məktəbi bitirəndən sonra Rossellini iş yerini tez-tez dəyişirdi. O, kinonu, avtomobil yarışlarını və təyyarəni sevirdi. 20 yaşı olanda Roberto ürək xəstəliyindən xəstəxanaya düşdü.